Nida Təhlil
Ankara və Bakı Ermənistanın məhvi üçün Naxçıvanda HƏRƏKƏTƏ KEÇDİ - Sarkisyandan ŞOK İDDİA
İrəvanda Türkiyə və Azərbaycanın Türk dünyasını
birləşdirmək üçün hərəkətə keçməsindən və Ermənistanın işğal etdiyi
tarixi torpaqların azad edilməsi üzərində ciddi planlar qurmasından
narahatdırlar.
Publika.az xəbər verir ki, Ermənistan Demokrat
Partiyasının sədri Aram Sarkisyan Naxçıvan ətrafında müharibənin
yetişdiyini iddia edib.
“Naxçıvan ətrafında bir ay öncə baş verən hadisələr bu günlərdə
açıqlanır. Azərbaycan Naxçıvanda ümumqoşun ordusu saxlayır,
həmçinin, Türkiyənin müasir zərbə silahları burada mövcuddur.
Görünür, hansısa planları var. Bununla yanaşı, təkcə Naxçıvandakı
hərbi kontingentlə müqayisədə Ermənistanın buna alternativ güc
formalaşdıra biləcəyi qeyri-realdır”, - deyə o bildirib.
Sarkisyan iddia edir ki, İrana qarşı ciddi sanksiyalar tətbiq
ediləcəksə və bu ölkə daxildən qarışacaqsa, proseslər bütün regiona
sıçrayacaq: “Region qarışacağı təqdirdə, Azərbaycan fürsətdən
istifadə edərək, Dağlıq Qarabağın azad edilməsi istiqamətində
hərəkətə keçəcək. Digər tərəfdən, Qarabağ münaqişəsinin həlli ilə
bağlı aparılan danışıqlar dalana dirəndi və bu gün hərbi yol Bakı
üçün əsas prioritetdir. Azərbaycan və Türkiyə ərazilərin
qaytarılması üçün birgə hərəkət edəcəklər”.
Erməni siyasətçi qeyd edib ki, Naxçıvandan Türkiyənin ən ucqar
nöqtəsinə dəmir yolu çəkilir: “Bu layihəyə əsasən dəmir yolu
Bakı-Tbilisi-Qarsa birləşəcək, oradan da Avropaya çıxacaq. Bu,
Azərbaycanla Türkiyənin regiondakı gələcək planlarından xəbər verir
və bu planda Ermənistanı gözləyən böyük təhlükələr var”.
Asif
-
Sosial21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO