Ekspert: Bu konvensiya Azərbaycanın iki qlobal problemindən birini həll etdi
Bizi izləyin

Nida Təhlil

Ekspert: Bu konvensiya Azərbaycanın iki qlobal problemindən birini həll etdi

“Xəzərin hüquqi statusunun müəyyən edilməsi 5 dövlət arasındakı tarixi saziş adlandırıla bilər”.

Publika.az xəbər verir ki, bu sözləri hüquq elmləri professoru, politoloq Rüstəm Məmmədov Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, SSRİ-nin dağılmasından sonra gündəmə gələn bu məsələ illərdir aktuallığını qoruyurdu:

“Məsələnin həllinin bu qədər gecikməsi tək SSRİ-nin dağılması yox, həm də 5 Xəzəryanı dövlətin ərazi iddiası irəli sürməsi ilə bağlıdır Yeni yaranan 3 dövlət Xəzərdə hüquqlarını təmin etməyə çalışırdılar və buna görə də Xəzərin hüquqi status məsələsi gündəmə gəldi”.

Ekspert bu sazişin Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Bu gün Azərbaycan üçün iki qlobal problem var. Onlardan biri Qarabağdırsa, digəri Xəzərin hüquqi statusu idi. Qarabağ Azərbaycanın ərazi, namus, Xəzər isə iqtisadi problemidir. Bu Konvensiyanı imzalamaqla Azərbaycan Xəzərdə hüquqlarını rəsmiləşdirdi. Bu saziş Xəzəryanı ölkələr arasında qarşılıqlı münaqişə və ittihamlara son qoydu, bundan sonra Xəzəryanı dövlətlər bir-biri ilə daha çox əməkdaşlıq etməyə başlayacaq. Bu ən böyük naliyyətdir. Bundan başqa, Azərbaycan Xəzərin neftindən və qazından daha səmərəli istifadə etməyə başlayacaq. Bu sazişdə təhlükəsizlik məsələsi xüsusi önəm kəsb edir. Yəqin ki, yaxın vaxtlarda Xəzər Konvensiyası əsasında təhlükəsizliklə bağlı yeni-yeni konvensiyalar imzalanacaq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm