Prezidentin bu sözlərindən sonra Ermənistan cəbhədə məğlub olduğunu ETİRAF ETDİ
Bizi izləyin

Nida Təhlil

Prezidentin bu sözlərindən sonra Ermənistan cəbhədə məğlub olduğunu ETİRAF ETDİ

Prezident İlham Əliyevin Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən iclasda səsləndirdiyi fikirlər Ermənistanı səksəkəyə salıb.

Publika.az
xəbər verir ki, Azərbaycan lideri “Qarabağ münaqişəsinin nizama salınmasının yeganə yolu Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır” deyə bəyan etdi.

Dövlət başçısı vurğuladı ki, Dağlıq Qarabağ Azərbaycan suverenliyindən kənarda heç vaxt status almayacaq.

İrəvanda Azərbaycan liderinin bu fikirləri narahatlıqla qarşılanıb. Xüsusilə bir neçə gün öncə Ermənistan-Azərbaycan sərhədində erməni hərbi birləşmələrinin təxribat hücumunun qarşısını alan Azərbaycan ordusunun ağır cavabından sonra Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı son qərarı açıqlaması işğalçı ölkəni qorxuya salıb.

Erməni şərhçi Sarqis Artsruni qeyd edir ki, “Bakı xarici işlər nazirlərinin BMT Baş Assambleyasının iclası çərçivəsində görüşü öncəsi son qərarını açıqladı və bu, Azərbaycanın heç bir məsələdə geri çəkilməyəcəyi deməkdir”.

Onun sözlərinə görə, Azərbaycan Ermənistana təzyiqi artırır.

“Azərbaycan həm döyüş meydanında, həm də diplomatiyada Ermənistana zərbələr endirməyə davam edir”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm