Nida Təhlil
Azərbaycan Ordusu 10 günün içində... - İrəvan qorxu içində, Paşinyan...
İrəvanda Azərbaycan Ordusunun işğal altındakı əraziləri
azad etmək üçün yaxın günlərdə hərəkətə keçəcəyinə dair ciddi
qorxular var.
Publika.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol
Paşinyan belə qorxularını açıq şəkildə dilə gətirib.
Ermənistanın baş naziri Paşinyan Azərbaycan Ordusunun cəbhəyə yeni
qüvvələr topladığını iddia edib.
“Azərbaycan bu addımla Ermənistan üçün məsələni adiləşdirmək və
lazımi anda zərbəni vurmaq istəyir. Orduya əmr vermişəm. Biz
hamımız müharibəyə hazır olmalıyıq”, - deyə o bildirib.
Paşinyan dünyadakı ermənilərə də səslənib: “Dünyanın hər yerində
yaşayan istənilən erməni müharibə başlayacağı təqdirdə Ermənistan
ordusunda xidmət etmək üçün hazır olmalıdır”.
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarında
yaradılmış qondarma rejimin “prezidentinin” təhlükəsizlik
məsələləri üzrə “köməkçisi” Tiqran Abramyan isə müharibənin 10 gün
içində başlaya biləcəyini deyib.
“Cəbhədəki hərəkətlilik müharibənin 10 gün, yaxud bir ay ərzində
başlaya biləcəyini deməyə əsas verir. Azərbaycan faktiki olaraq
buna hazırlaşır”, - deyə separatçı iddia edib.
Onun iddialarına görə, Azərbaycan Rusiyada keçirilən futbol üzrə
dünya çempionatının başa çatmasını gözləyirdi.
Asif
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...