Britaniya KİV-ləri: Xəzər dənizinin statusuna dair Konvensiya enerji layihələrinə yol açır
Bizi izləyin

Nida Təhlil

Britaniya KİV-ləri: Xəzər dənizinin statusuna dair Konvensiya enerji layihələrinə yol açır

Xəzəryanı ölkələr 5-ci Xəzər sammitində uzun müzakirələrdən sonra böyük enerji layihələrinə yol açan saziş imzalayıblar.

Bu barədə Aktauda keçirilən forumun nəticələrini şərh edən Böyük Britaniya KİV-ləri yazırlar.

"Rusiya, Qazaxıstan, İran, Azərbaycan və Türkmənistan avqustun 12-də Mərkəzi Asiya, Yaxın Şərq və Avropa arasında körpü olan regiona nəzarət etmək məqsədilə saziş imzalayıblar. Dünyanın ən böyük gölü ətrafındakı uzun müddət davam edən mübahisələrə son qoyulması Rusiyanın bölgə üzərindəki nəzarətinin artmasına yardım edir", - "The Financial Times" qəzeti yazıb.

"The Guardian" qəzeti isə Xəzər dənizinin hüquqi statusu haqqında sənədin ABŞ sanksiyalarından sonra İran üçün həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Diplomatlar bu sənədi regional konstitusiya adlandırırlar. Bu, çox mürəkkəb diplomatik zəfərin nəticəsi oldu". (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm