ABŞ-Türkiyə döyüşü Azərbaycana necə təsir edəcək? - Vaşinqton Bakının...
Bizi izləyin

Nida Təhlil

ABŞ-Türkiyə döyüşü Azərbaycana necə təsir edəcək? - Vaşinqton Bakının...

Türkiyənin Rusiya ilə S-400 hava hücumundan müdafiə sistemlərini almaqla bağlı müqavilə imzalamasından sonra okeanın o tayında oturanlar Ankaranı təzyiqlərlə hədələdi. Ötən həftə Türkiyəyə qarşı qəbul edilmiş iki qərar – F-35 təyyarələrinin satışının dayandırılması və beynəlxalq kredit şirkətlərindən kredit almasının qarşısının alınması – Vaşinqtonun Ankaraya hücumunun əsas elementi oldu və gözlənilənlərə görə, bu, hücumlar hələ başlanğıcdır.

ABŞ son olaraq Türkiyədə PKK və FETÖ terror təşkilatlarına dəstəyə görə həbs edilən amerikalı rahib Endryu Brunsonu bəhanə etdi, lakin əsas hədəfin Türkiyənin müstəqil xarici siyasət yürütməsi, xüsusilə Rusiya ilə yaxın münasibətlər qurmasının qarşısını almaqdır. Vaşinqtonda “ABŞ rəqiblərinə əks-təsir sanksiyaları haqqında” qanunun qəbulundan sonra Rusiyadan silah alan ölkələrin “qara siyahıya” salınması prosesi başlandı. Türkiyənin S-400 almaq istəyi isə amerikalılar üçün ikiqat təhlükəyə çevrildi. Maraqlıdır ki, Azərbaycan da Rusiyadna silah alır və Türkiyənin əsas müttəfiq ölkəsidir, lakin Vaşinqton Bakıya qarşı indiyə qədər adi bir xəbərdarlıq da etməyib. Türkiyə-ABŞ xəttində son gərginlik baş verənlərin Azərbaycana necə təsir göstərəcəyi haqda suallar yaradır.

Publika.az xəbər verir ki, rusiyalı siyasi şərhçi Sergey Strokanya okeanın o tayından Azərbaycana sakit münasibət sərgiləyəcəklərini hesab edir.

“Azərbaycan Rusiyadan silah alan əsas ölkədir. Lakin Türkiyəyə qarşı bu təzyiq edildiyi halda, Bakının qarşısında susqunluq nümayiş etdirilməsi diqqət çəkir. Burada bir sıra səbəblər var. Birincisi, Azərbaycan ABŞ-dan silah almır, öz ordusunun arsenalını Rusiya, Belarus, Şərqi Avropa ölkələri, Pakistan, Türkiyə, İsrail və digər ölkələr hesabına zənginləşdirir. Yəni Vaşinqtonun faktiki olaraq Azərbaycana qarşı silahla bağlı nəsə etməyə texniki imkanı yoxdur. Doğrudur, ABŞ-da Rusiya ilə Azərbaycanın hərbi əməkdaşlığını kəsmək istəyənlər var, xüsusilə erməni lobbisi buna can atır. Lakin Vaşinqtonun belə bir niyyəti yoxdur. İkincisi, Azərbaycanın əsas hərbi əməkdaşlarından biri İsraildir. ABŞ-ın müttəfiqi olan İsrail də buna qarşı çıxır”, – deyə rusiyalı şərhçi qeyd edib.

S.Strokanya ABŞ-ın Türkiyənin Rusiyadan silah almasına bu qədər sərt reaksiya verməsinin başqa bir səbəbinin də olduğunu vurğulayıb: “Türkiyə ordusu dünyanın ən güclü ordularından biridir, həmçinin NATO-da ABŞ ordusundan sonra ikinci əsas ordudur. Türkiyə ordusunun silah arsenalı da əsasən ABŞ və Qərb istehsalçılarının silahları ilə doludur. Problemin kökü də əslində burdadır. Türkiyə son illər boyunca öz hərbi-sənayesini inkişaf etdirir, həmçinin, hərbi-texniki əməkdaşlığını diversifikasiya etməyə çaışır. Hələ 2013-cü ildə Türkiyə Hava Hücumundan Müdafiə texnologiyasına giriş əldə etmək istəyəndə Qərb “qırmızı işıq” yandırdı. Rusiyadan S-400-lərin alınması isə Türkiyənin qismən də olsa hava hücumundan müdafiə sistemlərinin texnologiyasının əldə edilməsi ilə nəticələnəcək. Qərb məhz bunu istəmir”.

Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm