Nüvə silahının əvəzində YAŞAMAQ HAQQI, Qarabağda MÜHARİBƏ XƏBƏRDARLIĞI... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Nüvə silahının əvəzində YAŞAMAQ HAQQI, Qarabağda MÜHARİBƏ XƏBƏRDARLIĞI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Almaniyalı politoloq Aleksandr Rar Dağlıq Qarabağda müharibə xəbərdarlığı edib. Azərbaycan Ordusunun Naxçıvan cəbhəsində 11 min hektar ərazini düşmən işğalından azad etməsindən sonra Ermənistanda müharibə qorxusu artıb. G7 sammiti uğursuzluqla nəticələnib. Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti Donald Trampı Pxenyana dəvət edib. ABŞ denuklearizasiyaya əvəz olaraq Koreya Xalq Demokratik Respublikasına təhlükəsizliyin unikal zəmanətlərini verməyə hazırdır.

Dağlıq Qarabağda Ermənistan və Azərbaycan müharibəyə hazırlaşır. Almaniyalı politoloq Aleksandr Rar Ermənistan mediasında müsahibəsində tərəflərin müharibəyə hazırlaşdığını deyib.

Onun sözlərinə görə, yaxın gələcəkdə münaqişənin həlli ilə bağlı danışıqların dəyişəcəyini proqnozlaşdırmaq olmur.

“Tərəflər faktiki olaraq müharibəyə hazırlaşdıqlarını açıq şəkildə elan edirlər. ATƏT-in Minsk qrupunun həmsədrləri bundan sonrakı mərhələdə daha çox gərginliyin aradan qalxması və təhlükənin dəf edilməsi istiqamətində səy göstərəcək”, - deyə almaniyalı politoloq qeyd edib.

Rusiyalı hərbi ekspert Pavel Felqenqauera da tərəflər arasında müharibə ritorikasının gücləndiyinə diqqət çəkib.

“Ermənistanın yeni baş naziri diplomatiya və hərbi ritorikanı bir-birinə qarışdırır, danışıqlar prosesində diktə edən tərəf olmaq arzusuna çatmaq istəyir və bunu diplomatiya adlandırmaq çox çətin olar. Təbii ki, Azərbaycanın bu vəziyyətdə Qarabağın danışıqlar prosesində iştirakı ilə razılaşmayacağı aydındır. Böyük ehtimalla müharibəyə hazırlıqlar aparılır”, - deyə hərbi ekspert bildirib.

Azərbaycan Ordusunun Naxçıvan cəbhəsində 11 min hektar ərazini düşmən işğalından azad etməsindən sonra Ermənistanda müharibə qorxusu artıb. Erməni ekspertlər müharibənin addım-addım yaxınlaşdığını deyirlər.

Siyasi şərhçi Sarqis Artsruni qeyd edir ki, Azərbaycan Ordusu Qarabağ və Naxçıvan cəbhəsində faktiki olaraq irəliləyir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan Ordusunun Naxçıvan istiqamətində 11 min hektar ərazini düşmən işğalından azad etməsi xəbəri nəhayət ki, bir neçə gün öncə təsdiqini tapdı. Bu, “aprel müharibəsi”ndən sonra Ordumuzun ikinci ən böyük qələbəsidir. Məhz “Aprel müharibəsi”ndə olduğu kimi, Günnüt kəndinin də işğaldan azad edilməsi ilə nəticələnən əməliyyat Ermənistanda ciddi rezonansa səbəb olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə Silahlı Qüvvələri PKK-nın terror təşkilatının əsas qərargahı olan Şimali İraqdakı Qəndil bölgəsində əməliyyata başladı. Bu haqda ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Xatırlayın, Qəndil demişdim, Sincar demişdim. Orada əməliyyatlara başladıq. İyirmi təyyarə ilə 14 önəmli nöqtəni məhv etdik. Təyyarələr döndü, amma hələ bitmədi”, -prezident deyib.

15 iyul 2016-cı il tarixində Türkiyədə FETÖ terror təşkilatının həyata keçirdiyi hərbi çevrilişin daha bir detalı məlum olub. Prezidenti Rəcəb Tayyib Ərdoğan və ailəsinin Dalaman hava limanında sui-qəsddən şans əsəri qurtulduğu anlara aid görüntülər ortaya çıxıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Avstriya hökumətinin qərarları dinlərarası qarşıdurmanın alovlandırılmasına imkan yaradır. Bunu Avstriyanın ölkədəki 7 məscidin bağlanması və 40 imamın deportasiyası barədə qərarını şərh edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

G7 sammitinin nəticələri uğursuzdur. Bunu ARD televiziyasına müsahibəsində Almaniya kansleri Angela Merkel deyib. O, xüsusilə ABŞ Prezidenti Donald Trampın G7-nin birgə bəyanatına imza atmaqdan imtina etməsindən təəssüfləndiyini deyib:

“ABŞ-ın polad və alüminiuma tətbiq etdiyi ticarət rüsumları ətrafında danışıqlarda irəliləyiş olmaması göstərir ki, Avropa daha ABŞ-a etibar edə bilməz. Avropa regional problemlərin həllində özü aktivləşməlidir. AB gərək ABŞ-ın addımlarına qarşı cavab addımları atsın”.

Qeyd edək ki, Merkel ötən gün G7 toplantısından sonra keçirilən mətbuat konfransında Trampla ciddi fikir ayrılığı olduğunu bildirmişdi.

Rusiya prezidenti Vladimir Putin pauza götürdü və yeni zərbəni hazırlayır”. Bu haqda Rusiyanın müxalifət siyasətçisi Konstantin Borovoy “Apostrof” nəşrinə bildirib.

Onun sözlərinə görə, Rusiya prezidenti futbol üzrə dünya çempionatından (14 iyun-15 iyul tarixlərində Rusiyada keçiriləcək –red.) pauza olaraq istifadə etmək niyyətindədir.

“Dünya çempionatı Putin üçün özünü dünya cəmiyyətinin bir hissəsi kimi göstərmək, Ukrayna səmasında vurulmuş “Boinq”ı, Ukraynaya qarşı təcavüzü və Suriyadakı hərbi cinayətləri unutdurmaq imkanıdır. Çempionatdan mütləq yeni təcavüz üçün istifadə ediləcək. Putin dəyişməyə hazırlaşmır. Bu cinayətlər harada olacaq? Ukraynada, Suriyada, Moldovada, Gürcüstanda və ya hətta Qazaxıstanda. Qabaqcadan demək çətindir, çünki Putin zəif yerlərə vurur”, - Borovoy deyib.

Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti Donald Trampı Pxenyana dəvət edib. Şimali Koreya lideri iyul ayında KXDR-ABŞ sammitinin ikinci raundunu keçirməyi təklif edərək belə bir təkliflə çıxış edib.

Qeyd edək ki, iyunun 12-də Sinqapurda Şimali Koreya lideri Kim Çen In və ABŞ prezidenti Donald Tramp arasında görüş keçiriləcək.

“Araşdırmanın final mərhələsindən söhbət getmir, amma sübutedici bazanın həcmi Rusiyanı məhkəməyə vermək üçün kifayət qədərdir”. Bunu2014-cü ilin 7 iyul tarixində Amsterdam-Kula Lumpur xətti üzrə uçan Malaziya Hava yollarına aid “Boinq” sərnişin təyyarəsinin qəzası ilə bağlı tədqiqatın nəticələrini şərh edən Amerika politoloqu Piter Zalmayev Ukraynanın “Obozrevatel” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, proses Haaqa Beynəlxalq Məhkəməsinə keçərsə, qəzanın qurbanlarının yaşadıqları ölkələr günahkar tərəf kimi Rusiyaya qarşı iddia irəli sürə bilərlər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna hərbçiləri Donbasda Avropa İttifaqının siyasi təhlükəsizlik məsələləri üzrə komitəsinin nümayəndə heyətinə qarşı təxribat hazırlayırlar. Bu haqda “Donetsk Xalq Respublikası” (“DXR”) separatçı qurumun “Dövlət Təhlükəsizliyi Nazirliyi”nin mətbuat xidmətindən iddia ediblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ denuklearizasiyaya əvəz olaraq Koreya Xalq Demokratik Respublikasına təhlükəsizliyin unikal zəmanətlərini verməyə hazırdır. Bu haqda ABŞ-ın dövlət katibi Mayk Pompeo jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu zəmanətlər Amerikanın daha əvvəl təklif etməyə hazır olduğu zəmanətlərdən fərqlidir.

“Şimali Koreya ilə diplomatik dialoqdan əldə etmək istədiyimiz son məqsəd dəyişməyib. Koreya yarımadasının tam və dönməz denuklearizasiyası ABŞ-ın qəbul edəcəyi tək nəticədir”, - Pompeo vurğulayıb.

Dövlət katibi əlavə edib ki, denuklearizasiya olmasa, hər şey Şimali Koreya üçün pis bitə bilər.

Qeyd edək ki, iyunun 12-də Sinqapurda Şimali Koreya lideri Kim Çen Inla ABŞ prezidenti Donald Tramp arasında görüş keçiriləcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm