Nida Təhlil
Aydın Mirzəzadə: “Bu xəritə Ermənistanın işğalçı xislətini bir daha sübut etdi"
“Ermənistanda qonşu ölkələrə qarşı ərazi iddiaları
dövlət səviyyəsindədir”.
Bu barədə Publika.az-a açıqlamasında Milli
Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, İrəvan metrostansiyasının əsas girişində
“Böyük Ermənistan” xəritəsinin asılması da bunu sübut edir:
“Ermənistan tək Azərbaycana yox, Türkiyəyə, Gürcüstana, İrana,
eləcə də digər ölkələrə qarşı açıq şəkildə ərazi iddiaları irəli
sürür. Əslində, bununla Ermənistan özünü ifşa edir və regionda
təxribat yuvası olduğunu göstərir”.
A. Mirzəzadə qeyd edib ki, məlum xəritəyə görə Ermənistanı
beynəlxalq məhkəməyə vermək mümkündür: “Lakin onlar iddia edirlər
ki, tarixdə nə vaxtsa bu ərazilər onların olub. Ona görə də
beynəlxalq hüquq qarşısında məsuliyyətdən qaça bilər. Sadəcə
olaraq, bütün dünya bu ölkənin iddialarını görməli və buna qarşı
çıxmalıdır. Ermənistanın təsadüfən yaratdığı dövlətçiyi bu gün
daxili qarşıdurmalar, iqtisadi burulğanlar içində boğulur. Bu
iddialar ermənilərin özlərinin gələcəyinə ciddi təhlükə
yaradır”.
A. Mirzəzadə qeyd edib ki, Ermənistanın iddiaları ilə reallıq
arasında uçurum var.
“Ermənistanın başı özünə qarışıb, beynəlxalq hüquq normalarına zidd
yaşam tərzi daxili qarşıdurmaya gətirib çıxarıb. Bu qarşıdurma nə
vaxt bitəcəyi bilinmir, hətta bitəcəyi sual altındadır. Bu
baxımdan, belə iddialar absurd yanaşmadan başqa bir şey deyil.
Sadəcə olaraq, region dövlətləri də, dünya dövlətləri də bu ölkənin
işğalçı xislətini bir daha görür”, - deyə o bildirib.
Asif
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY