Nida Təhlil
Rusiyadan SENSASİYALI ERMƏNİSTAN QƏRARI: “5 günlük müharibə” xəbərdarlığı və Bakıya...
Rusiya Ermənistana verdiyi qazın qiymətini artırmaqla
bağlı siyasi qərar qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın
“Qraparak” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Rusiya hazırkı qaz müqaviləsi başa çatan kimi
qiymətləri yüksəldəcək.
“Rus ekspertlərindən biri bizə dedi ki, Moskva Belarusa verdiyi
qazın da qiymətini qaldıracaq və beləliklə eyni ittifaqda təmsil
olunduğu Ermənistana hədəfinin o olmadığını göstərəcək. Lakin
sonradan Belarusa verilən qazın qiyməti əvvəlki həddə endiriləcək,
Ermənistan isə yüksək qiymətlə qazı almağa davam edəcək. Moskva
hazırda Ermənistanın yeni rəhbərliyinə etibar etmir. Həmçinin,
verdiyi qərarlarla bağlı İrəvanı məlumatlandırmır”, - deyə qəzet
yazıb.
Qəzetə danışan rusiyalı ekspert Ermənistana Gürcüstanın taleyini
xatırladıb.
“Qərb kömək etmədi və Gürcüstanın xarici borcu 14 milyard dollar
oldu. Gürcüstan Abxaziyasız və Cənubi Osetiyasız qaldı”, - deyə
ekspert qeyd edib.
Ermənistan mediası isə bu addımı Rusiyanın Ermənistana qarşı
geosiyasi təzyiqi olaraq xarakterizə edib.
Erməni siyasi şərhçi Naira Ayrumyan yazır ki, qaz Rusiya üçün
həmişə geosiyasi rıçaqdır.
“Ermənistan dünyanın ən böyük qaz təchizatçılarından olan İranla
qonşu olsa da, qazı Rusiyadan qalır. Gürcüstan vasitəsilə gələn
qaza tranzit haqqı da ödənilir. Lakin Rusiya qazı məhz ondan
almaqla bağlı təkid edir. Ermənistanın əvvəlki rəhbərliyi Rusiya
ilə maraqlı sxem üzərində razılaşmışdı: Rusiya sərhədə gələn qazın
qiymətini Ermənistan üçün endirir, (1000 kubmetrə 150 dollar) lakin
bu, sonradan daxili qiymətlərin hesabına kompensasiya edilir.
Nəticədə 1000 kubmetr qaz 289 dollara başa gəlir. Ermənistanın yeni
rəhbərliyi bu sexmi dəyişdirmək fikrindədir və qazı İrandan almaq
istəyir. Rusiya buna imkan vermək niyyətində deyil. Rus ekspertin
Ermənistanı Gürcüstanın taleyi ilə qorxutması da buna hesablanıb”,
- deyə o qeyd edib.
Qeyd edək ki, Mixail Saakaşvilinin hakimiyyəti dövründə Gürcüstan
Rusiyadan üz çevirərək Qərblə əməkdaşlığa başladı. Buna cavab
olaraq Rusiya 2008-ci ildə “5 günlük müharibə” ilə Tbilisini
cəzalandırdı və Abxaziya ilə Cənubi Osetiya Gürcüstandan ayrıldı.
Qərb sözdə nə qədər danışsa da, əməldə Gürcüstana kömək etmədi. Bu
gün Gürcüstan Rusiya ilə münasibətləri yenidən qurmağa can atır.
Görünür, Moskva İrəvana “5 günlük müharibə” ssenarisini
xatırlatmaqla xəbərdarlıq edir. Əgər proseslər rusların istədiyi
kimi davam etməsə, Ermənistana müdaxilə ola bilər. Bu ssenari həm
də Azərbaycana işğal olunmuş torpaqlarının azad edilməsi üçün yeni
şans yarada bilər.
Asif
-
Sosial22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər
-
Nida Xəbər 17:20
Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir