Nida Təhlil
Rusiya Türk əsgərlərinin olduğu İdlibi niyə bombaladı? - Trampın tiviti və Əsədin...
Rusiya təyyarələri İdlibi bombaladı. Əsəd ordusu qurudan
rus təyyarələri havadan şəhərdəki terrorçulara zərbələr endirir.
Kreml İdlibi terrorçuların yuvası adlandırdı və rus hərbi
bazalarına qarşı təhlükənin aradan qaldırılması üçün hücuma
keçdiklərini bildirdi. Diqqət çəkən məqamlardan biri Rusiyanın ABŞ
prezidenti Donald Trampın atdığı tvitdən saatlar sonra hücuma
keçməsidir. Tramp dünən axşam Tvitterdə Bəşər Əsədə “Suriya dövlət
başçısı” deyə xitab edərək, “İdlibə hücuma icazə verməyin”, deyə
bildirdi. Bu açıqlamadan dərhal sonra Rusiya hücuma
keçdi.
Publika.az xəbər verir ki, İdlibin böyük hissəsi
Türkiyənin dəstəklədiyi müxaliflərin nəzarətindədir. Şəhərdə türk
əsgərinin 10-dan çox postu da var.
Rusiya türk əsgərlərinin və müxaliflərin olduğu bölgəni yox, daha
çox terrorçuların toplaşdığı qərb hissəsini bombalayır.
Türkiyəli yazar Taha Dağlı rusların İdlibi bombalamasında diqqət
çəkən bir sıra məqamları gündəmə gətirib.
İdlibdə 10 minə qədər “Əl-Qaidə” bağlnatısı olan terrorçular var.
Rusiya da bu terrorçuları əsas götürərək, hücuma keçdi. Moskva bu
hücumdan bir müddət əvvəl Lazkiyədəki rus hərbi bazasına hücum
edildiyini iddia etmişdi. Həmin hücum 5 dron vasitəsilə edilmişdi
və nəticədə 3 rus əsgəri öldü, 9-u yaralandı. Həmin hücumdan bir
gün sonra ruslar İdlibdəki Cisreşşuhur bölgəsi də başda olmaqla bir
çox nöqtəni bombaladı. İndiki hücum da məhz rus bazasına hücuma
cavab ola bilər.
Digər tərəfdən, Trampın həmişə təhqir etdiyi Əsədə dünən Tvitter
üzərindən “Suriya dövlət başçısı” deyə xitab etməsi və rus
hücumunun bundan saatlar sonra həyata keçirilməsi də diqqət çəkir.
İdlibdəki əməliyyatda təkcə ruslar yox, iranlılar da iştirak edir.
İranın xarici işlər naziri Cavad Zərif dünən Şamda səfərdə idi. Bu
həftənin cümə günü isə Tehranda İdlib zirvəsi keçiriləcək. Türkiyə
prezidenti Ərdoğanın da qatılacağı zirvədə İdlib üçün həll
variantları müzakirə olunacaq. Əslində həll variantı məlumdur.
İdlibdə “Əl-Qaidə”yə bağlı terrorçular məhv edilməlidir.
İdlibdə müxtəlif silahlı qruplaşmalar olduğu üçün “kimin əli kimin
cibində” olduğunu bilmək olmur. Lakin kəşfiyyat məlumatlarının
mübadiləsi və lokal əməliyyatla bu terrorçuları təmizləmək
mümkündür.
Bu işdə Türkiyənin gücündən istifadə etmək vacibdir. Çünki İdlibdə
türk əsgəri var və Moskva ilə Tehran Ankara ilə birləşərək,
sivillərə toxunulmadan şəhəri terrorçulardan təmizləyə
bilərlər.
Asif
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!