Millət vəkili: "Merkelin Azərbaycana gəlişi ölkəmizin diplomatik uğurlarının siyahısına yazılacaq"
Bizi izləyin

Nida Təhlil

Millət vəkili: "Merkelin Azərbaycana gəlişi ölkəmizin diplomatik uğurlarının siyahısına yazılacaq"

"Angela Merkelin Azərbaycana gəlişi ölkəmizin diplomatik uğurlarının siyahısına yazılacaq. Sözsüz ki, burada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılacaq".

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov Almaniya kansleri Angela Merkelin 25 avqustda Azərbaycana planlaşdırılan səfərinin əhəmiyyətindən danışarkən deyib.

Millət vəkili bildirib ki, Almaniya Avropada əsas söz sahiblərindən biridir və belə bir dövlətlə siyasi, iqtisadi, diplomatik əlaqələrin dərinləşməsi ölkəmiz üçün önəm kəsb edir:

“Azərbaycan artıq regionda aparıcı dövlətə çevrilib. Regionun ümumi iqtisadiyyatının inkişafının 80%-i Azərbaycan məxsusdur. Ölkəmiz böyük layihələrə imza atır, Şərqlə Qərbi, Cənubla Şimalı birləşdirən nəqliyyat yollarının üzərində yerləşir. Eyni zamanda, enerji layihələri həyata keçirir. Azərbaycan demokratik prinsiplərə söykənən siyasət yürüdür və hər zaman sülhün təminatçısıdır. Ölkəmiz öz idarəçilik sistemlərində, dövlətçilik prinsiplərində beynəlxalq hüququ əsas götürür. Qoşulduğu bütün konvensiyalarda, imza atdığı bütün razılaşmalarda öz vədinə əməl edir və etibarlı tərəfdaşa çevrilir. Buna görə də böyük dövlətlərlə qarşılıqlı münasibətləri uğurla qura bilir.

Angela Merkelin Azərbaycana gəlişi ölkəmizin diplomatik uğurlarının siyahısına yazılacaq. Sözsüz ki, burada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılacaq, fikirlər səsləndiriləcək. Merkelin Bakıya gəlişi iki ölkə arasındakı iqtisadi, siyasi əlaqələri daha da intensivləşdirəcək. Eyni zamanda, Azərbaycan beynəlxalq hüquqlara əsaslanaraq Ermənistanın işğal olunmuş torpaqlarımızdan çıxarılması məsələsini gündəmə gətirəcək”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm