Politoloq: "Ermənistan Avropaya yaxınlaşmağa qorxur"
Bizi izləyin

Nida Təhlil

Politoloq: "Ermənistan Avropaya yaxınlaşmağa qorxur"

“Angela Merkelin üç Cənubi Qafqaz ölkəsinə səfəri Avropa İttifaqı ilə bu ölkələr arasındakı münasibətləri sağlamlaşdırmaq məqsədi daşıyır”.

Bu sözləri Publika.az-a politoloq Fərhad Mehdiyev Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaza planlaşdırılan səfərini şərh edərkən deyib.

Politoloq bildirib ki, Angela Merkelin ittifaqın ən təsirli ölkələrinin liderlərindən biri olduğunu nəzərə alsaq, Azərbaycana bu səviyyədə gerçəkləşdiriləcək ziyarətin səviyyəsini də ölçmüş olarıq:

“Gürcüstan Avropa İttifaqı ilə asossiasiya müqaviləsi imzalayıb və razılaşma qüvvəyə minib. Ermənistan isə bu müqaviləni bu ilin fevral ayında imzaladı. Ancaq bu üç ölkə arasında Rusiyanın nəzarət balanslığını nəzərə alsaq, Avropa ilə yaxınlaşmağa qorxusu olanın məhz Ermənistan olduğunu görəcəyik. Bilirik ki, .

Enerji asılılığına gəldikdə isə Almaniyanın Azərbaycandan enerji asılılığı yüksək faizdə deyil. Almaniya qaz ehtiyatlarının əksər hissəsini Rusiyadan alır. Azərbaycan Avropanın cənub-şərqini enerji ilə təmin etdiyi üçün də Merkelin ölkəsinin deyil, məhz Avropa İttifaqının maraqlarını müdafiə edəcəyini düşünürəm. Kanslerin ölkəmizdə qonaq olacağanın digər səbəbi isə böyük ehtimalla, TransXəzər Beynəlxalq Boru Xətti haqqında danışıqların aparılması olacaq. Ona görə ki, Xəzərin hüquqi statusu haqqında konvensiya artıq 5 ölkə tərəfindən imzalanıb və TANAP ilə TAP layihələri vasitəsilə Türkmənsitanın təbii qazı Avropaya daşına bilər. Bu da Avropanın enerji təhlükəsizliyində böyük rola malikdir. Ona görə də bu mövzunun gündəmə gətiriləcəyini düşünürəm.

Angela Merkel Ermənistanla ticarət dövriyyəsinin artırılması mövzusunda müzakirələrə qoşula bilər. Gürcüstan Avropa İttifaqı ilə asossiasiya müqaviləsi bağladıqdan sonra ən böyük layihələri alırdı. Bunu görən Paşinyan da həmin layihələri özü həyata keçirmək istədi və o da müqavilə imzaladı. Müqavilə bağlandıqdan sonra istehsal edilən əmtəənin komponentlərinin 60%-i Gürcüstanda çıxarılır və heç bir gömrük kvotası olmadan Avropaya nəql edilir. Ermənistan da bu layihəyə göz dikib və Merkeldən bu layihəni istəyə bilər”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm