Nida Təhlil
“Partizan müharibəsi” başladı: İrandan sonra Rusiya Hədəf Taxtasında
Suriyada daşlar yenidən qarışır və hədəf taxtasına
İranla yanaşı Rusiya da qoyulur. Son iki gündə baş verən iki hadisə
müharibənin gündəlik həyat tərzinə çevrildiyi Suriyada nə qədər adi
görünsə də, geosiyasi oyunun bir parçası olduğu məlumdur: Suriya
ordusuna məxsus Rusiya istehsalı olan “Sukhoi” döyüş təyyarəsi
İsrail ordusu tərəfindən vuruldu; uzun müddətdir “yoxa çıxan” İŞİD
terror qruplaşması dünən yenidən “xortladı” və Suriyanın Əs-Suveyda
şəhərində 100-dən çox insanın ölümü, 180-nə qədər insanın
yaralanması ilə nəticələnən terror aktı törədildi. Və bu, hələ
proseslərin başlanğıcıdır.
Publika.az xəbər verir ki, Rusiya Mərkəzinin
rəhbəri general-mayor Aleksey Siqankov deyir ki, “An-Nüsrə” Cəbhəsi
də daxil olmaqla, bir neçə qruplaşmanın döyüşçüləri Suriyada
hökumət qoşunlarının mövqelərinə hücuma hazırlaşırlar.
Rusiya hərbçiləri bir neçə istiqamətdə terrorçuların böyük
qruplarının konsentrasiyanı qeydə alıblar. Əldə etdiyimiz
informasiyaya görə, “An-Nüsrə” Cəbhəsi, “Cəbhə Tahrir Li Suriya”,
“Sukur aş-Şam” və “Feylak aş-Şam” qruplaşmalarının liderləri
hökumət güclərinin mövqelərinə hücumun həyata keçirilməsi üçün
birgə operativ qərargahın yaradılması haqqında razılaşıblar. Böyük
qruplaşmaların konsentrasiyası eyni vaxtda bir neçə istiqamətdə -
şimali Latakiya dağları, İdlib və Hama əyalətlərinin sərhədindəki
El-Qab vadisi və Hələb şəhərinin qərbindəki rayonlarda qeydə
alınıb. Sözügedən ərazilərə döyüşçülərin seçmə hissələri və zirehli
texnika çəkilir”, - general danışır.
Bu hadisələrin iyulun 23-də Qüdsdə İsrailin baş naziri Benyamin
Netanyahu ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun
nəticəsiz görüşündən sonra baş verməsi diqqət çəkir.
Görüşdə İsrail İran qoşunlarının Qolan təpələrindən geri çəkilməsi
haqqında Rusiyanın tərəfinin təklifini rədd etdi. Danışıqların
gedişindən xəbəri olan adının açıqlanmadığı məmurun “Röyters”ə
verdiyi məlumata görə, Rusiyanın irəli sürdüyü təklifin mahiyyəti
İran qoşunlarının atəş xəttindən 100 kilometr uzaqlığa
aparılmasından ibarət idi. Mənbənin sözlərinə görə, Netanyahu
Lavrova “biz iranlılara hətta sərhəddən 100 kilometrdə
möhkəmlənməyə imkan verməyəcəyik” deyib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
“Haaretz” qəzetinin yazdığına görə, ikisaatlıq görüşün gedişatında
İsrail tərəfi Suriyada İran güclərinin yerləşməsinin xəritələrini
nümayiş etdirib və atəş mənzili 100 kilometr olan bütün silahlar və
hava hücumundan müdafiə vasitələrinin aparılmasını, həmçinin yüksək
dəqiqlikli silahların istehsalının dayandırılmasını və belə
silahların çatdırılmasına maneə olmaq üçün Suriya və Livanın
sərhədlərinin bağlanmasını tələb edib. Netahyahu bildirib ki,
Rusiyanın buna nəzarət etmək imkanları var.
ABŞ prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putinin iyulun
16-da Helsinkidə keçirdiyi görüşdən əvvəl prezidentlərin Suriyanın
cənubunda İran gücləri və iranmeylli qrupların İsrail sərhədindən
uzaqlaşdırılması haqqında razılaşa biləcəkləri gözlənilirdi.
“Bloomberg” agentliyi yazırdı ki, Putin regionda İran güclərinin
Dəməşqə loyal qüvvələrlə əvəzlənməsi haqqında ABŞ və İsrailin
təklifləri ilə prinsipial olaraq razılaşıb. Lakin görüşdən sonra
Suriya üzrə konkret razılaşmaların əldə olunduğu barədə informasiya
verilmədi. Tramp isə bildirdi ki, İsrailə kömək etmək üçün Suriyada
Rusiya ilə əməkdaşlıq etmək istəyərdi.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
“Die Welt” nəşrinin siyasi şərhçisi Rixard Hersinqer deyir ki,
Suriyada İsrail və Rusiya arasındakı razılaşmada çoxlu çatlar
mövcuddur.
“İsrail istəyir ki, Moskva Suriyada İrana qarşı çıxsın, amma
rusların vədləri dumanlıdır. Putinə və onun strateqlərinə aydındır
ki, İrana bağlı döyüşçülər olmasa Əsəd rejimi bir gün tab gətirə
bilməz. Və bu gün Suriya ordusunda Əsədə bağlı və İrana bağlı
qüvvələri bir-birindən ayırmaq praktiki olaraq mümkün deyil. İran
döyüşçüləri son vaxtlar İsrailin hücumlarından yayınmaq üçün Suriya
hərbi formasını geyinirlər. Rusiya Əsəd rejimi ilə İsrail
qarşıdurmasının qarşını almaq üçün Yerusəlimə müəyyən təkliflər
verir. Lakin göründüyü kimi, Netanyahu Putinin səmimiyyətinə
inanmır. Kremlə siqnal verilir ki, İsrail onun qəyyumluq etdiyi
Əsədə rəhm etməyəcək. Suriyaya məxsus rus istehsalı təyyarənin
vurulması da bu mesajın tərkib hissəsidir”, - deyə Hersinqer
vurğulayır.
Hesab etmək olar ki: Rusiyanın vədlərinə inanmayan İsrail Suriyada
rıçaqlarını yenidən işə salır; əsas hədəf İrandır, lakin Tehrana bu
və ya digər formada dəstək verən qüvvələr də eyni cərgəyə qoyulur;
ruslar İranla eyni hədəf taxtasına çıxarılır.
Rusiyalı ekspertlər dünən Suriyada baş verən terror aktını
“partizan müharibəsi” adlandırıb.
Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Ərəb və
İslam Tədqiqatlar Mərkəzinin aparıcı elmi işçisi, tarix elmləri
doktoru Boris Dolqov hesab edir ki, terror qruplaşmalarının
fəaliyyəti Suriyadakı güclərin davranışları ilə bağlıdır: “Suriyada
bir sıra güclər mövcuddur, terror qruplaşmalarınən fəaliyyətini də
bu güclər yönləndirir. İsrailin son zamanlar göstərdiyi fəallıq
Suriyada sabitliyi pozan amildir. Hərçənd, İsrail öz
təhlükəsizliyini qorumaq hüququna malikdir, lakin bunu Suriyaya
qarşı etməməlidir”.
Ekspert qeyd edir ki, İŞİD məhv edilir, onların nəzarətində olan
heç bir ərazi yoxdur.
“İndi İŞİD-in ayrılıqda hərəkət edən qruplaşmaları mövcuddur.
Ehtimal ki, terror aktlarının baş verməsi İŞİD-in “dirçəlişi”nə
gətirib çıxaracaq”, - deyə o bildirib.
Rusiyalı ekspert Serqey Seryoqiçevin fikrincə, baş verən terror
aktı “İŞİD-in can verən qalıqlarıdır”.
“Bu partizan müharibəsidir və kifayət qədər uzun müddət davam
edəcək”, - deyə o bildirib.
Asif
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK