Nida Təhlil
Vaşinqtondan Bakıya İrəvanı qorxuya salan QARABAĞ VƏDİ
ABŞ prezidenti Donald Trampın Azərbaycan prezidentinə
təbrik məktubunda “yaxın aylarda Dağlıq Qarabağ münaqişəsinin
nizama salınması ilə bağlı yeni imkanlar açılacaq” sözlərinin
ardından dövlət katibi Mayk Pompeo da münaqişə ilə bağlı fikrini
açıqladı.
Publika.az xəbər verir ki, Pompeo Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi münasibətilə Prezident İlham Əliyevə
ünvanlandığı təbrik məktubunda Qarabağ münaqişəsinə toxunub və qeyd
edib ki, “danışıqlar mümkün qədər tez intensivləşməlidir”.
Tramp və Pompeo Azərbaycanla əməkdaşlığın daha da inkişaf
etdiriləcəyini vurğuladılar.
Vaşinqtondan Bakıya ünvanlanan bu fikirlər İrəvanda ciddi
narahatlığa səbəb oldu.
Erməni siyasi şərhçi Aram Amatuni Ağ Evin Qarabağ çağırışlarının
Ermənistan üçün narahatverici olduğunu yazıb.
“ABŞ Azərbaycanla əməkdaşlığı gücləndirməyə can atır və bunun üçün
Qarabağ münaqişəsinin həlli ilə bağlı vəd verir. Hərçənd, bu vədlər
Ermənistanın xeyrinə olmaya bilər”, - deyə o yazıb.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Qeyd edək ki, rusiyalı ekspert Stanislav Tarasov da regionda
yaranmış situasiya fonunda ABŞ-ın Azərbaycana yaxınlaşmasını
məntiqli hesab edir.
“Tramp İlham Əliyevə “Qarşıdan gələn aylar Dağlıq Qarabağ
münaqişəsinin həlli üçün imkanlar açacaq” deyə yazdığı sirli məktub
əslində Vaşinqtonun gələcək ssenarilərini açıqlayır. Görünür, Tramp
münaqişənin həllində əsas vasitəçi kimi çıxış etmək niyyətindədir.
Yaxın dövrdə yüksək vəzifəli amerikalı məmurların Bakıya səfərlər
edəcəyi təəccüblü olmayacaq”, - deyə rusiyalı ekspert
vurğulayıb.
Asif
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom