• USD 1,7000 0,00% EUR 1,8813 +0,09%
    • GBP 2,2355 +0,04% RUB 0,0268 +0,37%

Paşinyan Putinin hüzuruna çıxmaq üçün tələsik yola düşdü - İrəvanın İKİ ÜZÜ

Paşinyan Putinin hüzuruna çıxmaq üçün tələsik yola düşdü - İrəvanın İKİ ÜZÜ

Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqına üzv ölkələrinin bu gün Sankt-Peterburqda keçiriləcək iclasında iştirak edəcək.

Publika.az
xəbər verir ki, bu barədə Paşinyan özünün “Facebook” səhifəsində yazıb.

Paşinyan əvvəlcə iclasa öz müavini göndərmək istəyirdi. Lakin Ermənistan mediasının yazdığına görə, Kreml Paşinyandan özünün gəlməsini tələb edib. Bu məsələ hətta Putinlə Paşinyanın telefon danışığında da müzakirə edib.

Ermənistanın baş nazirinin iclasa qatılması və Moskvaya ünvanlanmış “biz Avrasiya İqtisadi ittifaqının işini iflic etməyə hazırlaşmırıq” sözləri erməni ictimaiyyətində narazılıqla qarşılanıb. Xüsusilə Panik kəndində rus hərbiçiləri ilə baş verən qalmaqaldan sonra ermənilər Paşinyan hökumətinin Rusiyadan üz çevirmək istiqamətində hərəkət edəcəyini düşünürdü. Budur, Nikol dediklərinin tam əksinə olaraq Putinin hüzuruna tələsir. Siyasətdə bu gedişlər normal qarşılana bilər, lakin kütlə belə geri addımları birmənalı qarşılamır.

Erməni şərhçi Tevos Arşakyan yazır ki, Paşinyanın izahatı cəmiyyəti təmin etmədi və anlaşılmaz suallar doğurdur.

“Ermənistanın xarici siyasətində son addımları təhlil edəndə, xüsusilə NATO sammitində iştirak, Avropa İttifaqının liderləri ilə görüş və s. proseslər yeni hökumətin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqı kimi rus birliklərindən tədricən uzaqlaşdığı görüntüsü ortaya çıxır. Biz hamımız əla anlayırıq ki, rus ittifaqları Ermənistana heç bir iqtisadi divident gətirmədi, hətta idxal-ixrac disbalansını düzəltmədi. Və birdən Paşinyan rus ittifaqının iclasında iştirak etmək üçün yola çıxır. Doğrudanmı o, geri çəkilir, yaxud da Sankt-Peterburqa getməyə məcbur edilib? Paşinyan bu gün iclasa getməməli və Rusiyanın son vaxtlar işə saldığı şantajları qəbul etmədiyini göstərməli idi. Lakin Paşinyan milli maraqların zərərinə olsa da, “Tayqa ittifaqı”na yaxşı niyyət göstərmək üçün Sankt-Peterburqa getdi”, - deyə erməni şərhçi qeyd edir.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR