Paşinyanın Azərbaycan torpaqları ilə bağlı GİZLİ PLANI: müharibə hər an BAŞLAYA BİLƏR
Bizi izləyin

Nida Təhlil

Paşinyanın Azərbaycan torpaqları ilə bağlı GİZLİ PLANI: müharibə hər an BAŞLAYA BİLƏR

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki ermənilərin bu bölgədə Ermənistan tərəfindən yaradılmış qondarma rejimə qarşı davam edən aksiyaları İrəvanda çaxnaşma yaradıb.

Publika.az
Ermənistan mediasına istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyan etirazçılara aksiyanı dayandırmaqla bağlı müraciət ünvanlayıb.

Qondarma rejimin “prezidenti” Bako Saakyan isə “hadisələrin siyasiləşdirilməsi daxili parçalanmaya səbəb olacaq” deyə bildirib.

Paşinyanın müraciətindən sonra Xankəndində aksiya iştirakçıları dağılışıb. Onlar “güc strukturlarının rəhbərlərinin” istefası ilə bağlı tələblərinin yerinə yetiriləcəyi günə qədər gözləyəcəklərini bildiriblər.

Lakin hadisələrin bundan sonrakı inkişafının necə olacağı maraqlıdır. Çünki Xankəndindəki qondarma rejim hələ də Ermənistandakı “Qarabağ klanı”nın əlindədir. Və böyük ehtimalla bu aksiyaları Paşinyan hakimiyyəti məlum klana “güc nümayişi” olaraq hazırlamışdı. Etirazçıların Paşinyanınn müraciətindən sonra dağılışması da bu ehtimalı gücləndirir.

Ehtimallara görə, “Qarabağ klanı” da Paşinyana cavab verəcək.

“Kavkazplus” saytı yazır ki, “Qarabağ klanı”ndan ibarət olan Xankəndindəki qondarma rejim cəbhədə hadisələri qızışdıra və müharibəni başlada bilər.

“Onlar Rusiyadakı erməni lobbisinin dəstəyi ilə buna gedəcəklər. Məhz müharibənin fonunda yenidən hakimiyyətə qayıdacaqlar. Vaxtilə Robert Koçaryan və Serj Sarkisyan da müharibə və minlərlə qurban hesabına hakimiyyətə gəlmişdi. İndi də eyni ssenari tətbiq ediləcək”, - deyə sayt qeyd edir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm