“Qara Qitə”də ABŞ-Çin savaşı: Pekin HƏRƏKƏTƏ KEÇDİ
Bizi izləyin

Nida Təhlil

“Qara Qitə”də ABŞ-Çin savaşı: Pekin HƏRƏKƏTƏ KEÇDİ

BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) 25-27 iyulda Cənubi Afrikada keçiriləcək sammiti ərəfəsində Çinin Afrika qitəsini investisiya ilə ələ alması yenidən gündəmə gəlib.

Publika.az
xəbər verir ki, Amerikalı siyasətçilər Pekinin “Qara qitə”ni “borc tələsi”nə salmaq və özündən asılı vəziyyətə düşürmək niyyətində olduğunu hesab edirlər.

BRİKS sammitindən öncə Çin lideri Si Cinpinin Afrika turuna çıxması da bu kontekstdə diqqət çəkir. Seneqaldan sonra Ruandaya gələn Cinpin bu ölkəyə ilk ayaq basan Çin lideri olaraq tarixə keçdi. Si Cinpin Ruandadan sonra BRİKS-in sammitinin keçiriləcəyi Cənubi Afrikaya gələcək. Çin liderinin son olaraq gedəcəyi ölkə Mavriki olacaq.

Çinin “Bir qurşaq bir yol” layihəsini elan etməsindən sonra strateji önəmi artan Afrikaya yatırdığı investisiyalar bütün dünyanın diqqətini çəkir.

Cənubi Afrikanın üç qəzetində məqalə yayımlayan Si Cinpinin bu sözləri də diqqət çəkir: “Çin son 9 ildə Cənubi Afrikanın ən böyük iqtisadi tərəfdaşı olub. İki ölkə arasında ticarət dövriyyəsi 2017-ci ildə 39,17 milyard dollara çatıb, diplomatik əlaqələr 20 dəfə artıb”.

Çin hazırda Seneqalın Fransadan sonra ikinci böyük iqtisadi tərəfdaşıdır. Bununla yanaşı, Qvineyaya alminumun istehsalındakı payına görə 20 milyard dollar yardım edib.

ABŞ-ın “Dənizaşırı Özəl İnvestisiya Şirkətləri”nin İdarə Heyətinin rəhbəri Ray Vasburne iddia edir ki, Çin Afrika ölkələrinin ehtiyaclarını qarşılamaqla onları özündən asılı vəziyyətə salır.

“Bu, “ödə, ya da nəzarətimə daxil ol” siyasətidir”, - deyə Ray qeyd edib.

Amerikalı mütəxəssislər Çinin Afrikaya yatırdığı investisiyaların sadəcə iqtisadi qazanca hesablanmadığını düşünürlər.

Wake Forest Universitetinin əməkdaşı Lina Benabdallah hesab edir ki, Çin qlobal liderlik statusunu artırmaq üçün Afrikaya dəstək verir.

“ Çin Afrikaya böyük investisiyalar qoyur və yeni layihələr həyata keçirir. Afrika ölkələrinin təbii sərvətləri Pekinin diqqətini cəlb edir. Çinin xarici siyasətində Afrika xüsusi yer tutur, bununla yanaşı, Pekin BMT-nin Afrikadakı sülhməramlı qüvvələrinə əsgər göndərir, həmçinin, maliyyə yardımı göstərir. Bunlar qlobal bir güc olaraq önə çıxmaqda ciddi təsirə malikdir”, - deyə amerikalı mütəxəssis vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm