Gizli məktubun DETALLARI, 7 rayonun ƏVƏZİNDƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Gizli məktubun DETALLARI, 7 rayonun ƏVƏZİNDƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Türkiyənin baş naziri Binəli Yıldırım Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağda olarkən Türkiyə ilə bağlı səsləndirdiyi bəyanata cavab verib. Ankara ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalara qoşulmayacağını açıqlayıb. İran İsraili Tel-Əviv və Hayfanı məhv etməklə hədələyib. ABŞ prezidenti Donald Tramp nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planından çıxışdan sonra İranla “daha yaxşı saziş” bağlamaq istədiyini bildirib.

Ermənistanın yeni baş naziri Nikol Paşinyanın ilk səfərini Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağa etməsi regional medianın da gündəmindən düşmür. Gürcüstanın “kavkazplus” portalı bu səfəri şərh edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Ermənistan ərazilərin Azərbaycana qaytarılması ilə bağlı güzəştlərə həmişə hazır idi, lakin Bakı şərtlərlə razılaşmadı”. Bu barədə erməni politoloq Ara Papyan deyib.

Erməni politoloq “Kazan sənədi”ni və “Madrid prinsipləri”ni xatırladıb və qeyd edib ki, İrəvan Dağlıq Qarabağın siyasi statusunun tanınması əvəzində rayonları Azərbaycana qaytarmağa hazır idi: “

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanın fövqəladə hallar naziri David Tonoyan müdafiə naziri vəzifəsinə təyin ediləcək. Bu haqda ölkənin baş naziri Nikol Paşinyan bildirib. Baş nazir təklifi artıq prezident Armen Sarkisyana göndərib.

Türkiyənin baş naziri Binəli Yıldırım Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağda olarkən Türkiyə ilə bağlı səsləndirdiyi bəyanata cavab verib. Binəli Yıldırım münasibətlərin düzəlməsi üçün müzakirələrin mümkünlüyünü dilə gətirib.

“Ermənistanın illərdən bəri Türkiyənin ərazi bütövlüyü ilə bağlı səhv mövqeləri var. Yeni bir səhifə açmaq istəyirsə, bunlarla bağlı detalları görüb o şəkildə qarşılıq verərik”, - Türkiyə hökumətinin başçısı deyib.

Xatırladaq ki, Ermənistanın baş naziri mayın 9-da Xankəndidə mətbuat konfransında Ermənistan ilkin şərtlərsiz Türkiyə ilə diplomatik münasibətlərin qurulmasına hazır olduğunu söyləyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ, Fransa və Qəndildən (PKK terror təşkilatının əsas qərargahı, Şimali İraqda yerləşir –red.) gələn PKK terrorçuları eyni masa ətrafında Türkiyədə prezident və parlament seçkilərinin keçiriləcəyi 24 iyun tarixi üçün birləşiblər. Türkiyəyə qarşı hücuma keçən qlobal güclər Suriyanın Rakka şəhərində gizli “seçki xaosu” konfransı keçiriblər.

Konfrans prezident Rəcəb Tayyib Ərdoğanın növbədənkənar seçkilərin təyini barədə qərar verdiyi tarixdən 11 gün sonra – aprelin 29-da təşkil edilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Bu, Türkiyə üçün bir fürsətdir. BMT-nin də qərarlarına riayət edərək İran ilə ticarəti davam etdirəcəyik”. Bunu Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyaları şərh edərkən deyib.

“Türkiyə olaraq mövqeyimiz bəllidir: İran nə qədər güclü olarsa, Türkiyə də bir o qədər güclü olur. Birinin zəif olduğu coğrafiyada o birinin üstünə çökərlər”, - nazir bildirib.

O əlavə edib ki, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalarla əlaqədar narahat olmağa əsas yoxdur. Nazir Türkiyə kimi digər ölkələrin də ABŞ-la eyni fikirdə olmadıqlarını söyləyib.

“Yaxın Şərqdəki silah sövdələşmələrinə baxmalıyıq. Bəzi ölkələrin (Körfəzdəki ərəb ölkələri, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı nızərdə tutulur –red.) həddindən artıq silahlandığını görürük. İrana qarşı sanksiyaların da bu silahları alan ölkələrin sifarişləri əsasında tətbiqi ehtimal daxilindədir”, - Nihat Zeybekci qeyd edib.

ABŞ nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planından çıxışdan sonra İranla “daha yaxşı saziş” bağlamaq istəyir. Bunu ABŞ prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, Birgə hərtərəfli İş Planı nüvə silahının İranın əlinə düşməsinin qarşısını ala bilməzdi və Yaxın Şərqdə maliyyə imkanları yaxşı olan başqa ölkələr nüvə silahı əldə etmək üçün imkanlar axtarmağa başlayacaqdılar.

“Bu, fəlakətə gətirib çıxarardı”, - Tramp deyib.

O vurğulayıb ki, Vaşinqton nüvə silahına malik olmasına icazə verməmək üçün Tehrana qarşı ən sərt sanksiyaları tətbiq edir. Amerika prezidenti qeyd edib ki, ABŞ “Tehranın yalanla məşğul olmadığına əmin olmaq üçün” İranın hərbi bazalarına giriş imkanına malik olmalıdır.

Qeyd edək ki, mayın 8-də Donald Tramp İranın nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planından çıxmaq barədə qərar qəbul edib. Ağ Evin başçısı hesab edir ki, saziş İranın nüvə silahı əldə etməsinin qarşısını tamamilə ala bilməyib.

İranın Xarici İşlər Nazirliyinin başçısı Məhəmməd Cavad Zərifin Pekin, Moskva və Brüssel turnesinə çıxır. İranın xarici siyasət idarəsinin başçısı Rusiya, Çin və Avropa İttifaqından olan həmkarları ilə İranın nüvə proqramı üzrə sazişin saxlanılması üzrə tədbirləri müzakirə edəcək.

“Bazar günü Məhəmməd Cavad Zərifin İranın nüvə proqramı üzrə Birgə hərtərəfli İş Planının müzakirəsi üçün diplomatik turnesi başlayır. Səfər Çindən başlanacaq. O, bazar ertəsi Rusiya Federasiyasına gedəcək. Daha sonra isə avropalı həmkarları ilə görüş üçün Brüsselə yollanacaq”, - “RİA-Novosti”yə İran Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

“İsrailin İrana ağılsızcasına bir hücum edəcəyi təqdirdə, Tel-Əviv və Hayfa məhv ediləcək”. Bu sözləri İranın dini liderlərindən olan ayətullah Əhməd Hatəmi deyib.

Xatırladaq ki, İsrail ötən gecə Suriyada İranın onlarla hərbi obyektinə zərbə endirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İranın dini lideri ayətullah Əli Xamenei çərşənbə günü etdiyi çıxışında xüsusi bir məqama diqqəti yönəltdi. Xamenei ABŞ prezidenti Donald Trampın ötən günlərdə ərəb ölkələrinin liderlərinə bir məktub göndərdiyini söylədi. Trampın nüvə razılaşmasından çəkildiyini açıqlamasından bir gün sonra – mayın 9-da tvitter hesabından paylaşım edən Xamenei Amerika liderinin körfəzdəki ərəb ölkələrinin liderlərinə göndərdiyi məktubda “7 trilyon dollar xərclədim, əvəzində bir şeylər etməlisiniz” yazdığını iddia edib.

Xameneinin şərhləri ilə ABŞ-ın yaxın müttəfiqləri olan Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) hədəf aldığı təxmin edilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Moskva Fələstin probleminin arxa plana atılıb, Yaxın Şərqin nizamının dəyişdirilməsinə edilən cəhddən narahatdır. Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin Fələstin problemini saxlayaraq, Yaxın Şərqin digər problemlərini həll etməyə haqqı yoxdur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm