Ermənistanın məğlub olacağı CƏBHƏ, Kremlin yeni QARABAĞ PLANI... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Ermənistanın məğlub olacağı CƏBHƏ, Kremlin yeni QARABAĞ PLANI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri başlayıb. Azərbaycana gələn Rusiya nümayəndələrinin Ermənistandan işğal edilmiş əraziləri Azərbaycana qaytarmağı tələb etməsi işğalçı ölkədə şok effekti yaradıb. Ermənistan baş naziri Nikol Paşinyan əhalini Qarabağda istənilən ssenariyə hazır olmağa çağırıb. ABŞ İranla əməkdaşlıq edən şirkətlərə ikinci dərəcəli sanksiyalar tətbiq edəcək. KXDR ballistik raketlərinin istehsalı üzrə müəssisənin genişləndirilməsi prosesini başa çatdırır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən iyulun 2-də Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri başlayıb. Təlimlərə 20.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

İyulun 6-dək davam edəcək təlimlərdə döyüş əməliyyatlarının aparılmasının müasir təcrübəsi nəzərə alınmaqla qoşunlar müxtəlif növ qoşun əməliyyatlarının keçirilməsi, o cümlədən şərti düşmənə yüksək dəqiqlikli silah sistemlərinin etibarlı raket, artilleriya, bomba-hücum, eləcə də aviasiya və pilotsuz uçuş aparatları (PUA) ilə atəş zərbələrinin endirilməsi, həmçinin genişmiqyaslı hücum əməliyyatının keçirilməsi ilə işğal edilmiş ərazilərin azad edilməsi üzrə tapşırıqları yerinə yetirəcək.

Kreml Ermənistandan əraziləri Azərbaycana qaytarmağı tələb edir. Bu barədə erməni siyasi şərhçi Razmik Akopdjanyan Rusiya nümayəndə heyətinin 2016-cı ilin “aprel müharibəsi”i zamanı işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə və Lələtəpə yüksəkliyinə baş çəkməsini şərh edərkən deyib.

Xatırladaq ki, iyulun 1-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Bakı və Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfrans keçirilib.

Bu konfrans və görüşlə Rusiyanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycana açıq dəstək göstərməsi Ermənistanda narahatlıq yaradıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan baş naziri Nikol Paşinyan əhalini Qarabağda istənilən ssenariyə hazır olmağa çağırıb. Paşinyan bu çağırışı cəbhədəki vəziyyəti şərh edərkən səsləndirib.

O, erməni hərbi birləşmələrinin hadisələrin istənilən ssenarisinə hazır olmasının vacibliyinə diqqət çəkib.

“Siz bilirsiniz ki, hərbi təlimlər olacaq. Onların (Azərbaycan) bəyanatına əsasən bu təlimlər genişmiqyaslı formada həyata keçiriləcək. Hesab edirəm ki, bizim ordumuz istənilən ssenariyə hazır olmalıdır. Bu, mənim əmrimdir”, - deyə o bildirib.

Azərbaycan Ordusunun uğurlu əməliyyatları, bununla yanaşı, 2-6 iyul tarixində keçiriləcək 20 000 şəxsi heyət, 120 zirehli texnika, 200 raket-aetilleriya sistemi və 30 döyüş təyyarəsinin iştirak edəcəyi hərbi təlimlər Ermənistanda ciddi qorxuya səbəb olub. Paşinyanın açıqlaması da bunu bir daha sübuta yetirir.

Erməni şərhçi Sarqis Artsruni Paşinyanın bəyanatını şərh edərkən bildirib ki, Ermənistan müharibə istəmir, lakin buna həm də hazırlaşır.

“Əlbəttə, Ermənistan maksimum çalışmalıdır ki, 2016-ı ilin “aprel müharibəsi”ndəki nümunə təkrarlanmasın. “Aprel müharibəsi” Ermənistan ordusunun hərtərəfli müflisliyini, döyüş bacarığının olmamasını, həmçinin, xarici siyasətdəki zəiflikləri ortaya çıxardı”, - deyə o bildirib.

Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından sonra qorxuya düşən Ermənistan Naxçıvan istiqamətində hücum etməyə hazırlaşır. Erməni ekspertlər cəmiyyəti yeni müharibəyə hazırlayan açıqlamalar verirlər.

Erməni millətçiliyi ilə seçilən Levon Şirinyan iddia edir ki, Azərbaycan Ordusu əlverişli məqamda ərazilərin azad olunması üçün hərəkətə keçəcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“F-35” beşinci nəsil Amerika qırıcıları və Rusiyanın “Triumf” S-400 zenit-raket sistemlərinin Türkiyə tərəfindən alınması “stels” (gözəgörünməz) texnologiyasının məxfiliyini təhlükə altına qoya bilər. Bu haqda Böyük Britaniyanın “The Daily Telegraph” qəzeti bildirib.

“Mən müasir “F-35” təyyarələrinin Türkiyəyə verilməsini dəstəkləyirəm. Amma onlar Rusiyadan “S-400” sistemlərini əldə edərsə, bunun əleyhinəyəm. Bu addım Birləşmiş Ştatlar və müttəfiqlərimizin milli təhlükəsizliyini təhlükə altına qoya bilər”, - nəşr Amerika senatoru Kris Van Hollendən sitat gətirib.

O hesab edir ki, Ankaranın “S-400” sistemlərinə malik olması ruslara “F-35” qırıcı-bombardmançıların imkanlarını qiymətləndirməyə və onun zəif tərəflərini aşkar etməyə imkan verəcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Şimali İraqda PKK terror təşkilatına qarşı əməliyyatlara ara verməyən “Mehmetçik” sərhədlərinin terrordan təmizlənməsində önəmli addım atıb. Türkiyə Silahlı Qüvvələri Türkiyə-İran-İraq üçbucağında yerləşən Zaqros dağlarını mühasirəyə alıb.

Əməliyyata Xüsusi Qüvvələr Komandirliyinə bağlı “Bordo bereli” xüsusi təyinatlıları da qatılıb. Qeyd edək ki, Zaqros dağları PKK-nın Şimali İraqda əsas sığınacaqlarından sayılır.

ABŞ prezidenti Donald Trampın yaxın qrupunun üzvlərindən biri, Trampın vəkili və Nyu-York şəhərinin keçmiş bələdiyyə başçısı Rudi Culiani Fransada İran hakimiyyətinə müxalif olan “Xalqın Mücahidləri Təşkilatı”nın toplantısına qatılıb. Culiani İranda hakimiyyət dəyişikliyinə çağırış edib.

O, İrana qarşı sanksiyaların artacağını bildirib.

“İran rejiminin sonunun yaxınlaşdığını görürük. Molllalar getməlidir. Azadlığa çox az qaldı. Bir il sonra bu toplantının Tehranda təşkil etmək istəyirəm”, - vəkili deyib.

Bir vaxtlar ABŞ və Avropanın “terror siyahısı”na daxil edilən və Məryəm Rəcavinin rəhbəri olduğu “İran Mücahidləri Təşkilatı”nın toplantısına qatılan təxminən 4 min adama müraciət edən Culiani dini liderin getməli olduğu və Rəcavinin liderliyi ilə demokratik bir hökumətin qurulmalı olduğunu vurğulayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ İranla əməkdaşlıq edən şirkətlərə ikinci dərəcəli sanksiyalar tətbiq edəcək. Bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O, buna səbəb kimi ABŞ-ın İranla nüvə razılaşmasından çıxmasını göstərib:

“Bəli, gözlənilir ki, biz bunu edəcəyik. Əlbəttə...”, - deyə Ağ Ev rəhbəri bildirib.

Qeyd edək ki, son günlər İranda yaşanan böhranlı iqtisadi vəziyyət minlərlə insanın küçələrdə etiraza qalxmasına səbəb olub.

ABŞ-ın Nevada ştatında B61-12 nüvə bombasının sınaqları keçirilib. Bu haqda Birləşmiş Ştatların Energetika Nazirliyinin mətbuat xidməti bildirib.

Bununla da yeni idarə olunan qravitasiya bombasının sınaqları seriyası başa çatdırılıb. Sınaqlar iyunun 9-da Nevada ştatında poliqonda keçirilib.

“İxtisas test uçuşları göstərir ki, B61-12-nin dizaynı sistem tələblərinə uyğundur”, - xəbərdə deyilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ və Rusiya liderləri – Donald Tramp və Vladimir Putinin qarşıdakı sammiti üçün mərkəzi element Suriyanın gələcəyi və İranın Suriya ərazisindən sıxışdırılması üzrə Vaşinqton-Moskva əməkdaşlığı olacaq. Bu haqda “CBS News” telekanalın efirində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton danışıb.

Bolton bildirib ki, Vaşinqtonda Suriya prezidenti Bəşər Əsəd mövzusundan imtina ediblər.

“Düşünmürəm ki, Əsəd strateji məsələdir. Düşünürəm ki, İran strateji məsələdir”, - Bolton Amerika telekanalına söyləyib.

Qeyd edək ki, Donald Tramp və Vladimir Putin arasında görüş iyulun 16-da Helsinkidə keçiriləcək.

“Şimal Axını-2” layihəsində iştirak edən istənilən şirkətə qarşı sanksiya qeyri-qanunidir. Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, “Şimal Axını-2”-nin heç bir siyasi motivi yoxdur.

O, bu layihənin yalnız iştirakçı ölkələrin kommersiya maraqlarına uyğun olduğunu vurğulayıb.

ABŞ-ın Avropa Birliyindən gətirilən avtomobil və avtoehtiyat hissələrinə tətbiq etdiyi yeni gömrük rüsumları yanlış addımdır. Bu barədə məlumat ABŞ Ticarət Nazirliyinə Avropa Birliyinin göndərdiyi məktubda yer alıb. Rəsmi Brüssel məktubda ABŞ-ın bu addımlarına cavab veriləcəyini və nəticədə Vaşinqtonun 294 milyard dollar itirəcəyini bildirilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Koreya Xalq Demokratik Respublikası (KXDR) ballistik raketlərinin istehsalı üzrə müəssisənin genişləndirilməsi prosesini başa çatdırır. Bu haqda peyk təsvirlərinin tədqiqatlarının nəticələrinə istinadən “Wall Street Journal” nəşri iddia edib.

“Planet Labs Inc” şirkətinin təsvirləri Kaliforniyadakı Middlberi beynəlxalq tədqiqatlar İnstitutunun mütəxəssisləri tərəfindən təhlil edilib. Söhbət Şimali Koreyanın Xamxın şəhəri ərazisində yerləşən obyektdən gedir. Nəşrin məlumatına görə, bu zavodda ballistik raketlər edilir və demək olar ki, hazırlıqsız bu raketlərlə ABŞ-ın Asiyadakı hərbi obyektlərinə zərbə vurmaq olar. Həmçinin, Pxenyan ən böyük mənzilli raketlərinə yerləşdiriləcək döyüş başlıqları isə ABŞ-ın kontinental hissəsini vura bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm