Nida Təhlil
Putin 43 il sonra ABŞ-dan SSRİ-nin QİSASINI ALDI - Soveti çökdürən plan Amerikaya tuşlandı
Donald Tramp və Vladimir Putinin Helsinkidə baş tutan
tarixi görüşü başa çatdı. Liderlər bir-birinə səmimi poza verərək,
diplomatik maskalardan məharətlə istifadə etdilər. Bu, ABŞ-Rusiya
ikinci “soyuq müharibəsi”nin başa çatması demək deyil, əksinə,
tərəflər bir araya gələrək, əllərindəki “kozır”ları yoxlamaq
manevri etdilər. Təbii ki, İrana qarşı hücuma keçən Amerika üçün
ruslarla döyüşə ara vermək və Suriyada tarazlığı qısa zamanda da
olsa öz xeyrinə dəyişmək istəyi var. Elə Trampın Suriya məsələsində
Putinə “top Rusiyadadır” deməsi də buna hesablanmışdı, lakin XXI
əsrin çarı ölkəsində keçirilən futbol üzrə dünya çempionatından
xatirə gətirdiyi topu Trampa təqdim edərək, “top artıq
Amerikadadır” deməsi hər şeyi indi başladığını, tərəflərin iki ac
canavar kimi bir-birinin qarşısında gözüaçıq yatmağa hazırlaşdığını
- yəni planlarından geri çəkilmirlər, sadəcə hələlik təxirə
salırlar – göstərdi.
Publika.az xəbər verir ki, bu tarixi görüşün ən
diqqət çəkən tərəfi isə Trampın ölkəsində “xain” elan edilməsi
oldu. Və bu ittihamları sadə amerikalılar deyil, CİA-nın keçmiş
direktoru Con Brennan, neoconların və Amerika müharibə makinasının
açar şəxsi senator Con Makkeyn, Nümayəndələr Palatasının rəhbəri
Paul Ryan, keçmiş baş prokuror Preet Bharara, Milli Kəşfiyyat
Təşkilatının rəhbəri Dean Coats kimi “dərin Amerika”nın mühüm
şəxsləri dilə gətirdi. Onlar Tramp-Putin görüşünü “xəyanət,
rəzalət, utancverici, fiasko, böyük səhv” adlandırdılar.
“Aydınlıq” qəzeti Helsinkidə Tramp-Putin zirvəsini 1975-ci il
görüşü ilə qarşılaşdırılıb.
1975-ci il Helsinki zirvəsində nələr olmuşdu?
Qəzetə görə, SSRİ-nin dağılması Qorbaçovla deyil, əslində 1975-ci
il Helsinki zirvəsi ilə başladı.
Maraqlıdır ki, həmin görüş də Tramp-Putin görüşünün keçirildiyi
iyul ayında baş tutmuşdu. O dövrdə ABŞ prezidenti olan Cerald Ford
SSRİ rəhbəri Leonid Brejnevlə görüşmüşdü. Bu görüşün ardınca
1975-ci ilin 1 avqustunda Helsinkidə 35 ölkə “Helsinki Yekun
Sənədi”, yaxud “Helsinki Deklarasiyası” adlanan sənədi imzaladı.
Qərb-Şərq münasibətlərinin yaxınlaşması və yumşaldılmasına
hesablanmış bu sənədin imzalanmasından sonra Şərqi Avropadakı Sovet
respublikalarının hamısında ziyalı və millətçi təbəqə hərəkətə
keçdi. İnsan haqları və azadlıq hərəkatları formasında başlayan
proseslər zaman keçdikcə Moskvanın hegemoniyasına qarşı azadlıq
mübarizəsinə çevrildi. Lakin bu böyük partlayış kimi yox, tədricən
inkişaf edən proses olaraq həyata keçdi.
“Vətəndaş cəmiyyətlərinin imperiya siyasətində alətə çevrilməsi,
dini terrorçuların Əfqanıstanda tələyə düşən SSRİ-yə qarşı hərəkətə
keçməsi, Rokfellerin əsas adamı olan Amerikanın Polşa əsilli
strateji dühası Bjeziniskinin başlatdığı və “rəngli inqilab”ların
ilki hesab olunan Solidarnoj hərəkatı 1975-ci ildəki Helsinki
Zirvəsinin nəticələri idi”, - deyə qəzet yazır.
Helsinki zirvəsindən sonra 1985-ci ildə hakimiyyətə gələn
Qorbaçovun açıqlıq siyasəti SSRİ-nin dağılması ilə başa çatdı.
SSRİ-nin dağılmasından sonra postsovet məkanı “Böyük Şahmat
Taxtası”nın (Bjeziniskinin müəllifi olduğu kitab - red.) hədəfi
oldu.
Rus imperiyası SSRİ-nin dağılması ilə başlanan çöküşdən 2000-ci
ildə hakimiyyətə gələn Putin sayəsində xilas olacaqdı. Putin rus
imperiyası ideologiyasını təzələdi, Çinlə böyük ittifaqa getdi və
Amerikanın qarşısında əsl “rus ayısı”nı çıxarmağı bacardı. 2018-ci
ilin Helsinki Zirvəsi 1975-ci ildən fərqli olaraq rusların
üstünlüyü ilə keçdi.
“Tramp zirvəyə 22 trilyon dollar borcu olan ABŞ lideri olaraq
qatılmışdı və onun ölkəsini çöküşdən xilas edəcəyi heç də
inandırıcı görünmür. Zirvədən sonra Trampın Amerikanın “dərin
dövləti” tərəfindən xəyanət ittihamı ilə vəzifəsindən uzaqlaşdırıla
biləcəyi ehtimalı da az deyil”, - deyə “Aydınlıq” yazır.
Asif
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR