Nida Təhlil
Əliyevlə Trampın danışıqları başlayır – İrəvanı qorxuya salan QARABAĞ SÜRPRİZİ
“Qarşıdakı Qarabağ danışıqlarında bəzi sürprizlərin
olması gözləniləndir, Ermənistan bu sürprizlərə hazır
olmalıdır”.
Publika.az xəbər verir ki, bu barədə 1992-95-ci illərdə
Ermənistan prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri olmuş David
Şaxnazaryan deyib.
Şaxnazaryan qeyd edib ki, Azərbaycan əhəmiyyətli diplomatik fəallıq
göstərir: “Xarici işlər naziri Məmmədyarov Vaşinqton, Berlin,
Brüssel, Paris kimi siyasi mərkəzlərə ardarda səfərlər edir.
Bununla yanaşı, etibarlı mənbələrdən əldə etdiyim məlumata görə,
Prezident İlham Əliyevin tezliklə Vaşinqtona səfəri gözlənilir və
bu səfər çərçivəsində Qarabağla bağlı mühüm danışıqlar ola
bilər”.
Erməni diplomat hesab edir ki, Bakı münaqişənin həlli üçün tələsir
və bu istiqamətdə real diplomatik addımlar atır.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın son günlər Azərbaycan
prezidenti İlham Əliyevə üç məktub ünvanlaması, bu məktubların
birində “qarşıdakı aylarda Qarabağ münaqişəsinin həlli üçün yeni
imkanlar yaranacaq” ifadəsini xüsusilə işlətməsi Ermənistanda
narahatlığa səbəb olub. Çünki Serj Sarkisyan dövründə Ermənistanın
əsas dayaq nöqtəsi Rusiya hesab olunurdu, lakin Paşinyan dövründə
Moskva İrəvanın “göz yaşlarına inanmır”. Bununla yanaşı, İrəvanın
söykənmək istədiyi Vaşinqton Bakı istiqamətində körpünü tikir.
Dəqiq informasiya olmasa da, bu proseslər fonunda Azərbaycan
prezidentinin Vaşinqtona səfər edəcəyi gözləniləndir. Və bu,
Trampın da dediyi kimi, Qarabağ münaqişəsinin həllində mühüm ola
bilər.
Asif
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı