Qarabağla bağlı ŞOK PROQNOZ, müharibənin ÜÇ VARİANTI... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Qarabağla bağlı ŞOK PROQNOZ, müharibənin ÜÇ VARİANTI... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib. Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində irəliləyişə nail olmaq üçün substantiv danışıqlara hazırdır. İsrail Türkiyənin ABŞ-dan “F-35” beşinci nəsil qırıcı-bombardmançıları almasını əngəl olmaq istəyir. Türkiyə və ABŞ arasında əldə olunan Münbiç razılaşmasının detalları məlum olub. İsrail ilə Rusiya Suriyanın cənub sərhədinə rejim qüvvələrinin nəzarət etməsi haqda razılığa gəliblər. Bəşər Əsəd ABŞ-dan Suriya ərazisini tərk etməyi tələb edib. ABŞ və Çin arasında Cənubi Çin dənizində hərbi gərginlik yaranıb. Kiyev Rusiyanı zəbt edilmiş Krımda nüvə arsenalını yerləşdirməyə hazırlaşmaqda ittiham edib. KXDR Birləşmiş Ştatlardan sanksiyaların ləğvini və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasını tələb edib.

Azərbaycan, Dağlıq Qarabağ

“Ermənistan-Azərbaycan,Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son illər ərzində apardığımız işlər münaqişənin həlli üçün hüquqi bazanı daha da genişləndirib. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və ATƏT-in qərarları, əlbəttə, bu hüquqi bazanın əsasını təşkil edir”. Bunu bu gün Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçirilən rəsmi qəbulda çıxışında prezident İlham Əliyev deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Bizim siyasətimiz milli maraqlar üzərində qurulub. Bu gün Azərbaycanda sözün əsl mənasında müstəqil siyasət yürüdülür”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbulda çıxışında deyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi qərarların əhəmiyyətini vurğulayan dövlət başçısı deyib ki, heç vaxt Azərbaycanın tarixi torpaqlarında ikinci Erməni dövləti yaradılmasına imkan verilməyəcək: “Azərbaycan ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasındadır və biz bunu döyüş meydanında da sübut etmişik. 2016-cı ilin aprelində ordumuzun təmas xəttindəki şanlı zəfəri bir daha onu göstərir ki, güclü ordu müstəqilliyin qarantıdır”.

Mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində irəliləyişə nail olmaq üçün substantiv danışıqlara hazırdır. Bunu Ermənistan xarici işlər nazirinin açıqlaması ilə əlaqədar KİV-in sorğusuna cavab olaraq XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

“Substantiv danışıqlar vasitəsilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması təmin olunmalıdır”, - o deyib.

“İndi Qarabağ münaqişəsinin həlli prosesi üzrə hər hansı qiymətləndirmələr etmək çətindir. 2016-cı il aprel müharibəsi münaqişənin nizama salınması barəsində böyük qeyri-müəyyənlik yaratdı”. Bunu “Amerikanın Səsi”nin erməni xidmətinə şərhində Amerika analitiki Ceffri Mankoff bildirib.

sMankoffun fikrincə, Ermənistanda daxili siyasi problemlərinin dərinləşməsi hərbi toqquşmaların yenilənməsinə gətirib çıxara bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşəcəyi haqda informasiya yayılsa da, Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan bu informasiyanın həqiqətə uyğun olmadığını deyib.

“Hazırda belə bir görüş haqqında razılığa nail olunmayıb”, - deyə o bildirib.

ABŞ prezidenti Donald Trampın Azərbaycan prezidentinə təbrik məktubunda “yaxın aylarda Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı yeni imkanlar açılacaq” sözlərinin ardından dövlət katibi Mayk Pompeo da münaqişə ilə bağlı fikrini açıqladı. Erməni siyasi şərhçi Aram Amatuni Ağ Evin Qarabağ çağırışlarının Ermənistan üçün narahatverici olduğunu yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanın baş naziri Nikol Paşinyan mayın 29-da Fransanın Avropa və xarici işlər naziri Jan-İv Lö Drian ilə görüşüb. Xəbərə görə, görüşdə Ermənistan-Fransa münasibətlərinin indiki səviyyəsi, həmçinin Dağlıq Qarabağa münaqişəsinin həlli prosesi müzakirə olunub.

“Baş nazir Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın rolunu yüksək qiymətləndirib. Nikol Paşinyan Ermənistanın konstruktiv atmosferdə danışıqlar prosesini davam etdirməyə hazır olduğunu təsdiq etdi”, - xəbərdə deyilir.

“Dağlıq Qarabağ münaqişəsinin həllinin tək yolu sülh yolu ilə tənzimlənmədir. Bu, real həllə gətirib çıxara bilər. Güc yolu ilə həll variantı yoxdur. Düşünürəm ki, bu yalnız Ermənistanın deyil, eyni zamanda Rusiyanın da prinsipial mövqeyidir”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyanın DW nəşrinə müsahibəsində bildirib.

Paşinyan mayın 14-də Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşündə Rusiyanın Azərbaycana silah satışına toxunduqlarını deyib.

“Bu barədə konstruktiv müzakirələr apardıq. Mən deyə bilmirəm ki, Putin bu haqda nə deyib”, - Ermənistan hökumətinin başçısı söyləyib.

Ermənistanda “məxməri inqilab”ın qələbəsindən iki həftə sonra – 23 mayda Rusiyada erməni milyonçu Samvel Karapetyanın (Ermənistanın keçmiş baş naziri Karen Karapetyanın qardaşı – red.) rəhbərlik etdiyi erməni arxitekturasının öyrənilməsi fondunun dəstəyi ilə “Şimali Arsax” (ermənilər Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsini belə adlandırır) kitabı rus dilində dərc olundu. “Kavkazplus” saytı bu kitabın rus dilində tərcümə edilərək, dərc olunmasını erməni ekspansiyasının yaxın vaxtlarda hansı istiqamətdə həyata keçirləcəyinin göstəricisi olduğunu yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İrəvanda Paşinyanın hakimiyyətə gəlişi ilə nəticələnən “məxməri inqilab” Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə də gəlir. Serj Sarkisyan tərəfindən həbsə atılan Samvel Babayan və Jirayr Səfilyanın azad olunması Xankəndində “Qarabağ klanı”ndan ibarət qondarma rejimin devrilməsi ilə nəticələnə bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan

Ermənistan hökuməti Sərhəd Xidmətinə yeni əməkdaşların qəbul edilməsi ilə bağlı elan verib. İrəvanda danışırlar ki, məqsəd ölkənin sərhədləri üzərində nəzarəti erməni sərhədçilərinə verməkdir. Xüsusilə söhbət Ermənistanın Türkiyə və İranla sərhədini qoruyan rus hərbiçilərinin ölkədən çıxarılmasından gedir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Mayın 30-da Gürcüstana səfər edən Ermənistanın baş naziri Nikol Paşinyanın proqramında Cavaxetiyada ermənilərlə görüşün keçirilməsi diqqətçəkən detaldır. Bu səfərin arxasında bir sıra amillər dayanır: Gürcüstan vasitəsilə Azərbaycan və Türkiyənin blokadasını yarmaq; Abxaziya üzərindən Rusiyaya tranzitin açılmasına nail olmaq; İqtisadi dəstək əldə etmək və s.

Paşinyanın Cavaxetiyada ermənilərlə görüşü Ermənistanın yeni rəhbərinin soydaşları ilə təmas qurması olaraq qəbul edilə bilər. Lakin bu görüşün altında gələcək separat planlarının da yatdığı deyilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanın xarici işlər naziri Zoqrab Mnasakanyan iyulun 7-də ilk dəfə Moskvaya səfər edəcək. Bu barədə Rusiya XİN-in informasiya departamentinin direktor müavini Artyom Kojin deyib. Onun sözlərinə görə, Mnasakanyan Moskvada Rusiya xarici işlər naziri Serqey Lavrovla görüşəcək.

“Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və ikitərəfli münasibətlər müzakirə olunacaq”, - deyə o bildirib.

Türkiyə, İran, Yaxın Şərq

Türkiyənin ABŞ-dan “F-35” beşinci nəsil qırıcı-bombardmançıları alması ehtimalından naharat olan İsrail Türkiyəyə “F-35”-lərin texnoloji səviyyəsini yüksəldəcək texnologiyanın verilməsini əngəlləmək üçün amerikalı səlahiyyətlilərlə müzakirələr aparır. Bu haqda İsrailin “Haaretz” qəzeti yüksək vəzifəli bir israilli səlahiyyətliyə istinadən yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Şəxsən mənim heç bir narahatlığım yoxdur. Çünki bununla bağlı hərtərəfli bir razılaşma var”. Bunu ölkənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu “F-25” qırıcıların Türkiyəyə satışı ilə bağlı ABŞ Konqresinin Nümayəndələr Palatasında qəbul edilən qərarı şərh edərkən deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə və ABŞ-ın iyunun 4-dən sonra həyata keçirməsi planlaşdırılan Münbiç planı Fərat çayının qərb sahilində yerləşən terrorçuların bir ay içində bölgədən çıxarılmasını nəzərdə tutulur. Bu haqda danışıqlara qatılan mənbələrə istinadən “Anadolu” agentliyi bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Mayın 30-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon söhbəti olub. Söhbət zamanı Suriya münaqişəsi və iki dövlətin energetika sahəsində əməkdaşlığı müzakirə edilib.

İordaniyanın paytaxtı Əmmanda İran və israilli səlahiyyətlilər arasında gizli görüş keçirilib. Bu iddia ilə Səudiyyə Ərəbistanının Londonda dərc olunan “İlaf” qəzeti çıxış edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriyada Rusiya hərbi qulluqçularına hücumun arxasında Amerikanın Et-Tanf bazasında hazırlıq keçmiş döyüşçülər dayana bilər. Belə versiyaya Rusiyanın Müdafiə Nazirliyində baxılır.

Bəzi məlumatlara görə, hücumdan 2 gün əvvəl Deyr-ez-Zor əyalətinə Et-Tanf bazasında hazırlıq keçmiş döyüşçülər qrupunu atıblar. Rusiyanın Müdafiə Nazirliyi hazırda sözügedən qrupun hücumda iştirak edib-etmədiyini müəyyənləşdirir.

Xatırladaq ki, mayın 23-də döyüşçülər qrupu Suriya ordusunun artilleriya batareyasına hücum edib. Döyüş bir saata yaxın davam edib. Hücum nəticəsində 4 Rusiya hərbi məsləhətçisi həlak olub, 43 döyüşçünün zərərsizləşdirildiyi bildirilir.

ABŞ Prezidenti Donald Tramp fevral ayında Suriyada, Deyrizorda ABŞ ordusunun təşkil etdiyi silahlı hücumun gizli məqamlarını açıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“ABŞ Suriyaya zərbələr endirməklə hər gün beynəlxalq hüququn normalarını tapdalayır. Dünyanın istənilən ölkəsi belə hücumun obyekti ola bilər”. Bunu Suriya prezidenti lideri Bəşər Əsəd “Russian Today” telekanalına müsahibəsində deyib.

Suriya prezidenti bildirib ki, ABŞ Suriya ərazisindən getməlidir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Yaxın Şərqdə gedən son proseslər iki hərbi ağırçəkili oyunçunun – İran və İsrailin addım-addım müharibəyə yaxınlaşdığını göstərir. Belə olan halda, onlardan kimin hərbi cəhətdən daha üstünlüyə malik olması sualı ortaya çıxır. “GlobalFirepower.com” saytının topladığı məlumatlara əsasən, ehtiyat qoşunlar da daxil olmaqla, İranın silahlı qüvvələrinin ümumi sayı 934 min nəfər təşkil edir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İsrail ilə Rusiya Suriyanın cənub sərhədinə rejim qüvvələrinin nəzarət etməsi haqda razılığa gəliblər. Bu barədə İsrailin “Kanal 10” televiziyası məlumat yayıb. Razılaşmaya görə, İran, “Hizbullah” və ya hər hansı başqa birlik bundan sonra Suriya sərhədində mövqe tuta bilməyəcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“ABŞ da daxil olmaqla, dünyada heç kəs İranı milli raket proqramını dayandırmağa məcbur edə bilməyəcək”. Bu haqda İran İslam İnqilabı Keşikçilər Korpusunun (silahlı qüvvələrin elit birlikləri –red.) komandanının müavini, briqada generalı Hüseyn Salami bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İsrailin Baş naziri Benyamin Netanyahu 2011-ci ildə İranla müharibəyə başlamaq barədə orduya göstəriş verib. Bu sözləri yerli televiziyalardan birində çıxışı zamanı MOSSAD-ın rəhbəri Tamir Pardo deyib.

Pardonun sözlərinə görə, Netanyahu 15 gün ərzində müharibəyə başlamaq üçün ordu rəhbərliyinə əmr verib. Netanyahunun müharibə əmrinin təlim xarakteri daşımadığını bildirən Pardo baş nazirin bu qərarı ABŞ-a İranla bağlı təzyiq göstərmək üçün verildiyini qeyd edib.

MOSSAD-ın keçmiş rəhbəri müharibə ilə bağlı əmrdən sonra istefa vermək barədə düşündüyünü də qeyd edib.

Xatırladaq ki, İsrailin keçmiş baş naziri və 2011-ci ildəki Netanyahu hökumətinin müdafiə naziri Ehud Barak ölkəsinin 2010-2011-ci illərdə İranı bombalamaq istədiyini açıqlamışdı.

ABŞ-ın Suriyanın şimalında PYD/YPG terror təşkilatı ilə quracağı qeyri-qanuni “sərhəd gözətçiləri gücü”nə dəstəyini açıqlayan Səudiyyə Ərəbistanı təşkilata maddi yardım göndərib. Bu haqda Suriya müxalifətinə aid “Baladi-News” portalı bildirib.

Xəbərə görə, PYD “Kuvvatu's-Sanadid” adlı qrupla birlikdə Suriya-İraq sərhədində “sərhəd gözətçiləri gücü” üçün qeydiyyata başlayıb. Qanunsuz hərbi birliyə qatılanların 2 il xidmət edəcəyi və aylıq 200 dollar maaş alacağı bildirilir.

“Əl-Qaidə” terror təşkilatının lideri Üsəma bin Ladenin oğlu Həmzə bin Laden Qərbi atasının qisasını almaqla hədələyib. Həmzə həmçinin Səudiyyə Ərəbistanında monarxiyanı devirməyi, müsəlmanların müqəddəs şəhərləri olan Məkkə və Mədinəni tutmağı planlaşdırır. “RİA-Novosti” agentliyi onun atasının yerini tutmağa nə dərəcədə bacarıqlı olduğunu araşdırıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ, Rusiya, Qərb-Rusiya münasibətləri

Polşa ABŞ-ı ölkədə zirehli tank diviziyasını yerləşdirməyə çağırıb. Ölkənin Müdafiə Nazirliyi “ABŞ-ın Polşada daimi olması üçün Təklif” adlı sənədi dərc edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Vaşinqton və Moskva arasında artan gərginlik tezliklə başqa ölkələrlə ABŞ-ın münasibətlərinə ciddi təsiri göstərə bilər. Bu haqda ABŞ-ın tez-tez “MKİ-nin kölgəsi” adlandırılan “Stratfor” kəşfiyyat-analitik şirkətinin materialında deyilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Moskva Vaşinqtonla gərginliyin zəifləməsinə ümid edirsə, Birləşmiş Ştatların daxili işlərinə müdaxiləsinə son qoymalıdır”. Bu haqda Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrovla telefon söhbəti zamanı ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.

“Amerika Moskva ilə münasibətləri yaxşılaşdırmaq istəyir. Ancaq Moskva bunun üçün Vaşinqtonda narahatlıq yaradan məsələlərin həlli üzrə konkret addımların atılmasına hazır olduğunu nümayiş etdirməlidir. Rusiya Birləşmiş Ştatların daxili işlərinə öz müdaxiləsini dayandırmalıdır”, - Dövlət Departamentinin başçısı deyib.

Amerikanın hərbi gəmiləri Çinin ərazi sularına icazəsiz soxulub. Bu haqda Çinin Müdafiə Nazirliyinin nümayəndəsi U Syan bildirib.

O təsdiq edib ki, “USS Antietam” raketləri ilə təchiz edilən “USS Higgins” esminesi və kreyser Sişa adalarının 12 dəniz mili məsafəsindən keçib. Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, Pekin cavab olaraq Cənubi Çin dənizi regionuna təyyarədaşıyan gəminin daxil olduğu donanma qrupunu göndərib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Baş Qərargahının sözçüsü general-leytenant Kennet Makkenzi Çini təhdid edib. Çinin Cənubi Çin dənizində yerləşən adaları silahlandırmasını şərh edən general-leytenant ABŞ ordusunun Qərbi Sakit okeanında kiçik adaları yox etməkdə təcrübəli olduğunu deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Çin yeni nəsilin nüvə silahının yaradılması templərini sürətləndirir və buna ABŞ-dan daha tez nail olacaq. Bu haqda “The Hill” qəzeti bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Prezidenti Trampın ölkəyə alüminium və polad idxalına tətbiq etdiyi gömrük vergisi iyunun 1-dən qüvvəyə minib. Vergi Avropa, Meksika və Kanadaya tətbiq edilib.

Koreya böhranı

Koreya Xalq Demokratik Respublikasının (KXDR) Əmək Partiyasının sədr müavini Kim Yen Çol ABŞ və KXDR liderlərinin mümkün sammitinə hazırlıq haqqında danışıqları müzakirə etmək üçün ABŞ-a səfər edib. Bu haqda mənbələrə istinadən “Yonhap” agentliyi bildirib.

"The Japan Times" nəşri isə ABŞ administrasiyasındakı rəsmilərə istinadən məlumat yayıb ki, Vaşinqton Pxenyanla apardığı məsləhətləşmələrdə Şimali Koreya hakimiyyətindən 20 nüvə başlığının ölkədən çıxarılaraq ABŞ-a göndərilməsinə razılıq verməsini tələb edir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın görüşü ərəfəsində Koreya Xalq Demokratik Respublikasının (KXDR) hakimiyyəti Birləşmiş Ştatlardan sanksiyaların ləğvini və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından tələb edib. Bu haqda mənbəyə istinadən Cənubi Koreyanın “Chosun Ilbo” qəzeti bildirib.

Mənbənin sözlərinə görə, əgər bu tələblər yerinə yetirilərsə, Pxenyanın nüvə silahına sahib olmasına ehtiyac qalmayacaq.

Daha əvvəl KİV bildirirdi ki, Birləşmiş Ştatlar KXDR barəsində yeni sanksiyaların tətbiqini qeyri-müəyyən vaxta kimi təxirə salınması haqda qərar qəbul edib.

Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov mayın 31-də Pxenyanda Koreya Xalq Demokratik Respublikasının (KXDR) bacısı Kim Çen Inla görüşüb. Bu haqda Rusiya xarici siyasət idarəsinin tvitter səhifəsində bildirilir.

Rusiyalı nazir daha əvvəl bildirib ki, KXDR-ə qarşı tətbiq olunan sanksiyalar tam ləğv olunmadan ölkənin nüvə problemini həll etmək mümkün deyil.

Mayın 31-də həmçinin Kim Çen Inın sağ qolu olan general Kim Yon Çxol ABŞ-a gedib. O, 18 ildən sonra ABŞ torpaqlarına gedən ilk ali səviyyəli Şimali Koreya məmuru olub.

İyunun 1-də Donald Tramp Kim Yon Çxolla görüşüb. Görüşdə bir çox məsələləri, o cümlədən sanksiyaları müzakirə edilib.

Ukrayna

Ukrayna və Donbasdakı “respublikalar” arasında hərbi qarşıdurma 4 ildir davam edir. Ekspertlər və diplomatlar münaqişənin həlli üçün zaman-zaman müxtəlif təkliflər irəli sürübülər, hadisələrin inkişafına dair versiyalar səsləndiriblər.

Rusiyanın “topcor.ru” saytı hadisələrin inkişafı üzrə proqnoz xarakterli üç variant irəli sürüb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya zəbt edilmiş Krımda nüvə arsenalının yerləşdirməyə aktiv hazırlaşır. BMT Təhlükəsizlik Şurasının xüsusi iclasında Ukraynanın xarici işlər naziri Pavel Klimkin bildirib.

“Krımın işğalı demək olar ki, yarımadada Rusiyanın hərbi potensialının iki dəfə güclənməsinə və nüvə silahının yerləşdirilməsi üçün infrastrukturun genişləndirməsinə gətirib çıxarıb. Krım bu gün Rusiyanın böyük hərbi bazasıdır", - Klimkin deyib.

Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin cənubi-şərqində münaqişənin güc yolu ilə həll variantını rədd edib. Poroşenko həmçinin Kiyevin kapitulyasiyanı rədd etdiyini bildirib.

“Mən sülhə gedən yolda iki sonuncu addımı rədd edirəm: milyonlarla insanın həyatına son qoyacaq hərbi hücum və kapitulyasiya”,- o dəqiqləşdirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm