“Bakı “yoran müharibə”dən genişmiqyaslı taktikaya keçir” – Cəbhədə DÖYÜŞ VƏZİYYƏTİ
Bizi izləyin

Nida Təhlil

“Bakı “yoran müharibə”dən genişmiqyaslı taktikaya keçir” – Cəbhədə DÖYÜŞ VƏZİYYƏTİ

“Cəbhədə 2016-cı ilin “aprel müharibəsi”ndən əvvəlki vəziyyət yaşanır”.

Publika.az
xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Sarqis Arstruni yazıb.

Onun sözlərinə görə, “aprel müharibəsi”ndən sonra Ermənistan rəhbərliyi cəmiyyəti cəbhədə müdafiənin möhkəmləndirildiyinə inandırmağa davam edirdi.

“Bakı “aprel müharibəsi”ndən sonra “yoran müharibə” taktikasına keçdi. Lakin son dövrlər Qarabağ və Naxçıvan cəbhəsində baş verənlər genişmiqyaslı müharibənin başlanğıcına qədəm qoyduğumuzu göstərir. Silah arsenalına görə Azərbaycan Ermənistandan üstündür və müharibə başlayarsa, bu üstünlük davam edəcək”, - deyə o bildirib.

Erməni şərhçi İrəvanın müdafiə və xarici siyasət istiqamətində zəif olduğunu da qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm