• USD 1,7000 0,00% EUR 1,9932 -0,15%
    • GBP 2,3252 -0,36% RUB 0,0234 0,00%

"Prezidentin Britaniya səfəri iqtisadi gəlirimizin artması üçün təməl rolunu oynayır”

"Prezidentin Britaniya səfəri iqtisadi gəlirimizin artması üçün təməl rolunu oynayır”

“Türkiyə hər zaman Azərbaycanın haqq mübarizəsində yanımızda olub. Azərbaycan-Türkiyə münasibətləri sürətlə inkişaf edən bir dinamikaya malikdir. Böyük Britaniya ilə Azərbaycanın iqtisadi əlaqələri isə neft sektoruna söykənir. Belə ki, ölkəmizdə neftin dənizdən çıxarılması işində Böyük Britaniyanın BP şirkəti xüsusi rol oynayır. Buna görə də hər iki ölkənin qarşılıqlı faydalılıq çərçivəsində münasibətlərini inkişaf etdirməsi vacibdir”.

Bu sözləri Publika.az-a açıqlamasında siyasi şərhçi Qabil Hüseynli Azərbaycan prezidenti İlham Əliyevin seçkilərdən sonra ilk rəsmi səfərinin Türkiyə və Böyük Britaniyaya etməsini şərh edərkən deyib.

O bildirib ki, hər iki ölkə ilə münasibətlər iqtisadi baxımdan Azərbaycan üçün önəmli rol oynayır:

“Üstəlik qardaş ölkə Dağlıq Qarabağ mübarizəsində bizə həm hərbi, həm də diplomatik-siyasi dəstək verir, Ermənistanın blokadaya alınmasında xüsusi köməklik göstərir. Türkiyə bizim düşmənimizi nə diplomatik baxımdan tanıyır, nə də onunla sərhədlərini açır. Bu addımlar bizim üçün münaqişədə böyük üstünlüklər yaradır. Bu iki qardaş ölkənin münasibətləri türkdilli dövlətlər arasındakı münasibətlərə bir nümunədir. Çünki bu münasibətlər qarşılıqlı faydalılıq, dostluq, qardaşlıq zəmnindədir.

Artıq bir ənənə halına çevrilib ki, yeni seçilmiş Azərbaycan prezidenti ilk olaraq Türkiyəyə səfər edir. Həmçinin yeni seçilmiş Türkiyə prezidenti də Azərbaycana ilk rəsmi səfərini edir. Bu doğmalıqdan doğan hörmətin təzahürüdür. Azərbaycan Türkiyə ilə birgə bir sıra iri iqtisadi layihələr həyata keçirir. Bu layihələrdən ən böyüyü Bakı-Tibilisi-Ceyhan neft kəməri və TANAP-dır. Bundan başqa Azərbaycan Türkiyənin İzmir şəhəri yaxınlığında böyük bir neftayırma zavodunun tikintisinə başlayıb. Bu işlər iki ölkənin münasibətlərinin daim inkişaf etməsinin göstəricisidir.

Türkiyə ilə münasibətlərdə hərbi əməkdaşlığın olması Azərbaycan üçün xüsusi önəm daşıyır. Çünki Azərbaycan bu sayədə bir sıra hərbi silahların istehsal təcrübəsinə yiyələnib. Bu çərçivədə ərsəyə gətirilən “İstiqlal” tüfəngi dünyanın ən yaxşılarından hesab edilir. Bundan başqa pilotsuz uçuş aparatlarının istehsalında da böyük irəliləyişlər əldə etmişik.

Böyük Britaniya ilə Azərbaycanın iqtisadi əlaqələri isə neft sektoruna söykənir. Belə ki, ölkəmizdə neftin dənizdən çıxarılması işində Böyük Britaniyanın BP şirkəti xüsusi rol oynayır. Buna görə də hər iki ölkənin qarşılıqlı faydalılıq çərçivəsində münasibətlərini inkişaf etdirməsi vacibdir. Azərbaycanın gələcək hədəfləri arasında Xəzərin cənubunda yerləşən və İranla mübahisəli ərazi kimi qəbul edilən bölgələrdə neft yataqlarının istismara verilməsi də var. Buna görə Prezident İlham Əliyev Londona səfər edib və gələcək layihənin texniki məsələlərinin həll edilməsi üçün Britaniya hökumətinin və BP şirkətinin başçıları ilə görüşüb. Çünki sözügedən ərazidə neft və qaz yataqları dənizin dərin qatlarında yerləşir və onların çıxarılması üçün BP-nin texnologiyalarına ehtiyac var. Bu çərçivədə İlham Əliyevin Britaniyaya səfəri Azərbaycanın iqtisadi gəlirlərinin artması üçün təməl rolunu oynayır”.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR