• USD 1,7000 0,00% EUR 1,9570 +0,46%
    • GBP 2,2216 +0,36% RUB 0,0259 0,00%

Rusiyadan İrəvana DAĞLIQ QARABAĞ TƏLƏBİ, Soçidə GİZLİ SAZİŞ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Rusiyadan İrəvana DAĞLIQ QARABAĞ TƏLƏBİ, Soçidə GİZLİ SAZİŞ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistan mediası Ərdoğanla Putinin Dağlıq Qarabağ mövzusunda razılaşdığını iddia edib. Rusiya Xarici İşlər Nazirliyi “Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana şərti müharibə elanını şərh edib. Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində təmas xəttinə gələn Ermənistanın baş naziri Nikol Paşinyan müharibəyə hazır olduqlarını bildirib. ABŞ Aralıq dənizində əməliyyata başladığını açıqlayıb. ABŞ Rusiyanı iki ölkə arasında imzalanan beynəlxalq müqavilələrin şərtlərinə düzgün əməl etməməkdə günahlandıraraq təhdid edib.

Ərdoğan Putinlə İdliblə bağlı razılaşdı, əvəzində Bakı və Ankara Moskvadan Dağlıq Qarabağı alacaq. Bu iddia ilə Ermənistanın “lragir” saytı çıxış edib.

Sayt yazır ki, Rusiya Türkiyəyə hədiyyə verəcək.

“Bu hədiyyənin nə olduğu Rusiya-Ermənistan münasibətlərinin gərginliyi fonunda aydın olur. Bakı və Ankara Moskvanı Qarabağın qaytarılması məsələsinə razı salıblar. Ermənistan üçün Rusiyasız Türkiyə və Azərbaycanla mübarizə aparmaq çətin olacaq”, - deyə sayt yazıb.

Dağlıq Qarabağ münaqişəsi güc tətbiq olunmadan həll edilməlidir. Bunu Trend-in Ermənistan parlamentinin “Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana şərti müharibə elan etməsi qərarının münaqişənin həlli prosesinə təsiri barədə sorğusuna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.

XİN-dən deyiblər: “Biz dəfələrlə vurğulamışıq ki, Dağlıq Qarabağ münaqişəsi güc tətbiq olunmadan, yalnız sülh yolu ilə həll edilməlidir. Bununla əlaqədar olaraq tərəflərin diqqətini 2017-ci ilin oktyabrında Cenevrədə əldə olunmuş razılığa əsaslanan danışıqlar prosesinin fəallaşdırılmasına yönəltməsini daha aktual hesab edirik”.

Qeyd edək ki, Ermənistan parlamenti “Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana şərti müharibə elan etmişdi. Müvafiq məlumat parlamentin saytında yerləşdirilmişdi.

“Ermənistan dərhal işğal altındakı rayonların beşini Azərbaycana qaytarmalıdır. Bu kiminsə xoşuna gəlməyə bilər, lakin vəziyyət belədir”. Bu barədə “Milli müdafiə” nəşrinin baş redaktoru, Dünya Silah Ticarətinin Analiz Mərkəzinin rəhbəri, rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

Onun sözlərinə görə, Qarabağla yanaşı, ətrafındakı rayonlar da işğal altındadır: “Ermənilər bu əraziləri “təhlükəsizlik zonası” adlandırır. Bu faktı dəyişdirməyə heç kimin gücü çatmaz. Bu, Ermənistanın işğal etdiyi Azərbaycan ərazisidir”.

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində təmas xəttində gələn Ermənistanın baş naziri Nikol Paşinyan müharibəyə hazır olduqlarını bildirib. Paşinyan cəbhədə vəziyyətə nəzarət etdiklərini iddia edib.

“Bizim ordumuz vəziyyətə nəzarət edir, lakin bu, bizim müharibə istədiyimiz demək deyil. Biz sülhə hazırıq, həmçinin, müharibəyə də hazırıq”, - deyə Paşinyan bildirib.

Türkiyənin “Haber7” saytının yazarı və “Kanal 7”nin Ankara üzrə nümayəndəsi Mehmet Acet Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Soçi görüşündən əvvəl Moskvanın Ankaraya etdiyi bir təklif barədə yazıb. Mənbəyə istinad edən yazarın sözlərinə görə, Rusiya Türkiyəyə “Türkiyə sərhədi boyu 1000 kvadrat kilometrlik ərazini sizin nəzarətinizə verək, qalanına qarışmayın” şəklində təklif edib.

Mehmet Acet qeyd edib ki, təklif Türkiyə tərəfindən rədd edilib.

Rusiyanın "İl-20" tipli hərbi təyyarəsi rəsmi informasiyaya görə, Suriyanın Hava Müdafiə Qüvvələri tərəfindən səhvən vurulub, amma təyyarənin Rusiya hərbçiləri tərəfindən vurulması istisna edilmir. Bu sözləri Ukraynanın “Apostrof” nəşrinə açıqlamasında “Razumkov Mərkəzi”nin xarici siyasət və beynəlxalq təhlükəsizlik proqramları üzrə direktoru, müdafiə nazirinin keçmiş köməkçisi Aleksey Melnik bildirib.

ABŞ Aralıq dənizində əməliyyata başladığını açıqlayıb. Əməliyyat USS Harry Truman təyyarə gəmisi və onu müşahidə edən hücum gəmiləri ilə aparılır.

Əməliyyatın “NATO müttəfiqlərinə, Avropa və Afrikadakı tərəfdaş ölkələrinə, koalisiya tərəfdaşlarına dəstək və ABŞ-ın Avropa və Afrikada milli təhlükəsizlik maraqlarını qorumaq üçün” başlandığı elan edilib.

6-cı donanmanın komandanı Lisa Françetti USS Harry Truman gəmisinin Aralıq dənizində lövbər atdığı müddətdə bütün əməliyyatların qərargahı rolunu oynayacağını açıqlayıb.

ABŞ Rusiyanı iki ölkə arasında imzalanan beynəlxalq müqavilələrin şərtlərinə düzgün əməl etməməkdə günahlandıraraq təhdid edib. Bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) müşavir köməkçisi Devid Traktenberq danışıb.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>