“Aprel müharibəsi”ni başladan generalın yeni HÜCUM PLANI ORTAYA ÇIXDI
Bizi izləyin

Nida Təhlil

“Aprel müharibəsi”ni başladan generalın yeni HÜCUM PLANI ORTAYA ÇIXDI

Ermənistanın müdafiə naziri David Tonoyan Azərbaycana qarşı yenə sərsəm iddialar səsləndirib.

Publika.az
xəbər verir ki, Tonoyan erməni jurnalistlərinə açıqlamasında Azərbaycana zərbə endirə biləcəklərini deyib.

“Ermənistan istənilən vaxt hərbi hərəkətlərin yenilənməsini gözləyir. Azərbaycan tərəfi Naxçıvan istiqamətində mühəndislik işlərini davam etdirir, öz mövqelərini möhkəmləndirir. Lakin biz hər şeyə nəzarət edirik”, - deyə nazir iddia edib.

Qeyd edək ki, Azərbaycan Ordusu Naxçıvan istiqamətində işğal altındakı ərazilərin 11 min hektarını azad edəndə də Tonoyan “hər şey nəzarətimizdədir” deyə açıqlama vermişdi. Hətta erməni siyasi şərhçi Tevos Arşakyan “Tonoyan inqilabdan sonra yeni müdafiə naziri təyin olunub və Azərbaycan Ordusunun uğurunun ortaya çıxması onun “kreslosunu”, həm də inqilab hakimiyyətinin təməllərini laxladır: “Buna görə də o, sələfləri kimi bizi aldatmaqla məşğuldur” deyə yazmışdı.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Tonoyanın Naxçıvan cəbhəsində baş verənlərdən danışması və “hər şey nəzarətimizdədir” deməsi Ordumuzun Günnüt zəfərini xatırladır.

Lakin 2016-cı il “aprel müharibəsi”ni başladan və hazırda işğalçı ölkənin hərbi rəhbəri olan Tonoyan bu dəfə bir az da irəli gedərək, Azərbaycanı təhdid edib.

“Zəruri olduqda Ermənistan tərəfi Azərbaycana önləyici zərbə vuracaq” deyə o iddia edib.

Tonoyan “aprel müharibəsi” zamanı müdafiə nazirinin müavini idi. Məlumatlara görə, Qərblə yaxşı əlaqələrə malik olan Tonoyan həmin vaxt “passiv müdafiədən aktiv cilovlamaya” hərbi siyasi konsepsiyasını hazırlayıb. Bu konsepsiyanı iki dəfə NATO-nun Brüsseldəki iqamətgahında müzakirə etdikdən sonra ATƏT-in Vyandakı qərargahında və Londonda “Chatam House”də geniş müzakirələrdə yeni konsepsiyasının təqdimatını keçirdi. 2016-cı ilin fevralında baş tutmuş bu müzakirələrin finalı Ermənistanın Yazıçılar Birliyində D.Tonoyanla görüş zamanı baş tutdu. Konsepsiyanın qısa mahiyyəti belədir: Azərbaycan Ordusu böyükdür, güclüdür. Statik müdafiə vəziyyətində arada baş verən hərbi əməliyyatlar Azərbaycana uğur gətirir. Yaranmış vəziyyəti erməni ictimaiyyətinə izah etmək çətin olur. Ona görə Ermənistan ordusu imkanlar yaradıb, Azərbaycan ordusuna zərbələr endirməklə onu erməni ordusuna qarşı hərbi əməliyyatlardan çəkindirməlidir. Çevik cilovlama zamanı Ermənistan ordusunun elit hissələrinin əldə etdiyi qələbələr erməni xalqını daha da ruhlandıracaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Lakin Azərbaycan Ordusu düşmənin təxribatının qarşısını alaraq, əks-hücumla tarixi qələbə qazandı. Görünür, Tonoyan iki il öncəki hərbi təxribatını yenidən tətbiq etmək niyyətindədir. O, bununla həm Günnüt məğlubiyyətini pərdələmək, həm də “qalib nazir” olmaq istəyir. Amma Ordumuzun qüdrətinin işğalçı ölkəyə öz yerini göstərəcəyi də şübhəsizdir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm