Nida Təhlil
Kremlin ideoloqundan ermənilərə GÖZLƏNİLMƏZ CAVAB: “Əraziləri qaytarın, İlham Əliyev sizə...”
“Nikol Paşinyan hakimiyyətə gələn kimi Dağlıq Qarabağ
münaqişəsinin həll planını – ilkin mərhələdə 5 rayon Azərbaycana
qaytarılır, daha sonra digər ərazilərin taleyi müzakirə olunur –
ləğv etdi. Bu razılaşma Serj Sarkisyanın vaxtında əldə
olunmuşdu”.
Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq
Avrasiyaçılıq Hərəkatının lideri, Kremlin ideoloqu kimi tanınan
rusiyalı politoloq Aleksandr Duqin Ermənistan mediasına
müsahibəsində deyib.
Onun sözlərinə görə, Serj Sarkisyan Qarabağ münaqişəsinin həllinə
hesablanmış danışıqları aparırdı və bu, Azərbaycanla Rusiyanın
münasibətlərinin möhkəmlənməsinə imkan verirdi: “Bu danışıqlar
Ermənistanın əleyhinə deyildi, əksinə, bütün xalqların xeyrinə idi.
Paşinyan bu danışıqları zərbə altında qoydu və bu gün vəziyyət
müharibə həddinə çatıb”.
Duqin qeyd edib ki, Paşinyan Sarkisyanın yolu ilə gedərsə, bu
region üçün müsbət nəticələrə səbəb olacaq.
“Beş rayonun ilkin mərhələdə qaytarılması problemləri yoluna qoyur.
Ermənistan bunun əvəzinə iqtisadi dəstək qazanır. Azərbaycan
prezidenti ərazilərin qaytarılmasına əvəz olaraq iqtisadi
əməkdaşlığa, həmçinin, Türkiyə-Ermənistan sərhədlərinin açılmasına
imkan yaratmağa hazırdır. Bu baş tutarsa, Ermənistan blokadadan
çıxacaq, düşmənçilik yox olacaq”, - deyə o bildirib.
Duqin erməni jurnalistin “Siz sülh tərəfdarı olduğunuzu deyirsiniz,
halbuki, Azərbaycana səfər etdiniz və 2016-cı il müharibəsində
Azərbaycanın “işğal etdiyi” Lələtəpə yüksəkliyinə getdiniz. Bunu
necə anlamaq olar” sualına belə cavab verib: “Siz yəqin ki,
bilirsiniz, Rusiya bütün Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır
və bu, beynəlxalq hüquqa söykənmiş mövqedir. Hesab edirəm ki, mənim
ölkəmin Azərbaycanın ərazisi kimi tanıdığı əraziyə baş çəkməyim
təbiidir. Bununla yanaşı, Lələtəpəyə səfərim hərbi xarakter
daşımırdı, mənim əlimdə silah yox idi. Mən bir məsələni vurğulamaq
istəyirəm, proseslərin belə inkişafı təhlükəlidir. İndi bölgədə
situasiya dəyişib. Rusiya-Türkiyə münasibətləri əvvəlki kimi deyil.
Azərbaycanla münasibətlər yüksək səviyyədədir, gələcəkdə
Gürcüstanla münasibətlərin yoluna qoyulması gözlənilir. Rəsmi
Tbilisi Moskva ilə yaxınlaşmağa çalışır. Bu prosesdə Ermənistan da
iştirak etməlidir. Ermənistanın rəhbərliyi bunu anlamalıdır, əks
təqdirdə, özünə ziyan vura bilər”.
Asif
-
Avropa03:43
Meqan Markl Keyt Middletonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."