"Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir" - ŞƏRH
Bizi izləyin

Nida Təhlil

"Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir" - ŞƏRH

“Ölkə başçısı cənab prezident İlham Əliyevin belə bir bəyanatla çıxış etməsi Ermənistan hökümətinə xəbərdarlıq kimi qiymətləndirilməlidir”.

Bu sözləri Publika.az-a açıqlamasında analitik-icmalçı Ehtiram Aşırlı Prezident İlham Əliyevin Parlamentin 100 illik yubileyi tədbirində Ermənistanın yeni rəhbərliyini öz siyasətində ciddi dəyişikliklər etməyə çağırması ilə bağlı fikirlərini şərh edərkən deyib.

E.Aşırlı bildirib ki, son zamanlar Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycana qarşı təhdid dolu bəyanatlar səsləndirməsi cənab Prezident İlham Əliyev tərəfindən belə bir açıqlamanın verilməsinə zərurət yaradıb:

“Dövlət başçımızın bu açıqlaması ondan xəbər verir ki, əgər Ermənistan tərəfi münaqişənin sülh yolu ilə həll olunmasını istəyirsə, o zaman ölkəmizə qarşı aqressiv hərəkətlərindən çəkinməli və danışıqlar masası arxasına keçməlidir. Əks halda, N.Paşinyan hökumətinin də sonu Serj Sarkisyan rejiminin sonundan heç nə ilə fərqlənməyəcək. Ermənistan hökümətinin Azərbaycanın prinsipial mövqeyini anlamamasının və ya anlaya bilməməsinin səbəbi "Böyük Ermənistan" xülyası ilə yaşamasından irəli gəlir. Onlar hələ də bu, boş və heç zaman reallaşmayacaq ideya ilə yaşayırlar. Ermənistan hökumətinin mövqeyi dəyişsə və ya dəyişməsə də, cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi Azərbaycan heç bir zaman imkan verməyəcək ki, bizim torpaqlarımızda ikinci bir Ermənistan dövləti qurulsun. Odur ki, Ermənistan heç də boş xəyallara qapılmamalı və gerçəyi qəbul etməlidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm