Nida Təhlil
Koçaryan əraziləri qaytarmağa razılaşmışdı, Heydər Əliyevlə görüşdə... – İllər öncəki danışıqların YENİ DETALLARI
Ermənistan mediası Robert Koçaryanın prezident olduğu
dövrdə Heydər Əliyevlə Qarabağ razılaşmasının detallarını yenidən
gündəmə gətirib.
Publika.az xəbər verir ki, “Qarabağ klanı”nın
hakimiyyətdən getməsindən sonra Ermənistan mediasında da bu klanın
üzvlərinə qarşı hücumlar başlayıb.
Erməni siyasi şərhçi Sarqis Artsruni yazır ki, Ermənistanın ikinci
prezidenti olmuş Robert Koçaryan 10 illik hakimiyyəti dövründə
təkcə soyğunçuluq və siyasi qətllər həyata keçirmirdi, o həm də
Qarabağ münaqişənin nizama salınması prosesində Azərbaycanın
şərtlərini qəbul etmişdi.
“1998-ci ildə Ermənistanın prezidenti olan Robert Koçaryan Qarabağ
münaqişəsində danışıqlar aparmaq hüququnu qazandı. Daha sonra “öz
müqəddəratını təyin etmə” prinsipi ikinci plana keçdi, hansı ki,
bu, Azərbaycanın diplomatik uğuru idi. Koçaryanın prezidentliyinin
ilk illərində Mehrinin Azərbaycana verilməsi variantı ortaya çıxdı.
Mehri məsələsi 1999-cu ilin 27 oktyabrında parlamentdə silahlı
hücumdan sonra gündəmə gəldi. Hakimiyyət bu məsələni təkzib etsə
də, belə variant mövcud idi. Vazqen Sarkisyan bu haqda yazırdı: “Bu
bizim yox, onların variantıdır”. Karen Demirçiyan da buna qarşı
idi. 2000-ci ilin 16 noyabrında Dtepan Demirçiyan (Karen
Demirçiyanın oğlu) Ermənistanın milli televiziyasında yayımlanan
“Bu gün” proqramında bildirirdi ki, “oktyabrın ortasında atam
mənimlə Mehri variantı haqqında danışırdı, o çox narahat idi və
bildirirdi ki, sonuna kimi buna qarşı çıxacaq”. 1999-cu ilin 27
oktyabr hadisəsindən sonra baş nazir postunda qardaşı Vazqen
Sarkisyanı əvəz edən Aram Sarkisyan 6 aylıq vəzifəsi dövründə Mehri
planına qarşı çıxdı. 2001-ci ildə o, “Çorord İnknişxanutyan”
qəzetinə danışırdı ki, “mən Mehri variantının reallaşmasına mane
oldum və bunu 1 nömrəli nailiyyətim hesab edirəm”. Robert Koçaryan
və xarici işlər naziri Vardan Oskanyan isə Mehri variantını təkzib
edirdilər. Lakin Vardan Oskanyan 25 aprel 2000-ci ildə
Kaliforniyanın Qlendeyl şəhərində erməni icması ilə görüşündə açıq
şəkildə bildirdi ki, “Mehri Azərbaycana verilir, Laçın isə
Ermənistanda qalır. Ermənistan Mehridən İranla kommunikasiya qurmaq
üçün istifadə edə biləcək”. Robert Koçaryan Mehri planı ilə
razılaşmışdı. Mümkündür ki, Vazqen Sarkisyan və Karen Demirçiyan bu
varianta qarşı çıxdıqları üçün öldürülüblər”, - deyə erməni şərhçi
iddia edir.
Qeyd edək ki, söhbət 90-cı illərdə ABŞ dövlət katibinin xüsusi
müşaviri olaraq çalışmış, məşhur amerikalı politoloq Pol Qobl
tərəfindən təklif olunan və sonradan tarixə “Qobl planı” olaraq
düşən variantdan gedir. Bu varianta görə, Ermənistan Naxçıvanla
quru əlaqəsi yaratması üçün Mehrini Azərbaycana verir, Laçın
dəhlizi və Qarabağ Ermənistanda qalır. İşğal altındakı digər
ərazilər də azad olunmalı idi. 2001-ci ildə Azərbaycan prezidenti
Heydər Əliyev və Ermənistan prezidenti Robert Koçaryan arasında
ABŞ-ın o vaxtı dövlət katibi Kolin Pauellinin vasitəçiliyi ilə
keçirilən Ki-Uest görüşündə bu məsələ ilə bağlı razılıq olub. Lakin
sonradan razılaşma pozulub. Həmin görüşdə iştirak edən Pol Qobl
hesab edir ki, razılaşma Rusiyanın Ermənistana təzyiqi ilə baş
tutmayıb.
Asif
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom