Nida Təhlil
Erməni kəşfiyyatçı müharibə hazırlığının ŞOK DETALLARINI AÇDI: 1 ay sonra Kür və Araz boyunca...
Ermənistanda hesab edirlər ki, sentyabr-oktyabr
aylarında Dağlıq Qarabağda müharibə başlayacaq. Erməni ekspertlər
İrəvanı yeni müharibəyə hazırlaşmağa çağırır.
Publika.az xəbər verir ki, erməni kəşfiyyatçı, keçmiş
döyüşçü Vaan Badasyan erməni hərbi birləşmələrinin mövqelərinin
irəli çəkilməsi təklifi ilə çıxış edib.
Onun iddialarına görə, Azərbaycan Ordusu son illər ərzində
taktikanı dəyişdirdi və mövqeləri tədricən irəli çəkir: “Naxçıvan
cəbhəsində mövqelərini möhkəmləndirdilər. Azərbaycan taktikanı
dəyişdirərək, gələcək müharibədə üstün mövqedə olmağı təmin etdi.
Təəssüf ki, Ermənistan ordusunun baş qərargahı bunu nəzərə almadı,
yaxud nəzərə alsalar da uyğun addım atmadılar. Təmas xəttində
mövqelər arasında 30, yaxud 70 metr məsafə var. Biz 100 metr məsafə
olan yerlərə görə Allaha şükür edirik. Hərçənd, 100 metr məsafədən
daşla da vura bilərlər. Azərbaycanın taktikası “aprel
müharibəsi”ndə uğur qazanmalarına səbəb oldu. Hesab edirəm ki, biz
müharibəyə hazırlanmalıyıq. Orduda əxlaqsız hadisələri aradan
qaldırmalı və gücləndirməliyik”.
Erməni politoloq Levon Şirinyan iddia edir ki, payızda müharibə
başlanacaq.
Şirinyan bir az da irəli gedərək, erməni ordusnun Araz və Kür çayı
boyunca hücuma keçməsini təklif edib.
“Ermənistanda növbədənkənar parlament seçkiləri təcili olaraq
keçirilməli və daxili problemlər həll olunmalıdır. Payızda müharibə
olacaq. Bizim ordumuz Kür və Araz çayı boyunca hücum edərək rəqibin
qarşısını almalıdır. Biz buna hazırlaşmalıyıq”, - deyə erməni
politoloq çağırış edib.
Asif
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident