​​​​​​​Naxçıvana HÜCUM PLANI, intiqam SSENARİSİ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

​​​​​​​Naxçıvana HÜCUM PLANI, intiqam SSENARİSİ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri keçirib. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır. Azərbaycana gələn Rusiya nümayəndələrinin Ermənistandan işğal edilmiş əraziləri Azərbaycana qaytarmağı tələb etməsi işğalçı ölkədə şok effekti yaradıb. Ermənistan baş naziri Nikol Paşinyan əhalini Qarabağda istənilən ssenariyə hazır olmağa çağırıb. Ermənistan hakimiyyəti Dağlıq Qarabağa daxili qoşun bölmələrini göndərməyə qərar verib. ABŞ ən yaxın illərdə Avropa ölkələrində olan bir sıra hərbi bazalarda müasirləşdirilmiş nüvə bombalarını yerləşdirmək istəyir. Ümumdünya Ticarət Təşkilatının qaydalarını pozaraq, tarixin ən böyük ticarət müharibəsinə başladı.

Azərbaycan, Dağlıq Qarabağ

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa təbrik məktubu göndərib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən iyulun 2-də Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri başlayıb. Təlimlərə 20.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

İyulun 6-dək davam edən təlimlərdə döyüş əməliyyatlarının aparılmasının müasir təcrübəsi nəzərə alınmaqla qoşunlar müxtəlif növ qoşun əməliyyatlarının keçirilməsi, o cümlədən şərti düşmənə yüksək dəqiqlikli silah sistemlərinin etibarlı raket, artilleriya, bomba-hücum, eləcə də aviasiya və pilotsuz uçuş aparatları (PUA) ilə atəş zərbələrinin endirilməsi, həmçinin genişmiqyaslı hücum əməliyyatının keçirilməsi ilə işğal edilmiş ərazilərin azad edilməsi üzrə tapşırıqları yerinə yetirib.

Avropa Parlamenti Azərbaycanla əməkdaşlığa dair qətnamə qəbul edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

”Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır”. Bu barədə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.

İ. Popov deyib ki, həmsədrlər hələlik Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı açıq bəyanatlardan çəkinirlər: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin incəliyini nəzərə alaraq Minsk qrupunun həmsədrləri hələlik bu mövzu ilə bağlı hər hansı açıq çıxışlardan çəkinirlər”.

İ. Popov həmsədrlərin bəyanatının Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin planlaşdırılan görüşünün yekunundan sonra veriləcəyini qeyd edib: “Düşünürük ki, nazirlərin görüşünün keçirilmə vaxtı yaxın vaxtlarda açıqlana bilər”.

Kreml Ermənistandan əraziləri Azərbaycana qaytarmağı tələb edir. Bu barədə erməni siyasi şərhçi Razmik Akopdjanyan Rusiya nümayəndə heyətinin 2016-cı ilin “aprel müharibəsi”i zamanı işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə və Lələtəpə yüksəkliyinə baş çəkməsini şərh edərkən deyib.

Bu konfrans və görüşlə Rusiyanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycana açıq dəstək göstərməsi Ermənistanda narahatlıq yaradıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Erməni ekspert Qarabağın Azərbaycana qaytarılmasını istəyən deputatı məhv etməyə çağırıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Beynəlxalq Avrasiya Hərəkatının lideri, Kremlin ideoloqlarından hesab olunan Aleksandr Duqin Rusiya nümayəndə heyəti ilə birlikdə Azərbaycanın 2016-cı il “aprel müharibəsi” zamanı işğaldan azad edilən Cocuq Mərcanlı kəndində “Azərbaycan – Cənubi Qafqazda Rusiyanın tək müttəfiqi” adlı konfransda iştirak etməsindən və Rusiyanın erməni əsilli politoloq Semyon Baqdasaryanın bu konfransı təşkil edən Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Dmitri Savelyevi məhv etməyə çağırmasından danışıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyanın tanınmış politoloqu və təbliğatçısı, Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi Sergey Markov Cocuq Mərcanlıda keçirilən və Ermənistan, həmçinin, Rusiyadakı erməni lobbisi tərəfindən hiddətlə qarşılanan “Azərbaycan – Cənubi Qafqazda tək müttəfiqi” adlı konfransdan danışıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan baş naziri Nikol Paşinyan əhalini Qarabağda istənilən ssenariyə hazır olmağa çağırıb. Paşinyan bu çağırışı cəbhədəki vəziyyəti şərh edərkən səsləndirib.

O, erməni hərbi birləşmələrinin hadisələrin istənilən ssenarisinə hazır olmasının vacibliyinə diqqət çəkib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından sonra qorxuya düşən Ermənistan Naxçıvan istiqamətində hücum etməyə hazırlaşır. Erməni ekspertlər cəmiyyəti yeni müharibəyə hazırlayan açıqlamalar verirlər.

Erməni millətçiliyi ilə seçilən Levon Şirinyan iddia edir ki, Azərbaycan Ordusu əlverişli məqamda ərazilərin azad olunması üçün hərəkətə keçəcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan hakimiyyəti sərhədə daxili qoşun bölmələrini göndərməyə qərar verib. Bu haqda “Qraparak” qəzeti yazıb. Polisdən Valeri Osipyanın Müdafiə Nazirliyi ilə görüş faktını təsdiq ediblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan kütləvi informasiya vasitələrində hökumətin qərarına istinadən Ermənistanın Daxili Qoşun birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirilməsi barədə məlumat verilir. Ermənistanın yeni hakimiyyətinin bu addımı hərbi avantüradır və vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Bu barədə Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Cənubi Qafqazda Ermənistandakı inqilabla başlanan siyasi proseslər qaynayır. İrəvanda Nikol Paşinyan əhalini küçələrə çıxararaq, Serj Sarkisyanı devirdi. Həmin vaxt Gürcüstanda bir gəncin qətli insanların hakimiyyətə etirazına səbəb oldu. Daha sonra bu ölkənin baş naziri istefaya getdi.

Beynəlxalq media orqanı olan “Oriental Review” nəşrində Andrey Korubko imzası ilə yayımlanan məqalədə Ermənistan və Gürcüstanda baş verənlərin Corc Soros tərəfindən həyata keçirilən “rəngli inqilab” olduğu deyilir.

“Gürcüstanda baş verənlər Ermənistanda “məxməri inqilab”, yəni “rəngli inqilab”dan sonra yaşandı. Gürcüstan hökumətin son dövrlər Rusiya ilə daha sıx əməkdaşlığa başlamışdı. Bu baxımdan, baş verənləri geosiyasi proseslərin bir parçası hesab etmək olar”, - deyə müəllif yazır.

Andrey Korubko iddia edir ki, “inqilabların banisi” hesab edilən Corc Sorosun Cənubi Qafqaza sonuncu hədəfi Azərbaycandır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan

Avropa Parlamenti Ermənistan və Avropa İttifaqı arasında imzalanmış hərtərəfli və genişləndirilmiş əməkdaşlıq haqqında sazişi təsdiqləyib. Bu haqda Avropa Parlamentinin xəbərində deyilir.

Sazişi parlamentin 573 deputatı dəstəkləyib, 50-si ona qarşı çıxıb. Xəbərə görə, saziş müxtəlif sferalarda daha dərin əməkdaşlığa yol açır.

Ekspertlər hesab edirlər ki, bu saziş Assosiasiya haqda sazişin siyasi bölümünün məzmununu təkrarlayır, amma geniş və hərtərəfli ticarət zonasının yaradılmasını nəzərdə tutmur, bu isə Ermənistana Avropa İttifaqı ölkələrinə azad şəkildə mal çıxarmaq və mal gətirmək imkanı verə bilərdi.

Türkiyə, İran, Yaxın Şərq

“F-35” beşinci nəsil Amerika qırıcıları və Rusiyanın “Triumf” S-400 zenit-raket sistemlərinin Türkiyə tərəfindən alınması “stels” (gözəgörünməz) texnologiyasının məxfiliyini təhlükə altına qoya bilər. Bu haqda Böyük Britaniyanın “The Daily Telegraph” qəzeti bildirib.

Amerika senatoru Kris Van Hollen hesab edir ki, Ankaranın “S-400” sistemlərinə malik olması ruslara “F-35” qırıcı-bombardmançıların imkanlarını qiymətləndirməyə və onun zəif tərəflərini aşkar etməyə imkan verəcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“ABŞ hakimiyyəti Rusiyadan “S-400” zenit-raket komplekslərinin alınması üzrə müqaviləyə görə Ankara ilə münasibətləri korlamaq istəmir”. Bunu Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu “Anadolu” agentliyinə bildirib.

ABŞ-ın İrana qarşı atdığı addımlarına toxunan nazir Ankaranın bu məsələdə Vaşinqtonun mövqeyi ilə razılaşmadığını deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Şərqi Aralıq Dənizində 2010-cu ildən İsrail, ABŞ, Yunanıstan və Kipr adasının yunan hissəsi tərəfindən keçirilən birgə hərbi təlimlərin əsl hədəfi ortaya çıxıb. “Nobel Dina” (Tövratda intiqam anlamına gəlir) adı verilən təlimlər Türkiyədən gələcək hər hansı təhlükənin yox edilməsi üzrə ssenariləşdirilib.

Hərbi təlimlərə ilk olaraq 2010-cu ildə İsrail və ABŞ qatıldı. Sonradan isə təlimlərə Yunanıstan və Cənubi Kipr də cəlb edilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ ilə Rusiya arasında aparılan son danışıqlarda PKK/PYD terror təşkilatı üzvlərinin Bəşər Əsəd rejiminin muzdlu əsgərləri olması gündəmə gətirilib. Bu istiqamətdə yeniliklər qeydə alınıb. Əsəd rejiminin yayım orqanı olan “Əl Vətən” qəzeti PKK/PYD başçılarının Dəməşqə müzakirələr üçün gəldiyini təsdiq edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ prezidenti Donald Trampın yaxın qrupunun üzvlərindən biri, Trampın vəkili və Nyu-York şəhərinin keçmiş bələdiyyə başçısı Rudi Culiani Fransada İran hakimiyyətinə müxalif olan “Xalqın Mücahidləri Təşkilatı”nın toplantısına qatılıb. Culiani İranda hakimiyyət dəyişikliyinə çağırış edib.

Bir vaxtlar ABŞ və Avropanın “terror siyahısı”na daxil edilən və Məryəm Rəcavinin rəhbəri olduğu “İran Mücahidləri Təşkilatı”nın toplantısına qatılan təxminən 4 min adama müraciət edən Culiani dini liderin getməli olduğu və Rəcavinin liderliyi ilə demokratik bir hökumətin qurulmalı olduğunu vurğulayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ İranla əməkdaşlıq edən şirkətlərə ikinci dərəcəli sanksiyalar tətbiq edəcək. Bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O, buna səbəb kimi ABŞ-ın İranla nüvə razılaşmasından çıxmasını göstərib:

“Bəli, gözlənilir ki, biz bunu edəcəyik. Əlbəttə...”, - deyə Ağ Ev rəhbəri bildirib.

Qeyd edək ki, son günlər İranda yaşanan böhranlı iqtisadi vəziyyət minlərlə insanın küçələrdə etiraza qalxmasına səbəb olub.

Ölkə nüvə sazişindən xeyir alarsa, Tehran nüvə proqramı üzrə Birgə hərtərəfli iş Planından (SVPD) çıxmayacaq. Bu haqda İran prezidenti Həsən Ruhani bildirib.

O qeyd edir ki, razılaşmanın başqa iştirakçıları Tehranın maraqlarını təmin edə bilərsə, ABŞ-sız razılaşmada qalacaq. Ruhani həmçinin vurğulayıb ki, SVPD-nin bütün qalan iştirakçıları güclü siyasi iradə nümayiş etdirdilər.

ABŞ hökuməti ölkədən 2,5 min iranlını deportasiya edə bilər. Bunu İran parlamentinin deputatı Moctabu Zolnura “Etemad” qəzetinə müsahibəsində deyib.

İran İslam İnqilabı Keşikçilər Korpusu digər ölkələrin neft daşımalarına mane olmaq üçün Hörmüz boğazını bağlamağa hazırdır. Bunu İran mətbuatına açıqlamasında SEPAH komandanının müavini İsmayıl Kusari deyib.

“Əgər İran neftinin ixracı dayandırılsa, biz digər ölkələrin də Hörmüz boğazından neft daşımasına izn verməyəcəyik. Bu ərazidən dünya neftinin 20%-i, Fars körfəzində hasil edilən neftin hamısı daşınır. Dünyanın bu neftə ehtiyacı var. ABŞ özünün düşmənçilik fəaliyyətinə görə ağır bədəl ödəyəcək”, - o bildirib.

İran parlamentində neft məhsullarının digər məhsullarla barteri məsələsinə nəzarət edəcək xüsusi komitə yaradılıb. Bunu jurnalistlərə açıqlamasında İran parlamentinin deputatı Əsədulla Karexani deyib. Onun sözlərinə görə, bu addım İrana ABŞ sanksiyalarının öhdəsindən gəlməyə imkan verəcək:

“İran nefti müəyyən məhsullar qarşılığında veriləcək ki, bu da ABŞ-ın İranın neft ixracının azaldılmasının qarşısını alacaq. Biz bank problemləri ucbatından dollar və avrodan istifadə edə bilmərik. Ona görə də Hindistan, Çin və Cənubi Koreya kimi neft idxal edən ölkələrdən məhsul idxalını həyata keçirəcəyik”.

Pentaqon Hörmüz boğazında gəmilərin sərbəst hərəkətini təmin etmək gücündədir. Bunu jurnalistlərə açıqlamasında ABŞ ordusunun Mərkəzi Komandanlığının rəsmi nümayəndəsi Bil Urban deyib.

“ABŞ və tərəfdaşları regionda təhlükəsizlik və stabilliyi təmin edirlər. Biz beynəlxalq normalar əsasında naviqasiya və kommersiya daşımalarının sərbəstliyini təmin etməyə hazırıq”, - o bildirib.

Slovakiya Təl-Əvivdə yerləşən səfirliyinin Qüdsə köçürülməsi qərarına gəlib. Bu barədə İsraildə rəsmi səfərdə olan Slovakiya parlamentinin spikeri Andrey Danko danışıb. Danko Qüdsdə Slovak Mədəniyyət Mərkəzi açacaqlarını da bildirib.

ABŞ, Rusiya, Qərb-Rusiya münasibətləri

ABŞ-ın Nevada ştatında B61-12 nüvə bombasının sınaqları keçirilib. Bu haqda Birləşmiş Ştatların Energetika Nazirliyinin mətbuat xidməti bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ ən yaxın illərdə Avropa ölkələrində olan bir sıra hərbi bazalarda müasirləşdirilmiş nüvə bombalarını yerləşdirmək istəyir. Bu haqda diplomatik mənbəyə istinadən “RİA-Novosti” agentliyi bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ və Rusiya liderləri – Donald Tramp və Vladimir Putinin qarşıdakı sammiti üçün mərkəzi element Suriyanın gələcəyi və İranın Suriya ərazisindən sıxışdırılması üzrə Vaşinqton-Moskva əməkdaşlığı olacaq. Bu haqda “CBS News” telekanalın efirində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton danışıb.

Bolton bildirib ki, Vaşinqtonda Suriya prezidenti Bəşər Əsəd mövzusundan imtina ediblər.

“Düşünmürəm ki, Əsəd strateji məsələdir. Düşünürəm ki, İran strateji məsələdir”, - Bolton Amerika telekanalına söyləyib.

Qeyd edək ki, Donald Tramp və Vladimir Putin arasında görüş iyulun 16-da Helsinkidə keçiriləcək.

“Şimal Axını-2” layihəsində iştirak edən istənilən şirkətə qarşı sanksiya qeyri-qanunidir. Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, “Şimal Axını-2”-nin heç bir siyasi motivi yoxdur.

O, bu layihənin yalnız iştirakçı ölkələrin kommersiya maraqlarına uyğun olduğunu vurğulayıb.

ABŞ-ın Avropa Birliyindən gətirilən avtomobil və avtoehtiyat hissələrinə tətbiq etdiyi yeni gömrük rüsumları yanlış addımdır. Bu barədə məlumat ABŞ Ticarət Nazirliyinə Avropa Birliyinin göndərdiyi məktubda yer alıb. Rəsmi Brüssel məktubda ABŞ-ın bu addımlarına cavab veriləcəyini və nəticədə Vaşinqtonun 294 milyard dollar itirəcəyini bildirilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ prezidenti Donald Tramp NATO üzrə bir sıra müttəfiqlərin liderlərinə məktublar göndərib. “The New York Times” qəzetinin yazdığına görə, Ağ Evin başçısı müttəfiqlərini ittifaq çərçivəsində müdafiəyə həddən artıq az pul ayırdığı üçün tənqid edib. Tramp bildirib ki, bu, ittifaqın təhlükəsizliyini təhdid edir.

Xatırladaq ki, 2014-cü ilin sentyabrında NATO-nun Uelsdə sammitində ittifaq ölkələrinin liderləri 10 il ərzində hərbi xərclərin ümumi daxili məhsulun 2 faizindən yuxarı qaldırılması barədə öhdəlik götürüblər. Hazırda NATO-nun yalnız 8 üzvü müdafiəyə ümumi daxili məhsulun 2 faizindən çoxunu xərcləyirlər. ABŞ-ın hərbi büdcəsi isə ümumi daxili məhsulun təxminən 3,58 faizini təşkil edir. Bu Almaniyada 1,2 faizdir.

Tramp 11-12 iyul tarixlərində Brüsseldə NATO-nun növbəti sammitində bu məsələni qaldıracağına söz verib.

ABŞ prezidenti Donald Tramp Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkilərinə müdaxilə etdiyi barədə iddialarla razılaşıb. Bu haqda Senatın kəşfiyyat üzrə komitəsinin məruzəsini şərh edən Ağ Evin rəsmi nümayəndəsi Hoqan Qidli jurnalistlərə bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Ümid edirəm ki, Birləşmiş Ştatlara heç vaxt müasirləşdirilmiş silahlı qüvvələrindən istifadə etmək lazım olmayacaq”. Bu haqda ABŞ prezidenti Donald Tramp Qərbi Virciniya statinda müstəqillik günü ilə bağlı ABŞ-ın Silahlı Qüvvələrinin təntənəli təbrikinə həsr olunmuş çıxışı zamanı bildirib.

“Bu il hərbi qulluqçularımız üçün rekord məbləğdə - 700 milyard dollar müdafiə büdcə verdik. Növbəti il bu məbləğ 716 milyard dollar olacaq. Biz heç vaxt olmadığı kimi güclü ordu formalaşdırırıq. Və ümid edirəm ki, bu ordudan heç vaxt istifadə etmək lazım olmayacaq. Ümid edirik ki, heç vaxt hazırda yaradılan və dünyada ən yaxşı olan valehedici silahlardan istifadə etməyəcəyik” - Tramp deyib.

ABŞ hökuməti Çindən idxal edilən 34 milyard dollar dəyərindəki 800-dən çox məhsula 25% gömrük vergisi tətbiq etməyə rəsmi şəkildə başlayıb. ABŞ prezidenti Donald Tramp Çindən idxal edilən məhsulların gömrük vergisinin artırıldığını, növbəti iki həftə ərzində isə 16 milyard dollar dəyərində idxal edilən mallar üçün də yeni tariflərin tətbiq ediləcəyini bildirib.

Təyyarədə jurnalistlərə açıqlama verən prezident Pekinin tətbiq etdiyi siyasətə davam edəcəyi təqdirində, 500 milyard dollardan çox dəyəri olan Çin məhsullarına yeni gömrük tariflərini tətbiq etmək niyyətində olduqlarını söyləyib.

ABŞ Ümumdünya Ticarət Təşkilatının qaydalarını pozaraq, tarixin ən böyük ticarət müharibəsini başlatdı. Bu barədə məlumatı Çin Kommersiya Nazirliyi yayıb.

“ABŞ 6 iyuldan etibarən bir sıra Çin mallarına 25% dəyərində idxal rüsumu tətbiq etməyə başlayıb. ABŞ ÜTT qaydalarını pozaraq, tarixin ən böyük ticarət müharibəsini başlatdı”, – deyə o bildirib.

Çinin Baş Gömrük İdarəsinin yaydığı məlumata görə, qurum ABŞ-ın 34 milyardlıq Çin məhsullarına tətbiq etdiyi 25%-lik gömrük rüsumuna analoji formada cavab verib.

Avropa İttifaqı xarici ölkələrdən alyans ərazisinə polad idxalına qarşı məhdudlaşdırıcı tədbirlər haqqında qərar qəbul edib. Qərarın ABŞ-da istehsal edilən polada qarşı yönəlmədiyi bildirilib. Belə ki, AB bununla ABŞ-ın yeni gömrük rüsumları tətbiqindən sonra birlik ərazisinə idxalın artmasının qarşısını almağı planlaşdırıb:

“Aİ polad idxalını əvvəlki səviyyədə saxlamaq istəyir. Brüssel ABŞ kimi böyük bazardan məhrum olan istehsalçıların çıxış yolu kimi Aİ-ni görəcəklərindən qorxur. Brüssel polad tədarükünə kvotanı əvvəlki illərin statistikasına əsasən müəyyən edəcək”.

Almaniya kansleri Angela Merkel ABŞ-ın, başda Almaniya olmaqla, Avropa ölkələrinə qarşı gömrük vergisi təhdidinə cavab olaraq ticarət müharibəsi başladılacağı barədə xəbərdarlıq edib. Bu barədə “Frans Press” yazıb.

Qeyd edək ki, Virciniya ştatında çıxışı zamanı ABŞ Prezidenti Donald Tramp ölkəsinin bundan sonra “dünyanın pul qutusu” rolunu oynamayacağını bildirib.

Rusiya ABŞ-dakı noyabr seçkisinə (Konqresə keçirilən seçki – red.) müdaxilə etməyə cəhd etsə, ABŞ tərəfi “əjdaha qanunları” qəbul etməyə məcbur olacaq. Bunu “Kommersant” qəzetinə müsahibəsində amerikalı senator Con Nili Kennedi deyib.

“Biz Rusiyanın belə addımına sərt və amansız cavab verəcəyik. Bizim reaksiyamızın sərtliyi Rusiyanın davranışlarından asılı olacaq”, – deyə o bildirib.

Avropa İttifaqı Şurası Rusiyaya qarşı sanksiyaların müddətini 31 yanvar 2019-cu il tarixinə qədər uzadıb. Bu haqda təşkilatın saytında bildirilir.

Dəqiqləşdirilir ki, Avropa İttifaqının sanksiyaları maliyyə, energetika və müdafiə sektorlarına yönəlib. Sanksiyalar 31 iyul 2014-cü il tarixində qəbul edilib.

Venesuela prezidenti Nikolas Maduro hərbçiləri ABŞ-ın mümkün təcavüzünü dəf etməyə hazır olmağa çağırıb. Bu haqda “Televisa” telekanalı bildirib.

Daha əvvəl ABŞ prezident administrasiyasının anonim nümayəndəsinə istinadən “Assoşieyted Press” agentliyi bildirib ki, 2017-ci ilin avqustunda Karakas barəsində sanksiyaların müzakirə olunduğu görüşdə prezidenti Donald Tramp öz köməkçilərinə Venesuelaya mümkün müdaxilə haqqında sual verib.

Maduronun sözlərinə görə, KİV-də gedən informasiya Vaşinqtonun böyük neft ehtiyatlarını tutmaq üçün Venesuelaya hərbi müdaxiləni planlaşdırdığı barədə iddiaları sübut edir.

“Təsadüf? Venesuela müxalifətçilərin Ağ Evə səfərindən sonra Trampın Venesuelaya müdaxilə imkanı haqqında danışması təsadüf deyil”, - Venesuela prezidenti vurğulayıb.

“Böyük Britaniyanın xüsusi xidmət orqanları Rusiyanın futbol üzrə dünya çempionatından sonra yeni hücumunu gözləyirlər”. Bu haqda “The Times” nəşri bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Koreya böhranı

Koreya Xalq Demokratik Respublikası (KXDR) ballistik raketlərinin istehsalı üzrə müəssisənin genişləndirilməsi prosesini başa çatdırır. Bu haqda peyk təsvirlərinin tədqiqatlarının nəticələrinə istinadən “Wall Street Journal” nəşri iddia edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Şimali Koreya və ABŞ liderləri arasında ikinci yüksək səviyyədə görüş İsveçrədə - Bern, Cenevrə və ya Davosda ola bilər. Bu haqda diplomatik mənbələrə istinadən “Kiodo” agentliyi bildirib.

Görüş Koreya yarımadasının denuklearizasiyasının (nüvəsizləşdirilmə -red.) ətraflı müzakirəsinə həsr edilməlidir. Agentlik bildirir ki, ən yaxın altı ay ərzində ABŞ, həmçinin Çin və Cənubi Koreya ilə Şimali Koreyanın aktiv danışıqları gözlənilir.

Qeyd edək ki, iyunun 12-də Sinqapurda ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kimi Çen In arasında görüş keçirilib. Tərəflər görüşün nəticəsi olaraq razılaşma imzalayıblar. Razılaşma Koreya yarımadasının tam nüvəsizləşdirilməsini nəzərdə tutur.

Ukrayna

Rusiyanın Liberal Demokrat Partiyasının sədri, Dövlət Dumasının üzvü Vladimir Jirinovski növbəti dəfə Ukrayna ilə bağlı təhlükəli bəyanatla çıxış edib. “Rossiya 1” telekanalında yayımlanan "Vladimir Solovyovla axşam" siyasi tok-şousunun qonağı olan Jirinovski Rusiyanın zamanla Krım ssenarisi üzrə Ukraynanı tamamilə udacağını bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Tramp ən müxtəlif sözləri deyə bilər, amma bunların heç bir qiyməti yoxdur. ABŞ-da mövcud olan sistemi nəzərə alsaq, Trampın nə Krımın tanınması, nə də sanksiyaların ləğvi haqqında sözlləri heç bir praktik mənaya malik olmayacaq”. Bunu Rusiya və ABŞ prezidentləri – Vladimir Putin və Donald Trampın iyulun 16-da Helsinkidə keçiriləcək görüşü şərh edən Rusiya jurnalisti İqor Yakovenko bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna prezidenti Pyotr Poroşenko Donbas separatçıları ilə böyük müharibənin başlanması haqqında razılaşır. Bu haqda “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko bildirib.

Onun sözlərinə görə, Poroşenko Donbasda eskalasiya vasitəsilə Ukraynada prezident seçkilərini keçirməməyə çalışır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rəsmi bəyanatlara baxmayaraq, ABŞ prezidenti Donald Tramp Krımın Rusiyaya birləşdirilməsini faktiki tanıdı. Bu haqda Rusiya publisisti Leonid Radzixovskiy “Apostrof” nəşrinə danışıb.

“Donald Tramp zəbt edilmiş Krımı Rusiyanın ərazisi kimi rəsmən tanıya bilmir, amma o, bunu faktiki tanıdı. ABŞ 50 ildən çox müddətdə Baltikyanı ölkələrin SSRİ tərəfindən zəbt edilməsini tanımasa da, Moskva ilə işlər aparmaqda davam edirdi. Krım məsələsi rəsmən qalır, amma faktiki olaraq arxa plana çəkilir”, - Radzixovskiy deyib.

Onun sözlərinə görə, Donbas problemi daha mürəkkəbdir, çünki orada Putin nəsə edə bilər: “Putin üçün Krım problemi sadəcə mövcud deyil, ticarət üçün predmet yoxdur, çünki, Krım onun üçün Rusiyanın ayrılmaz hissəsidir. Krım məsələsinin arxasında Putinin bütün siyasi reputasiyası dayanır. Onun üçün Krım Kremldən sonra əhəmiyyətinə görə ikinci bənddir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm