Musa Qasımlı: "Mehriban xanım dövlətimizə və xalqımıza başucalığı gətirir”
Bizi izləyin

Nida Təhlil

Musa Qasımlı: "Mehriban xanım dövlətimizə və xalqımıza başucalığı gətirir”

İlk növbədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, tanınmış dövlət və siyasi xadim Mehriban xanım Əliyevanı doğum günü münasibəti ilə təbrik edir, möhkəm cansağlığı, dövlət və şəxsi işlərində uğurlar arzulayıram.

Bunu Teleqraf.com-a açıqlamasında millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Musa Qasımlı deyib.

O qeyd edib ki, tariximizdə qadın diplomatlar, siyasətçilər olub:

“Lakin Azərbaycan siyasi, dövlətçilik tarixində Birinci vitse-prezident vəzifəsi ilk dəfə olaraq Mehriban xanımın adı ilə bağlıdır. Mehriban xanım bu vəzifəyə təyin olunana qədər Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xöşməramlı səfiri kimi həm ölkəmizdə, həm də xaricdə geniş tanınırdı. Azərbaycan xalqı tərəfindən sevilirdi.

Onun rəhbərliyi ilə Azərbaycanda və bir sıra ölkələrdə mədəniyyətlərarası dialoq, humanitar əməkdaşlıq və başqa layihələr həyata keçirilmiş və rəğbətlə qarşılanmışdı. Bu işlər indi də davam etdirilir.

Hazırda Birinci vitse-prezident kimi Mehriban xanımın uğurlu fəaliyyəti göz önündədir. Daim insanların yanında olan Mehriban xanım dövlətimizə və xalqımıza başucalığı gətirir”.

Qeyd edək ki, avqustun 26-ı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Birinci xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür. Mehriban Arif qızı Əliyeva 1964-cü ildə Bakı şəhərində anadan olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm