Paşinyanın Qarabağı qaytarmaqdan başqa çıxış yolu qalmadı – Məxfi SƏNƏDLƏR ÜZƏ ÇIXDI
Bizi izləyin

Nida Təhlil

Paşinyanın Qarabağı qaytarmaqdan başqa çıxış yolu qalmadı – Məxfi SƏNƏDLƏR ÜZƏ ÇIXDI

Ermənistanda Dağlıq Qarabağ üzrə məxfi danışıqların detallarının açıqlanması qalmaqala səbəb olub. Məlum olub ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan ərazilərin qaytarılması ilə bağlı sənədə imza atıb.

Publika.az
xəbər verir ki, Respublika Partiyasının sədr müavini Armen Aşotyan baş nazir Nikol Paşinyanın əraziləri qaytarmağa hazır olduğunu bildirəndən sonra Paşinyan bunu təkzib etdi.

Lakin Aşotyan Paşinyandan tələb etdi ki, əraziləri qaytarmayacağını sübut etmək üçün lazımi sənədləri dərc etsin. Paşinyan isə cavabında bildirdi ki, dövlət maraqlarına görə bu sənədi dərc edə bilmir, lakin Aşotyan Serj Sarkisyandan bu haqda soruşa bilər.

Sentyabrın 12-də Armen Aşotyan parlamentdə bildirdi ki, o, bu haqda Sarkisyanla danışdı və qarşı tərəf bildirdi ki, danışıqlar prosesinin əsasını Qarabağın statusu məsələsi tutur. Lakin Paşinyan bu dəfə məxfi sənədlərə istinadən Sarkisyanı təkzib etdi və qeyd etdi ki, sənədlərdə Qarabağın statusu haqqında heç bir söz yoxdur. Əksinə, Sarkisyan ərazilərin qaytarılmasına əvəz olaraq, Qarabağa yalnız aralıq statusun verilməsi ilə razılaşıb.

Erməni şərhçi Akop Badalyan yazır ki, Sarkisyan ilkin mərhələdə 5 rayonun qaytarılması, bölgəyə sülhməramlıların yerləşdirilməsi, azad olunmuş ərazilərə azərbaycanlıların qayıdışını nəzərdə tutan sənədlə razılaşıb.

“Sənəddə Qarabağa yalnız aralıq statusun verilməsi nəzərdə tutur, lakin bunun nə vaxt olacağı qeyri-müəyyən olaraq göstərilir”, - deyə erməni şərhçi əlavə edib.

Sarkisyanın bu sənədə imza atması Ermənistanın yeni rəhbərliyinə əraziləri qaytarmaqdan başqa çıxış yolu qoymur. Paşinyan da bildirir ki, bu sənədlər ona keçmiş hakimiyyətdən miras qalıb. Digər tərəfdən, razılaşmanın əldə olunmasında vasitəçi olan Rusiya da İrəvana təzyiq edir. Rusiya xarici işlər naziri Sergey Lavrovun Paşinyan hakimiyyətinə “keçmiş razılaşmalara sadiq qalın” çağırışı da bunun tərkib hissəsidir. İndi Paşinyanın iki yolu qalıb: ya razılaşmanın şərtlərini yerinə yetirməli, ya da Azərbaycan Ordusu ilə qarşı-qarşıya gəlməlidir. Bu dəfə Rusiya da Ermənistanı müdafiə etməyəcək...

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm