Merkelin Cənubi Qafqaz səfəri nə vəd edir?- ŞƏRH
Bizi izləyin

Nida Təhlil

Merkelin Cənubi Qafqaz səfəri nə vəd edir?- ŞƏRH

"Almaniyanın baş kansleri Angela Merkelin Gürcüstan, Ermənistan və Azərbaycana səfərində əsasən enerji məsələləri müzakirə ediləcək”.

Publika.az xəbər verir ki, bu sözləri analitik-icmalçı Ehtiram Aşırlı deyib.

Onun sözlərinə görə, A.Merkelin bu üç ölkəyə səfərində daha çox enerji və iqtisadi məsələlər üzərində müzakirələrin aparılması ehtimalı yüksəkdir: “Görüşlərdə Dağlıq Qarabağ məsələsinə də toxunalacaq, lakin Almaniyanin bu məsələnin həllində söz sahibi olduğunu düşünmürəm. Çünki Almaniyanın bu münaqişənin həllinə verə biləcək töhfələri yox dərəcəsindədir. Angela Merkel Serj Sarkisyan dövründə də Ermənistana səfər etmək istəyirdi. Sadəcə, hakimiyyət dəyişikliyi oldu və buna görə də Merkelin səfəri təxirə salındı. Yəqin, bu dəfə Paşinyan Brüsselə səfəri zamanı dil-ağıza töküb yalvarandan sonra Merkeli Ermənistana səfər etməsinə razı salıb. Böyük ehtimal ki, Ermənistanda da iqtisadi və digər məsələlər müzakirə olunacaq. Eyni zamanda, Paşinyan Almaniya fondlarının Ermənistanda fəaliyyət göstərməsini Merkelden istəyəcək, həmçinin insan hüquqları məsələləri də müzakirə olunacaq”.

Analitik-icmalçı Angela Merkelin Putinlə görüşməsini də şərh edib. Onun sözlərinə görə, həmin görüşün Cənubi Qafqaz səfəri ilə çox da əlaqəsi yoxdur: “Merkelin Putin ilə görüşündə Avropa, xüsusilə də Almaniyanın enerji təhlükəsizliyi, iqtisadi münasibətlər, və sanksiyalarla bağlı məsələlər müzakirə olunub. Terorrizmə qarşı mübarizə kimi bir sıra məsələlərin müzakirə olunduğunu düşünürəm. Əsas müzakirə obyektinin ABŞ-ın Rusiya, İran, Turkiyəyə qarşi tətbiq etdiyi sanksiyalar olduğunu hesab edirəm. Belə ki, bu sanksiyalar Avropaya, xüsusilə Almaniyaya öz təsirini göstərir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm