"İlham Əliyevin Britaniya səfəri münasibətləri yeni sürpriz müstəviyə daşıyacaq"
Bizi izləyin

Nida Təhlil

"İlham Əliyevin Britaniya səfəri münasibətləri yeni sürpriz müstəviyə daşıyacaq"

“Böyük Britaniya Azərbaycana ən çox investisiya yatıran ölkələrin başında gəlir. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər ortaq tarixə, mədəniyyətə söykənir. Təsadüfi deyil ki, “bir millət, iki dövlət” ifadəsi iki ölkə arasındakı münasibətləri göstərir. Bu aspektdən, həm hər iki səfər, həm də səfərlər çərçivəsində verilən bəyanatlar mühüm əhəmiyyətə malikdir. Bu, yeni zamanda, Azərbaycan-Türkiyə və Azərbaycan-Böyük Britaniya arasındakı əlaqələrin genişləndirilməsi baxımdan önəm kəsb edir. Prezidentin seçkilərdən sonra ilk rəsmi səfərlərinin bu ölkələrə olması Azərbaycana investisiya yatırımlarının cəlb olunması, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına doğru irəliləməsi baxımından da vacibdir.

Diqqət yetisəniz, hər iki ölkə rəhbərləri Azərbaycana münasibətdə böyük ifadələr işlədir və ölkəmizin önəmini xüsusi vurğulayırlar. Bu da ölkəmizin düşmənlərinə böyük göz dağıdır".

Bu sözləri Publika.az-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə və Böyük Britaniyaya rəsmi səfərlərini şərh edərkən deyib.

O bildirib ki, hər iki ölkə Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən tərəfdaşdır:

"Ermənistanın siyasi çaxnaşmalar yaşadığı, vətəndaş müharibəsinin girdabında çırpındığı bir dövrdə Azərbaycanın regionda iqtisadi, siyasi platformada hegemonluq edən dövlətlərlə genişmiqyaslı layihələr müzakirə etməsi, Britaniya kimi ölkə ilə dostluq münasibətlərini möhkəmləndirməsi bu iki ölkənin müqayisəyəgəlməz olduğunun bariz nümunəsidir. Ermənistan xarici qüvvələrin dəstəyi ilə Azərbaycan torpaqlarına qarşı işğalçılıq siyasəti yeridir. İstər iqtisadi müstəvidə, istər beynəlxalq nüfuz kontekstində, istərsə də silahlı qüvvələrin gücü baxımından Azərbaycanın potensialı Ermənistandan qat-qat qüvvətli və kəsərlidir. Və nə qədər ki, işğala son qoyulmayıb, Ermənistan nə beynəlxalq layihələrdə iştirak edə biləcək, nə də Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrə daxil ola biləcək.

Azərbaycan, şübhəsiz ki, beynəlxalq əlaqələrini gücləndirməkdə və inkişaf etməkdədir. İlham Əliyevin qısa müddət ərzində iki mühüm görüş həyata keçirməsi də ölkəmizin beynəlxalq nüfuzunun dərəcəsini göstərir və Azərbaycanın istər Türkiyə, istərsə də Böyük Britaniya üçün nə qədər əhəmiyyətli olduğunu gözlər önünə qoyur.

Xüsusilə Böyük Britaniya Azərbaycanla neft sektorunda əməkdaşlıq etməkdə maraqlıdır. Bu əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi də şübhəsizdir. Bundan sonra tərəfdaşların qeyri-neft sektorunda da fəaliyyətdə olması, Britaniya şirkətlərinin Azərbaycana cəlb olunması üçün bu səfərin böyük əhəmiyyəti var”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm