Nida Təhlil
Trampın Əliyevə göndərdiyi məktubda SİRLİ MESAJ: aylar sonra Qarabağda nə baş verəcək?
ABŞ prezidenti Donald Tramp Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illik yubileyi münasibətləri Prezident İlham
Əliyevə təbrik məktubu ünvanlayıb. ABŞ-Azərbaycan münasibətlərinin
inkişafına toxunan məktubda diqqət çəkən əsas məqam Trampın
“Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün
imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının
genişləndirilməsinə daha yaxşı şərait yaradacaqdır”
sözləridir.
ABŞ lideri bununla Dağlıq Qarabağ münaqişəsinin həllinin yaxın
dövrdə baş tutacağınımı açıqlayır? Və bunu Azərbaycan liderinə
bildirməklə o, münaqişənin beynəlxalq hüquq, yəni ərazi bütövlüyü
çərçivəsində həllinə işarə edir? Bu sözlər həm də o haqda ehtimalı
gücləndirir: Vaşinqtonun Dağlıq Qarabağla bağlı yeni planı var.
Hesab etmək olar ki, regional münasibətlər və bu bölgədə İranla
qarşıdurma faktoru Azərbaycanın əhəmiyyətini artırır və Vaşinqton
Qarabağ münaqişəsini həll etməklə Bakını öz cəbhəsinə almaq gedişi
edə bilər. Proseslərin inkişafı yaxın dövrlərdə ABŞ-ın təşəbbüsü
ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilə
biləcəyi ehtimalını da gücləndirir.
Publika.az xəbər verir ki, rusiyalı ekspert
Stanislav Tarasov regionda yaranmış situasiya fonunda ABŞ-ın
Azərbaycana yaxınlaşmasını məntiqli hesab edir.
“Tramp İlham Əliyevə “Qarşıdan gələn aylar Dağlıq Qarabağ
münaqişəsinin həlli üçün imkanlar açacaq” deyə yazdığı sirli məktub
əslində Vaşinqtonun gələcək ssenarilərini açıqlayır. Görünür, Tramp
münaqişənin həllində əsas vasitəçi kimi çıxış etmək niyyətindədir.
Yaxın dövrdə yüksək vəzifəli amerikalı məmurların Bakıya səfərlər
edəcəyi təəccüblü olmayacaq”, - deyə rusiyalı ekspert
vurğulayıb.
Asif
-
Ekologiya00:27Bakıda yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
-
Magazin117 İyul 21:39Ömər Eldarov xəstəxanaya yerləşdirildi
-
ABŞ17 İyul 19:40Trampın İrandakı yeni hədəfi - Video
-
Dünya17 İyul 19:307,4 ballıq zəlzələ bu ölkəni silkələdi - Sunami təhlükəsi elan edildi
-
Ekopublika.az17 İyul 19:00Bakıda torpağın və fərdi evlərin dəyəri nə qədər artıb? - Son statistika
-
Elm və təhsil17 İyul 16:44Qəbul imtahanının nəticələri açıqlandı
-
Nida Xəbər 17 İyul 14:58AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib - Lavrov
-
Nida Xəbər 17 İyul 13:43Azərbaycanın döyüş təyyarələri səmaya qalxdı - FOTO












.webp)





.jpg)




















