Azərbaycanın ərazi bötüvlüyünə birmənalı dəstək ifadə olunması İlham Əliyevin böyük uğurudur - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Azərbaycanın ərazi bötüvlüyünə birmənalı dəstək ifadə olunması İlham Əliyevin böyük uğurudur - ŞƏRH

"NATO-nun Brüssel sammitinin dünyada olduqca mürəkkəb proseslərin baş verdiyi, geosiyasi qütblər arasındakı ziddiyyətlərin dərinləşdiyi, təhlükəsizlik məsələlərinin həyati əhəmiyyət daşıyan bir faktora çevrildiyi bir dönəmdə baş tutması, şübhəsiz ki, bu zirvə görüşünün önəmini daha da artırır. Azərbaycan prezidentinin sammitə dəvət olunan ali qonaqların sırasında olması, dövlət başçımıza və onunla birlikdə Brüsselə səfər edən Azərbaycan nümayəndə heyətinin üzvlərinə xüsusi münasibətin göstərilməsi mühüm və diqqətə alınası bir məqam kimi qiymətləndirilməlidir".

Bu sözləri Publika.az-a politoloq Elçin Mirzəbəyli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun sammitində iştirak etmək üçün Belçikanın paytaxtı Brüsselə səfərinin əhəmiyyətindən danışarkən deyib.

Politoloq bildirib ki, səfər çərçivəsində Azərbaycan prezidenti ilə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk arasında görüş də keçirilib. Görüş zamanı müzakirə olunan məsələlər və Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərin aparıcı istiqamətlərini müəyyənləşdirən “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması ikitərəfli əlaqələrin intensiv inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir:

“Səfər çərçivəsində Azərbaycanın xarici işlər və müdafiə nazirlərinin ABŞ-ın dövlət katibi Mayk Pompeo və müdafiə naziri Ceyms Mattislə görüşləri, Pompeo və Mattisin Azərbaycana səfər edəcəklərini bildirmələri, qənaətimə görə Bakı-Vaşinqton münasibətlərinin yeni və perspektivli bir mərhələyə qədəm qoyduğundan xəbər verir. Bu səfərdə Paşinyanın Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinə Dağlıq Qarabağın seperatçı rejimi danışıqlara qoşmaq cəhdi iflasa uğrayıb. Mogerini də açıq şəkildə danışıqlar prosesinin davam etdirilməsini bəyan edib. Eyni zamanda, NATO sammitinin yekun sənədində Azərbaycanın ərazi bötüvlüyünə birmənalı dəstək ifadə olunub. Brüssel səfərinin, ümumiyyətlə, Ermənistan və Azərbaycan üçün nəticələrinə gəldikdə isə, NATO-nun Brüssel sammiti öncəsi erməni lobbisinin apardığı total kampaniyaya rəğmən, Nikol Paşinyanın təşəbbüslərinin iflasa uğraması, Azərbaycan prezidentinin mövqeyinin əsas götürülməsi işğalçı ölkəyə və onu hərtərfli himayə edən neoiperialist, ambisiyaları ilə imkanları üst-üstə düşməyən, dünyanın siyasi xəritəsində yer aldığı gündən “tazıya qov, dovşana qaç” deyən şər və nifaq mərkəzlərinə ciddi mesaj kimi qəbul olunmalıdır. NATO sammitinin yekun sənədində Azərbaycanın ərazi bötüvlüyünə birmənalı dəstək ifadə olunması prezident İlham Əliyevin və təbii ki, Azərbaycanın böyük uğurudur.

Hesab edirəm ki, NATO-nun Brüssel sammitinin yekunları Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı aparılacaq danışıqlar prosesinə öz təsirini göstərəcək və bəzi qüvvələrin “ərazi bütövlüyü” və “öz müqəddəratını təyin etmə” prinsipləri arasında ənənəvi manipulyativ davranışlarını da məhdudlaşdıracaq.

Brüssel səfərinin nəticələri Aİ-nin Azərbaycana və Ermənistana münasibəti prizmasından da dəyərləndirilməlidir. Səfəri istər Azərbaycan-Avropa İttifaqı, istərsə də ölkəmizin NATO və alyansa üzv olan aparıcı dövlətlərlə münasibətləri baxımından dəyərləndirsək, qeyd olunan istiqamətlərdə prezident İlham Əliyevin öz məqsədlərinə çatmaq üçün maksimum nəticə əldə etdiyini görərik. Ermənistan baş nazirinin sammit çərçivəsində atdığı bütün addımlar isə, daha öncə qeyd etdiyim kimi fiaskoya uğrayıb. Bu isə həm Avropa İttifaqının, həm də NATO-nun Azərbaycanla əməkdaşlığı inkişaf etməkdə maraqlı olduğunu, Ermənistana isə ciddi tərəfdaş kimi yanaşmadığını nümayiş etdirir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm