“Aprel müharibəsi”ni başladan şəxs müdafiə naziri təyin edildi - Paşinyandan Putin üçün TƏLƏ
Bizi izləyin

Nida Təhlil

“Aprel müharibəsi”ni başladan şəxs müdafiə naziri təyin edildi - Paşinyandan Putin üçün TƏLƏ

Ermənistanın yeni baş naziri Nikol Paşinyanın David Tonoyanı müdafiə naziri təyin etməsi diqqət çəkdi.

Publika.az
xəbər verir ki, D. Tonoyan Ermənistanın hərbi mühiti üçün yeni adam deyil.

Onun ən böyük fəaliyyəti isə 2016-cı ilin aprel təxribatına arxitektorluq etməsidir.

D.Tonoyan hədsiz aktiv nazir müavini idi. Rusiya ilə əlaqələri minimal olsa da, Qərbdə üzünə bütün qapılar açıq idi. Bu imkanlarından istifadə edərək o “passiv müdafiədən aktiv cilovlamaya” hərbi siyasi konsepsiyasını hazırladı. Bu konsepsiyanı iki dəfə NATO-nun Brüsseldəki iqamətgahında müzakirə etdikdən sonra ATƏT-in Vyandakı qərargahında və Londonda “Chatam House”də geniş müzakirələrdə yeni konsepsiyasının təqdimatını keçirdi. 2016-cı ilin fevralında baş tutmuş bu müzakirələrin finalı Ermənistanın Yazıçılar Birliyində D.Tonoyanla görüş zamanı baş tutdu. Konsepsiyanın qısa mahiyyəti belədir: Azərbaycan ordusu böyükdür, güclüdür. Statik müdafiə vəziyyətində arada baş verən hərbi əməliyyatlar Azərbaycana uğur gətirir. Yaranmış vəziyyəti erməni ictimaiyyətinə izah etmək çətin olur. Ona görə Ermənistan ordusu imkanlar yaradıb, Azərbaycan ordusuna zərbələr endirməklə onu erməni ordusuna qarşı hərbi əməliyyatlardan çəkindirməlidir. Çevik cilovlama zamanı Ermənistan ordusunun elit hissələrinin əldə etdiyi qələbələr erməni xalqını daha da ruhlandıracaq.

Bu konsepsiya 2016-cı il aprel döyüşlərinə gətirib çıxardı və nəticəsi bəllidir. D.Tonoyan az sonra yeni müdafiə naziri Vigen Sərkisyanla yola getmədiyi üçün nazir müavinliyindən uzaqlaşdırıldı. Amma onun Qərblə əlaqələri və təxribat törətmə potensialı o zamankı prezident Serj Sərkisyan tərəfindən yüksək qiymətləndirildiyi üçün Fövqəladə Hallar Naziri təyin edildi. D.Tonoyan Fövqəladə Hallar Nazirliyinin əsas funksiyalarını unutdu və bu nazirliyi ikinci hərbi nazirliyə çevirdi. ABŞ və NATO-dan aldığı dəstəklərin hesabına məqsədyönlü hərbi təlimlər keçirdi. Fövqəladə Hallar Nazirliyinin öz funksiyası ilə məşğul olmamasının ən bariz göstəricisi D.Tonoyanın Fövqəladə Hallar Naziri olduğu dövrdə Ermənistanda baş verən meşə yanğınlarında bu nazirliyin əlacsızlığıdır.

N.Paşinyan D.Tonoyanın məhz Qərblə əlaqələrinə və təxribat törətmək potensialına görə Müdafiə Naziri təyin etdi. Çünki N.Paşinyan Serj Sərkisyanın yolunu davam etdirir. Başa düşür ki, Rusiyanı Cənubi Qafqazda hərbi təxribatlara cəlb etmək Ermənistan üçün böyük geosiyasi və maliyyə resursudur. Naxçıvanda təxribat ssenarisi Ermənistan üçün hava və su kimi lazımdır. Əgər N.Paşinyana Rusiya ilə normal hərbi əlaqələr lazım olsaydı, o D.Tonoyanı nazir təyin etməzdi. Vaqarşak Arutyunyanın müdafiə naziri olması ideyasını Dağlıq Qarabağ erməniləri irəli sürmüşdülər.

N.Paşinyan avantürist manerasına görə də Serj Sərkisyanı təkrarlayıb. Amma S.Sərkisyan təxribatları şüurlu şəkildə hazırlayırdı və Qərbdə müəyyən dairənin dəstəyini əldə edə bilirdi. Amma N.Paşinyan belə bacarığa və inama malik deyil.

N.Paşinyanın elə ilk günlərdən regional təhlükəsizlik məsələlərində Rusiyaya badalaq gəlməsi hər halda Kreml tərəfindən cavabsız qala bilməz. Çünki geosiyasi proseslər Moskvanı ən azı özünə hörmət etməyə vadar edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm