Yeni müharibənin SİQNALI, işğalçı ölkədə məntiqi SONLUQ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Yeni müharibənin SİQNALI, işğalçı ölkədə məntiqi SONLUQ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistanda aprelin 13-də başlayan etiraz aksiyaları Serj Sarkisyanın istefası ilə nəticələndi. Moskva Ermənistanda baş verən prosesləri ölkənin “daxili işi” adlandırıb. Almaniya ölkə ərazisində xarici siyasətçilərin seçki kampaniyasında iştirakına icazə verməyəcək. Şimali Koreya lideri Kim Çen İn ABŞ-ın ölkədəki nüvə poliqonunda yoxlamalar aparmasına icazə verib.

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ Dövlət Departamentinin 2017-ci ildə dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatında Azərbaycanla bağlı əks olunmuş iddialara münasibət bildirib. Əli Həsənovun sözlərinə görə, hesabat göstərir ki, Dövlət Departamentinin Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələrə münasibəti həmişə olduğu kimi yenə də tendensioz xarakter daşıyıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı “Mənim addımım” təşəbbüsünün lideri, Vətəndaş müqaviləsi” Partiyasının lideri, “Yelk” parlament fraksiyasının deputatı Nikol Paşinyan Sevan polis bölməsinə aparılıb. Bu haqda onun vəkili Rüstəm Badasyan öz feysbuk səhifəsində bildirib.

Onun sözlərinə görə, hazırda millət vəkilinin yeri məlum deyil.

“Nikol Paşinyan Sevan polis bölməsində deyil. Bölmədə deyirlər ki, gün ərzində burada olub, hazırda isə burada deyil. Suallara heç bir cavab yoxdur. Düşünürəm ki, vəziyyət 1937-ci ildən daha pisdir.

Ermənistan baş nazirinin müavini Karen Karapetyan “Yelk” müxalifət blokundan Ermənistan parlamentinin üç deputatının toxunulmazlığının ləğv edilməsi haqqında xahişi geri çağırmaq üçün Baş prokurorluğa müraciət edib. Bu haqda Karapetyanın özü bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Günortadan sonra Nikol Paşinyan həbsdən azad edilib. Paşinyanla yanaşı, həbsdə olan deputatlar Ara Mirzoyan və Sasun Mikaelyan da sərbəst buraxılıb. Paşinyan həbsdə olarkən hakimiyyətlə heç bir danışıqlara getmədiyini açıqlayıb.

“Məni həbsdən xalqın təzyiqi ilə azad ediblər. Hakimiyyət xalqa keçib”, - o deyib.

O, həmçinin Baş nazirin müavini Karen Karapetyanla görüşünün nəticələri barədə bugünkü mitinqdə danışacağını bildirib.

Ermənistanda Serj Sarkisyana qarşı etiraz aksiyalarına qoşulan hərbiçilər kütləvi şəkildə hərbi hissələri tərk edir. Sosial şəbəkələrdə yayılmış videoda hərbiçilərin hərbi hissədən qaçaraq çıxdığı və küçə yürüşlərinə qoşulduğu aydın görünür.

Ermənistanın Müdafiə Nazirliyi hərbçilərin etiraz aksiyalarına qoşulması ilə bağlı bəyanat verib. Nazirlik hərbçilərə qarşı sərt tədbirlərin görüləcəyini bəyan edib.

Paşinyanın azad edilməsindən təxminən bir saat sonra Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib. Bu haqda onun mətbuat xidməti bildirib.

Sej Sarkisyan qərarını izah edib. O, səhv etdiyini etiraf edib.

"Sonuncu dəfə dövlət başçısı kimi sizə müraciət edirəm. Etiraz aksiyasının lideri Nikol Paşinyan haqlı idi. Mən səhv etdim. Yaranmış vəziyyətdə bir neçə həll var, amma onlardan heç birinə getməyəcəyəm. Bu mənlik deyil. Mən ölkəmizin rəhbəri vəzifəsini tərk edirəm. Mən sizin tələbinizi yerinə yetirirəm", - mətbuat xidməti Sarkisyanın sözlərini sitat gətirib.

ABŞ və Avropa İttifaqı müxalifətin etiraz aksiyalarının keçirildiyi Ermənistanı təmkinli olmağa və vətəndaşların dinc etiraz hüququna hörmətlə yanaşmağa çağırıb. ABŞ diplomatları polis əməkdaşlarına və nümayişçilərə qarşı zorakılıq aktlarına yol verən şəxslərin qanuna uyğun şəkildə məsuliyyətə cəlb edilməsinin əhəmiyyətini vurğulayıb.

“Biz hakimiyyəti dinc aksiyalara icazə verərək təmkinli olmağa, sərbəst toplaşma azadlığı hüququndan istifadə edən şəxsləri isə bunu məsuliyyətlə, zorakılıqdan qaçaraq və vəziyyətin gərginləşməsinin qarşısını almağa çalışaraq etməyə çağırırıq. Jurnalistlərə və nümayişçilərə qarşı zorakılığa dair məlumatlar bizi narahat edir”, - ABŞ-ın Ermənistan səfirliyinin bəyanatında deyilir.

“Avropa İttifaqı Ermənistan hakimiyyətinin sərbəst toplaşma azadlığını tam hörmətlə qarşılamasını və qanunun Ermənistanın beynəlxalq öhdəliklərinə, o cümlədən İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasına uyğun olaraq ədalətli və mütənasib şəkildə tətbiq olunmasını gözləyir. Qanuna əsasən, toplaşmaq hüququndan istifadə edərkən saxlanılan bütün şəxslər dərhal azad edilməlidir”, - Aİ-dən bildirilib.

“Ermənistan müxalifətinin aksiyaları bu ölkənin daxili işidir”. Bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu vəziyyətə Rusiyanın müdaxiləsi imkanı haqqında hipotetik fikirlər yersizdir.

“Bu, Ermənistanın daxili işidir. Moskva niyə qarışmalıdır? Burada hipotetik fikirlər tamamilə yersizdir”, - o yekunlaşdırıb.

Rusiyanın Ermənistandakı prosesləri müdaxilə etmək planları yoxdur. Bu haqda bu haqda Dövlət Dumasının MDB işləri üzrə dövlət komitəsinin sədrinin birinci müavini Konstantin Zatulin bildirib.

“Ermənistandakı daxili hadisələrə qarışaraq aktiv güc rolunda çıxış etmək Rusiyaya lazımdırmı? Mən hesab etmirəm ki, bunun üçün hansısa bir an yetişib”, - o deyib.

Zatulin vurğuladı ki, Ermənistan hakimiyyətinin resursları yaranmış ziddiyyətləri aradan qaldırmağa imkan verir.

Ermənistan daxilində xalqın etirazının qarşısını ala bilməyən və ölkəyə nəzarəti itirən baş nazir Serj Sarkisyan Qarabağda yeni cəbhə açır. Erməni siyasi şərhçi Ermənistanın Azərbaycan Ordusu haqqında yaydığı videonu şərh edərək, bunun cəmiyyətin diqqətini yayındırmağa hesablanmış addım olduğunu yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Almaniya ölkə ərazisində xarici siyasətçilərin seçki kampaniyasında iştirakına icazə verməyəcək. Bu haqda Almaniyanın xarici işlər naziri Hayko Maas bildirib.

Türkiyə ilə ötən il yaşanan böhranın təkrarlanmamasını istədiyini vurğulayan Maas bunun hər iki tərəfə də faydasının olmadığını bildirib.

Daha əvvəl isə bənzər bəyanatlar Hollandiya və Avstriyadan gəlmişdi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Fransa prezidenti Emmanuel Makron Suriya böhranı ilə bağlı kritik açıqlamalar verib. Prezident ABŞ mətbuatı üçün keçirdiyi konfransda bu ölkənin Suriyada qalmasının zərurətindən danışıb.

“İŞİD-dən sonra yeni bir Suriya yaratmaq lazımdır və buna görə ABŞ-ın bu bölgədə qalması önəmlidir. Əks təqdirdə, yeni bir müharibə ortaya çıxacaq. ABŞ-ın yalnız silahlı qüvvələrinin deyil, diplomatik mövcudluğunun da Suriyada əhəmiyyəti var. Çox lakonik danışacam. Əgər Suriyadan tamamilə çəkilsək, bölgəni İran rejiminə, Bəşər Əsədə buraxacağıq. Onlar da yeni bir müharibəyə hazırlaşacaqlar. Fransa və ABŞ müttəfiqliyinin Suriya üçün işlər görməsi zəruridir. Hətta Rusiya, Türkiyə kimi ölkələr belə Suriyanın yenidən inşasında böyük rol oynamayacaq”, - Makron bildirib.

Şimali Koreya lideri Kim Çen İn ABŞ-ın ölkədəki nüvə poliqonunda yoxlamalar aparmasına icazə verib. Bu barədə “Blomberg” agentliyi yazıb. Məlumata görə, bu barədə Kim Çenə Mayk Pompeonun Şimali Koreyaya səfəri zamanı rəsmi təklif edilib. Şimali Koreya lideri təhlükəsizliyə zəmanət veriləcəyi halda nüvə sınaqlarını davam etdirmək üçün əllərində heç bir əsasın qalmadığını qeyd edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm