Qarabağla bağlı QORXUNC XƏBƏRDARLIQ, tarixin ən böyük SAVAŞI... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Qarabağla bağlı QORXUNC XƏBƏRDARLIQ, tarixin ən böyük SAVAŞI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır. ABŞ hakimiyyəti Rusiyadan “S-400” zenit-raket komplekslərinin alınması üzrə müqaviləyə görə Ankara ilə münasibətləri korlamaq istəmir. Pentaqon Hörmüz boğazında gəmilərin sərbəst hərəkətini təmin etmək gücündədir. Şimali Koreya və ABŞ liderləri arasında ikinci yüksək səviyyədə görüş İsveçrədə ola bilər. ABŞ Ümumdünya Ticarət Təşkilatının qaydalarını pozaraq, tarixin ən böyük ticarət müharibəsinə başladı. Avropa İttifaqı xarici ölkələrdən alyans ərazisinə polad idxalına qarşı məhdudlaşdırıcı tədbirlər haqqında qərar qəbul edib.

”Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır”. Bu barədə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.

İ. Popov deyib ki, həmsədrlər hələlik Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı açıq bəyanatlardan çəkinirlər: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin incəliyini nəzərə alaraq Minsk qrupunun həmsədrləri hələlik bu mövzu ilə bağlı hər hansı açıq çıxışlardan çəkinirlər”.

İ. Popov həmsədrlərin bəyanatının Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin planlaşdırılan görüşünün yekunundan sonra veriləcəyini qeyd edib: “Düşünürük ki, nazirlərin görüşünün keçirilmə vaxtı yaxın vaxtlarda açıqlana bilər”.

“Dağlıq Qarabağda müharibə və ya, ən azından vəziyyətin kəskinləşməsi qaçılmazdır”. Bu haqda erməni ekspert Anna Mkrtçyan bildirib.

Onun sözlərinə görə, danışıqların xeyli vaxt ərzində aparılmaması və tərəflərin mövqelərinin sərtləşməsi belə pessimist proqnozlar üçün əsas kimi xidmət göstərir. Ekspert qeyd edir ki, Dağlıq Qarabağ üzrə yüksək səviyyədə danışıqlarda daxili siyasət hadisələrinə görə pauza yaranmışdı və güman edilirdi ki, yeni hakimiyyətin formalaşmasından sonra danışıqlar yeniləcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanın mənzillərdən birində Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən aparılan axtarışlar nəticəsində silah, narkotiklər və oğurlanmış şəkillər tapılıb. Bu haqda idarənin saytında bildirilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“ABŞ hakimiyyəti Rusiyadan “S-400” zenit-raket komplekslərinin alınması üzrə müqaviləyə görə Ankara ilə münasibətləri korlamaq istəmir”. Bunu Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu “Anadolu” agentliyinə bildirib.

ABŞ-ın İrana qarşı atdığı addımlarına toxunan nazir Ankaranın bu məsələdə Vaşinqtonun mövqeyi ilə razılaşmadığını deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Almaniya kansleri Angela Merkel ölkəsinin İranla nüvə razılaşmasından çıxmayacağını və sazişin qorunması üçün çalışacağını bəyan edib. Bu barədə İran prezidentinin rəsmi saytı məlumat yayıb.

İran prezidenti ilə telefon danışığı zamanı kansler qeyd edib ki, İrana təqdim edilən təkliflər paketində müqavilənin qorunması ilə bağlı yalnız əsas suallar qeyd edilir və detalların təkmilləşdirilməsi üçün daha çox dialoqa ehtiyac var.

“Vacib olan odur ki, biz razılaşmada qalmaq istəyirik”, - kansler vurğulayıb.

ABŞ Prezidenti Donald Trampın fəaliyyəti beynəlxalq ictimaiyyət tərəfindən birgə öyrənilməlidir. Bunu jurnalistlərə açıqlamasında İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

“ABŞ Prezidenti bütün beynəlxalq qaydalara zidd hərəkət edir. O, Sakit okean tərəfdaşlığı, iqlim razılaşması, NAFTA-ya qarşı da belə addımlar atdı”, – Zərif bildirib.

Pentaqon Hörmüz boğazında gəmilərin sərbəst hərəkətini təmin etmək gücündədir. Bunu jurnalistlərə açıqlamasında ABŞ ordusunun Mərkəzi Komandanlığının rəsmi nümayəndəsi Bil Urban deyib.

“ABŞ və tərəfdaşları regionda təhlükəsizlik və stabilliyi təmin edirlər. Biz beynəlxalq normalar əsasında naviqasiya və kommersiya daşımalarının sərbəstliyini təmin etməyə hazırıq”, - o bildirib.

Qeyd edək ki, İran bundan öncə ölkə neftinin ixracına qadağa qoyulacağı halda Hörmüz boğazını bağlayacağını açıqlamışdı.

ABŞ hökuməti Çindən idxal edilən 34 milyard dollar dəyərindəki 800-dən çox məhsula 25% gömrük vergisi tətbiq etməyə rəsmi şəkildə başlayıb. ABŞ prezidenti Donald Tramp Çindən idxal edilən məhsulların gömrük vergisinin artırıldığını, növbəti iki həftə ərzində isə 16 milyard dollar dəyərində idxal edilən mallar üçün də yeni tariflərin tətbiq ediləcəyini bildirib.

Təyyarədə jurnalistlərə açıqlama verən prezident Pekinin tətbiq etdiyi siyasətə davam edəcəyi təqdirində, 500 milyard dollardan çox dəyəri olan Çin məhsullarına yeni gömrük tariflərini tətbiq etmək niyyətində olduqlarını söyləyib.

ABŞ Ümumdünya Ticarət Təşkilatının qaydalarını pozaraq, tarixin ən böyük ticarət müharibəsini başlatdı. Bu barədə məlumatı Çin Kommersiya Nazirliyi yayıb.

“ABŞ 6 iyuldan etibarən bir sıra Çin mallarına 25% dəyərində idxal rüsumu tətbiq etməyə başlayıb. ABŞ ÜTT qaydalarını pozaraq, tarixin ən böyük ticarət müharibəsini başlatdı”, – deyə o bildirib.

Çinin Baş Gömrük İdarəsinin yaydığı məlumata görə, qurum ABŞ-ın 34 milyardlıq Çin məhsullarına tətbiq etdiyi 25%-lik gömrük rüsumuna analoji formada cavab verib.

Avropa İttifaqı xarici ölkələrdən alyans ərazisinə polad idxalına qarşı məhdudlaşdırıcı tədbirlər haqqında qərar qəbul edib. Qərarın ABŞ-da istehsal edilən polada qarşı yönəlmədiyi bildirilib. Belə ki, AB bununla ABŞ-ın yeni gömrük rüsumları tətbiqindən sonra birlik ərazisinə idxalın artmasının qarşısını almağı planlaşdırıb:

“Aİ polad idxalını əvvəlki səviyyədə saxlamaq istəyir. Brüssel ABŞ kimi böyük bazardan məhrum olan istehsalçıların çıxış yolu kimi Aİ-ni görəcəklərindən qorxur. Brüssel polad tədarükünə kvotanı əvvəlki illərin statistikasına əsasən müəyyən edəcək”.

“Böyük Britaniyanın xüsusi xidmət orqanları Rusiyanın futbol üzrə dünya çempionatından sonra yeni hücumunu gözləyirlər”. Bu haqda “The Times” nəşri bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Şimali Koreya və ABŞ liderləri arasında ikinci yüksək səviyyədə görüş İsveçrədə - Bern, Cenevrə və ya Davosda ola bilər. Bu haqda diplomatik mənbələrə istinadən “Kiodo” agentliyi bildirib.

Görüş Koreya yarımadasının denuklearizasiyasının (nüvəsizləşdirilmə -red.) ətraflı müzakirəsinə həsr edilməlidir. Agentlik bildirir ki, ən yaxın altı ay ərzində ABŞ, həmçinin Çin və Cənubi Koreya ilə Şimali Koreyanın aktiv danışıqları gözlənilir.

Qeyd edək ki, iyunun 12-də Sinqapurda ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kimi Çen In arasında görüş keçirilib. Tərəflər görüşün nəticəsi olaraq razılaşma imzalayıblar. Razılaşma Koreya yarımadasının tam nüvəsizləşdirilməsini nəzərdə tutur.

Rəsmi bəyanatlara baxmayaraq, ABŞ prezidenti Donald Tramp Krımın Rusiyaya birləşdirilməsini faktiki tanıdı. Bu haqda Rusiya publisisti Leonid Radzixovskiy “Apostrof” nəşrinə danışıb.

“Donald Tramp zəbt edilmiş Krımı Rusiyanın ərazisi kimi rəsmən tanıya bilmir, amma o, bunu faktiki tanıdı. ABŞ 50 ildən çox müddətdə Baltikyanı ölkələrin SSRİ tərəfindən zəbt edilməsini tanımasa da, Moskva ilə işlər aparmaqda davam edirdi. Krım məsələsi rəsmən qalır, amma faktiki olaraq arxa plana çəkilir”, - Radzixovskiy deyib.

Onun sözlərinə görə, Donbas problemi daha mürəkkəbdir, çünki orada Putin nəsə edə bilər: “Putin üçün Krım problemi sadəcə mövcud deyil, ticarət üçün predmet yoxdur, çünki, Krım onun üçün Rusiyanın ayrılmaz hissəsidir. Krım məsələsinin arxasında Putinin bütün siyasi reputasiyası dayanır. Onun üçün Krım Kremldən sonra əhəmiyyətinə görə ikinci bənddir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm