Nida Təhlil
ABŞ-ın Türkiyə hücumlarının əsl hədəfi ORTAYA ÇIXDI: Ankaranı uçuruma aparacaq ŞOK PLAN
ABŞ Türkiyənin beynəlxalq kredit təşkilatlarından kredit
alması və F-35-lərin Ankaraya satılması ilə bağlı qadağaları
gündəmə gətirdi. Nümayəndələr Palatasından keçən hər iki qadağa
Senatda müzakirə olunacaq, daha sonra hər şey Trampın imzasına
qalacaq. Vaşinqton bunu Ankaraya qarşı təzyiq rıçaqı olaraq
istifadə edir, lakin Əroğanın önündə Çin və Rusiya kimi
alternativlərin olduğu bir vaxtda Ankaranın geri çəkiləcəyi
ehtimalı azdır. Bu baxımdan, hər iki qadağanın qüvvəyə minəcəyi
gözləntisi böyükdür.
Publika.az xəbər verir ki, amerikalı rahib Endryu
Brunsonun Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdini dəstəkləmək
ittihamı ilə ev həbsinə məhkum edilməsi Vaşinqton-Ankara xəttində
gərginliyi pik həddə çatdırdı. Əslində Brunson məsələsi bir bəhanə
kimi görünür, əsas hədəf Şərqi özünə alternativ seçən və Qərbin
nəzarətindəki ölkə olmaqdan çıxan Türkiyənin vurulmasıdır.
ABŞ mediasında yayılan məlumatlar Türkiyəyə qarşı iki sanksiyanın
hələ başlanğıc ola biləcəyini deməyə əsas verir. “New York Times”
qəzeti Rusiyaya qarşı tətbiq olunan “Maqnitski Siyahısı”nın
Türkiyəyə qarşı da tətbiq oluna biləcəyini yazır. “Bloomberg” isə
ABŞ-ın Ərdoğan hökumətinə yaxın iş adamlarını hədəfə ala biləcəyini
qeyd edir.
Türkiyədə Enerji Bazarı və Siyasəti İnstitutunun (EPPEN) rəhbəri
Volkan Özdəmir ABŞ-ın hücumlarının məqsədini şərh edib.
Onun fikrincə, ABŞ Türkiyəni sıxışdıraraq, istədiyini etdirə bilən
ölkəyə çevirmək istəyir.
“Rahib Brunson məsələsi bir bəhanədir. ABŞ ilk mərhələdə Türkiyəni
iqtisadi sanksiyalarla sıxışdıracaq, istədiyini edənə qədər bu
hücumlar davam edəcək. Əgər istədiyi baş tutmasa sanksiyalar daha
da sərtləşəcək. ABŞ-ın istəyi Türkiyəni yenidən yanına çəkməkdir.
Bunun üçün iqtisadi hücuma başlayıb. Çünki Türkiyənin iqtisadiyyatı
həssasdır. Bu gün 500 milyard dollara qədər borcumuz var, nağd pula
ehtiyacımız var. Türkiyə iqtisadiyyatını Rusiya ilə
eyniləşdirməməliyik. Sanksiyalar Rusiyaya bir o qədər də təsir
etmədi. Türkiyənin iqtisadiyyatı Rusiyadan daha həssasdır. Türkiyə
ABŞ-ın şantajlarına qarşı alternativlər tapmaq məcburiyyətindədir.
Hesab edirəm ki, bu alternativlər olacaq. Xüsusilə Çinlə yeni
kredit müqaviləsinin təsiri böyükdür. Fikrimcə, Türkiyə Qərbdən
gələn hərbi, siyasi və iqtisad təhdidlərə bütöv olaraq baxmalı və
buna hazır olmalıdır. İqtisadiyyatımızda ciddi itkilərlə üzləşmək
riski var, lakin buna indidən hazırlaşmalıyıq”, - deyə o
bildirib.
V. Özdemir hesab edir ki, ABŞ Türkiyəni iqtisadi böhrana
sürükləməyi planlaşdırır: “Hədəf Türkiyəni yenidən ABŞ-ın çətiri
altına qaytarmaqdır. Xüsusilə Suriya və İran məsələsində
Vaşinqtonun dediyini etməyimizi istəyirlər. Türkiyə onların
istədiyini etməyəcək, buna görə də bizə hücumlar şiddətlənəcək. Bu,
Türkiyəyə maliyyə axınının qarşısını almaqdan başlamış bir çox
addımlara qədər ola bilər. ABŞ ölkəmizdə iqtisadi böhran yaratmaq
istəyir”.
Asif
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR