Nida Təhlil
Kreml xarici kəşfiyyat şefini Bakıya niyə göndərdi: Putinin İKİ HƏDƏFİ
Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin rəhbəri
Serqey Narişkin Bakıdadır. Rəsmi məlumata görə, Narişkin Prezident
İlham Əliyev tərəfindən qəbul edilib. Görüşdə Rusiya-Azərbaycan
münasibətləri və regional təhlükəsizlik məsələləri müzakirə
olunub.
Bakı-Moskva xəttində sular öz axarında axır və münasibətlər olduqca
normaldır. Bu baxımdan Narişkinin Bakıya hansısa problemi müzakirə
etmək üçün gəlmədiyi aydındır. Lakin Putinin Bakıya məhz xarici
kəşfiyyatın rəhbərini göndərməsi təsadüfi deyil. Xüsusilə
Ermənistanda Serj Sarkisyanın istefası ilə nəticələnən hadisələr
fonunda Narişkinin gəlişi Moskvanın sərhədləri boyunca baş verə
biləcək proseslərdən narahatlığını göstərir.
Narişkinin Bakı səfərində iki kontekstdə yanaşmaq olar:
Birinci: Ermənistanda Qərb ölkələrindəki erməni
diasporunun dəstəyini alan Paşinyanın başlatdığı hərəkat Rusiya
üçün siqnal oldu. Moskva aksiyaların 11-ci günündə vəziyyətin
tamamilə nəzarətdən çıxmaması üçün Karen Karapetyanı dövriyyəyə
saldı və Sarkisyanın istefası ilə vaxt qazandı. (Oxu: Ruslar Sarkisyanı niyə qurban verdi: istefanın
sirri). Lakin prosesin tamamilə başa çatdığı və hər şeyin
rusların istəyinə uyğun olacağını demək hələlik çətindir. Çünki
İrəvandakı proseslərin arxasında Qərbin dayanmadığını və bunun
Rusiyaya qarşı yeni cəbhə olmadığını demək sadəlövhlük olardı. Bu
baxımdan, Ermənistan Kreml üçün ciddi xəbərdarlıq mesajıdır. Qərblə
açıq müharibə aparan Putin xarici kəşfiyyat şefini Bakıya
göndərməklə Azərbaycanın Rusiyaya münasibətindən, daha doğrusu,
Qərb-Rusiya qarşıdurmasında mövqeyindən əmin olmaq istəyir. Və
güman ki, Moskvanın Bakıdan istəyi ən azından mövcud neytrallığını
qorumaqdır.
İkinci: Moskva Bakının İrəvandakı hadisələri
fürsət bilib işğal altındakı ərazilərin azad olunması üçün hərəkətə
keçə biləcəyindən qorxur. Əslində hazırda Bakı üçün yaranmış
vəziyyət ələdüşməz fürsət ola bilər: seçkilər sakit şəkildə başa
çatdı; ölkə daxilində köklü kadr islahatları aparılır, hansı ki, bu
islahatlar əhalidə inamı daha da gücləndirir; işğalçı ölkədə isə
daxili qarışıqlıq və xaos diqqəti Qarabağdan yayındırır və bu gün
istənilən hərbi əməliyyat postdakı erməni əsgərinin silahı qoyub
qaçması ilə nəticələnə bilər.
Güman ki, Bakı bu vəziyyəti dəyərləndirməmiş deyil. Çünki İrəvanda
hakimiyyət dəyişikliyi Qarabağ münaqişəsində də fors-major
situasiya yaradır və danışıqların “sıfırdan başlama” təhlükəsi
var.
Həmsədrlərin Sarkisyanın istefasından dərhal sonra “tərəfləri
eskalasiyadan çəkinməyə çağırışı və danışıqların təcili
yenilənməsinin vacibliyi” bəyanatı, BMT baş katibi Antoniu
Quterrişin bu bəyanata qoşulması da vəziyyətin hər an nəzarətdən
çıxa biləcəyini göstərir.
Bu situasiya fonunda Narışkinin Bakı səfəri Kremlin də Qarabağda
toqquşmaların baş verəcəyindən narahatlığını ortaya çıxarır.
Rusiyanın əsas qorxusu sərhədlərinin dibində - Qarabağda baş verə
biləcək eskalasiyadan Qərbin ona qarşı yeni cəbhə kimi istifadə edə
bilməsi ehtimalıdır.
Hesab etmək olar ki:
- Narişkin Putinin istəklərini Azərbaycan liderinə çatdırdı və
Bakının mövqeyini bir daha yoxladı;
- Azərbaycan tərəfini yaranmış vəziyyətin Qarabağ danışıqlarına
necə təsir edəcəyi maraqlandırır və görüşdə bu məsələdə Rusiyanın
hansı mövqe sərgiləyəcəyi müzakirə olunub;
Cəbhədə proseslərin inkişafı Narışkinin Bakı səfərinə işıq
tutacaq.
Asif Nərimanlı
Publika.az
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO
-
Magazin112:56
Xalq artistindən valideynlərə və müəllimlərə MÜRACİƏT - VİDEO
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT