.jpg)

ABŞ-ın çətin ki, avqustda İranın nüvə infrastrukturuna
zərbələr vuracaq.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Hərbi-sənaye
komissiyasının ekspert şurasının üzvü Viktor Miraxoviskiy
deyib.
Onun sözlərinə görə, belə təhdidlər daim səsləndirilir: “Lakin
ABŞ-ın gələn ay bu addımı atmasını tamamilə istisna etmək də olmaz.
Amerikalı hərbiçilər bu planı yeni texnologiyaların imkanları ilə
işləyirlər. Güman ki, bu zərbələr “Tomaqavk” raketləri ilə həyata
keçiriləcək. Əgər siyasi qərar qəbul ediləcəksə, Amerika
təyyarələri İranın hava məkanına daxil ola biləcəklər”.
Tramp İranı bombalamağa qərar verdi - Hökumətdəki mənbələrdən DƏQİQ TARİX
Qeyd edək ki, Avstraliya hökumətindəki mənbələr ABC telekanlına
ABŞ-ın gələn ay İranın nüvə obyektlərinə zərbələr vurmağa
hazırlaşdığını açıqlayıb. Mənbələr deyir ki, Avstraliyanın məxfi
xüsusi xidmət orqanları, ehtimal ki, Böyük Britaniyadan olan
həmkarlarla birlikdə hədəflərin müəyyən edilməsində ABŞ-a kömək
edəcəklər.
Asif