Nida Təhlil
İlham Əliyevdən İrəvana SONUNCU XƏBƏRDARLIQ: orduya konkret TAPŞIRIQLAR VERİLDİ
Azərbaycan Prezidenti İlham Əliyev işğalçı Ermənistanın
təxribatla məşğul olan baş naziri Nikol Paşinyana açıq mətnlə
xəbərdarlıq etdi.
Dövlət başçısı Biləsuvar rayon ictimaiyyətinin nümayəndələri ilə
görüşdə bildirdi ki, bu gün Ermənistan ordusu bizimlə rəqabət apara
bilməz: “Ermənistan indi çox ağır vəziyyətə düşüb. İyirmi il
Ermənistana rəhbərlik etmiş kriminal diktatura rejimi çöküb. Mən
dəfələrlə demişdim ki, Ermənistanı quldur dəstə idarə edir və bu
gün bunu erməni xalqı deyir. Ancaq əfsuslar olsun ki, Ermənistanda
rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir, sarsaq
bəyanatlar verirlər və təmas xəttində, Ermənistan-Azərbaycan
sərhədində gərginliyə rəvac verən addımlar atırlar. Azərbaycan
Ordusu onlara layiqli cavabını verir, verəcək, necə ki, 2016-cı
ilin Aprel döyüşlərində onları yerinə oturtdu, torpaqlarımızın bir
hissəsini azad etdi, bu ilin may ayında Naxçıvan istiqamətində
uğurlu əməliyyat nəticəsində böyük ərazi nəzarətimizə keçdi”.
Dövlətimizin başçısı deyib: “Bundan sonra da biz onlara lazım olan
vaxtda tutarlı cavablar verəcəyik. Düşmən bilir ki, bizim
qarşımızda duruş gətirə bilməz. Baxın, bir neçə gün bundan əvvəl
onların silahlı təxribatı nəticəsində Ermənistan-Azərbaycan
sərhədində atışma olubdur və əsgərlərimiz onlara elə dərs veriblər
ki, çətin ki, yaxın günlərdə özlərinə gəlsinlər. Biz bu istiqamətdə
siyasətimizi ardıcıl olaraq aparacağıq, ordumuzu daha da
gücləndirəcəyik, daha da böyük vəsait ayıracağıq və ordumuzun döyüş
qabiliyyətini daha da möhkəmləndirəcəyik. Nümayiş etdirilən paradda
bizim texniki imkanlarımız, əsgər-zabitlərimizin hazırlığı düşmənə
yaxşı bir siqnaldır ki, otursun yerində, yoxsa, axırı pis
olar”.
Azərbaycan liderinin fikirlərini şərh edən politoloq Qabil
Hüseynli Publika.az-a açıqlamasında bildirib ki, bu
xəbərdarlıq təsadüfi deyil.
Onun sözlərinə görə, Paşinyan çıxışlarında Azərbaycanın və ölkə
rəhbərliyinin ünvanına siyasi liderə yaraşmayan fikirlərdən
istifadə edir: “Danışıqlar prosesinin davam etdirilməsinə qarşı
çıxır, Ermənistanı müharibə məsuliyyətindən azad etməyə çalışır və
Qarabağdakı separatçıları danışıqlar masasına gətirməyə cəhd edir.
Bildirir ki, Azərbaycan Qarabağdakı separatçılarla danışıqlar
aparmalıdır, çünki onlar ayrıca “respublikadır” və Ermənistan bu
“respublika”nın işinə qarışmır. Digər tərəfdən isə öz oğlunu işğal
altındakı ərazilərə hərbi xidmətə göndərir və bununla fəxr edir.
Bununla yanaşı, Azərbaycanın daxili işinə qarışmaq cəhdləri edir və
özünü gülməli vəziyyətə salır. Paşinyan primitiv, dünya görüşə
malik olmayan, siyasi savadı olmayan insandır. O, dünyaya yalvarır
ki, Azərbaycanı müharibəyə başlamağa qoymayın, həm də erməni
ordusunun “qüdrəti” haqqında nağıllar danışır. Hərçənd, Azərbaycan
Ordusunun güclü olduğunu özü də yaxşı bilir”.
Q.Hüseynli hesab edir ki, Prezident İlham Əliyevin xəbərdarlığı
sonuncudur.
“Azərbaycan danışıqlar prosesinə sadiqdir, lakin dəfələrlə ərazi
bütövlüynü təmin etmək üçün beynəlxalq hüquqa əsasən hücuma
keçəcəyini gizlətməyib. Ermənistana qeyri-konstruktiv mövqeyinə
görə xəbərdarlıq edib. Prezident İlham Əliyevin səsləndirdiyi
fikirlər də Ermənistana və onun yeni siyasi rəhbərliyinə sonuncu
xəbərdarlıqdır. Azərbaycan Ordusu da müharibə şəraitinə
yaxınlaşdırılmış formada təlimlər keçirir. Hesab edirəm ki, ordunun
qarşısına konkret tapşırıqlar qoyulub və yaxın vaxtlarda bu
tapşırıqlar reallaşacaq”, - deyə politoloq bildirib.
Asif
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət