İrəvandan müharibə elanına bərabər ADDIM, iki hissəyə BÖLÜNƏCƏK… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

İrəvandan müharibə elanına bərabər ADDIM, iki hissəyə BÖLÜNƏCƏK… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Daxili Qoşun birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirilməsi barədə informasiyalara reaksiya verib. Erməni ekspert Qarabağın Azərbaycana qaytarılmasını istəyən deputatı məhv etməyə çağırıb. Tehran nüvə proqramı üzrə Birgə hərtərəfli iş Planından çıxmaması üçün şərti açıqlayıb. ABŞ prezidenti Donald Tramp Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkilərinə müdaxilə etdiyi barədə iddialarla razılaşıb.

Ermənistan kütləvi informasiya vasitələrində hökumətin qərarına istinadən Ermənistanın Daxili Qoşun birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirilməsi barədə məlumat verilir. Ermənistanın yeni hakimiyyətinin bu addımı hərbi avantüradır və vəziyyətin gərginləşdirilməsinə xidmət edir.

Bu barədə Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verib.

H.Hacıyev bildirib ki, beynəlxalq hüquqa zidd bir şəkildə Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti və texnikasının böyük bir hissəsi Azərbaycanın işğal olunmuş ərazilərində cəmləşdirilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Erməni ekspert Qarabağın Azərbaycana qaytarılmasını istəyən deputatı məhv etməyə çağırıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Avropa Parlamenti Ermənistan və Avropa İttifaqı arasında imzalanmış hərtərəfli və genişləndirilmiş əməkdaşlıq haqqında sazişi təsdiqləyib. Bu haqda Avropa Parlamentinin xəbərində deyilir.

Sazişi parlamentin 573 deputatı dəstəkləyib, 50-si ona qarşı çıxıb. Xəbərə görə, saziş müxtəlif sferalarda daha dərin əməkdaşlığa yol açır.

Ekspertlər hesab edirlər ki, bu saziş Assosiasiya haqda sazişin siyasi bölümünün məzmununu təkrarlayır, amma geniş və hərtərəfli ticarət zonasının yaradılmasını nəzərdə tutmur, bu isə Ermənistana Avropa İttifaqı ölkələrinə azad şəkildə mal çıxarmaq və mal gətirmək imkanı verə bilərdi.

Ölkə nüvə sazişindən xeyir alarsa, Tehran nüvə proqramı üzrə Birgə hərtərəfli iş Planından (SVPD) çıxmayacaq. Bu haqda İran prezidenti Həsən Ruhani bildirib.

O qeyd edir ki, razılaşmanın başqa iştirakçıları Tehranın maraqlarını təmin edə bilərsə, ABŞ-sız razılaşmada qalacaq. Ruhani həmçinin vurğulayıb ki, SVPD-nin bütün qalan iştirakçıları güclü siyasi iradə nümayiş etdirdilər.

Xatırladaq ki, 2015-ci ildə İran və beynəlxalq vasitəçilər (Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa və Almaniya) İranın nüvə probleminin nizama salınması haqqında sənədi imzalayıblar.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ prezidenti Donald Tramp Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkilərinə müdaxilə etdiyi barədə iddialarla razılaşıb. Bu haqda Senatın kəşfiyyat üzrə komitəsinin məruzəsini şərh edən Ağ Evin rəsmi nümayəndəsi Hoqan Qidli jurnalistlərə bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Ümid edirəm ki, Birləşmiş Ştatlara heç vaxt müasirləşdirilmiş silahlı qüvvələrindən istifadə etmək lazım olmayacaq”. Bu haqda ABŞ prezidenti Donald Tramp Qərbi Virciniya statinda müstəqillik günü ilə bağlı ABŞ-ın Silahlı Qüvvələrinin təntənəli təbrikinə həsr olunmuş çıxışı zamanı bildirib.

“Biz ABŞ-ın təhlükəsizliyini bərpa edirik, böyük silahlı qüvvələrimizi bərpa edirik. Bu il (ABŞ-da maliyyə ili oktyabrın 1-dən başlanır – red.) hərbi qulluqçularımız üçün rekord məbləğdə - 700 milyard dollar müdafiə büdcə verdik. Növbəti il bu məbləğ 716 milyard dollar olacaq. Biz heç vaxt olmadığı kimi güclü ordu formalaşdırırıq. Və ümid edirəm ki, bu ordudan heç vaxt istifadə etmək lazım olmayacaq. Ümid edirik ki, heç vaxt hazırda yaradılan və dünyada ən yaxşı olan valehedici silahlardan istifadə etməyəcəyik” - Tramp deyib.

Almaniya kansleri Angela Merkel ABŞ-ın, başda Almaniya olmaqla, Avropa ölkələrinə qarşı gömrük vergisi təhdidinə cavab olaraq ticarət müharibəsi başladılacağı barədə xəbərdarlıq edib. Bu barədə “Frans Press” yazıb.

Qeyd edək ki, Virciniya ştatında çıxışı zamanı ABŞ Prezidenti Donald Tramp ölkəsinin bundan sonra “dünyanın pul qutusu” rolunu oynamayacağını bildirib.

Rusiyanın Liberal Demokrat Partiyasının sədri, Dövlət Dumasının üzvü Vladimir Jirinovski növbəti dəfə Ukrayna ilə bağlı təhlükəli bəyanatla çıxış edib. “Rossiya 1” telekanalında yayımlanan "Vladimir Solovyovla axşam" siyasi tok-şousunun qonağı olan Jirinovski Rusiyanın zamanla Krım ssenarisi üzrə Ukraynanı tamamilə udacağını bildirib.

Bundan başqa, onun sözlərinə görə, Ukraynaya maliyyə dəstəyi üzrə məsuliyyətdən yaxa qurtarmaq üçün ABŞ Rusiyanın bu hərəkətini dəstəkləyəcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm