Qarabağ probleminin həlli üçün yeganə yol... - Rus şərhçi BÜTÜN DETALLARI AÇDI
Bizi izləyin

Nida Təhlil

Qarabağ probleminin həlli üçün yeganə yol... - Rus şərhçi BÜTÜN DETALLARI AÇDI

Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsini həll edə bilər, lakin indi deyil.

Publika.az
xəbər verir ki, “Kommersant” nəşrinin siyasi şərhçisi Maksim Yusin Bakı və İrəvanın hansı şəraitdə Qarabağ dalanından çıxış tapa biləcəyini şərh edib.

Yusin hesab edir ki, ilk baxışda Qarabağ probleminin həlli üçün danışıqların Ermənistanın yeni hakimiyyəti üçün tamamilə mənasız olduğu görünə bilər: “Ölkənin yeni lideri – baş nazir Nikol Paşinyanın əsas hədəfi ölkə daxilində opponentlərini neytrallaşdırmaq, öz hakimiyyətini gücləndirmək, parlament seçkilərini keçirmək və rahat qələbəni təmin etməkdir. Qarabağ məsələsi indiki halda heç cür ona sərf etmir. Çünki münaqişənin istənilən variantda həlli güzəşt tələb edir, seçkilərdən əvvəl bunu etmək fövqəladə halda təhlükəlidir. Hər hansı güzəştə milli maraqlara xəyanət kimi qəbul ediləcək. Bu baxımdan, Ermənistanda daxili vəziyyət sabitləşməyənə qədər, Qarabağ üzrə heç bir ciddi irəliləyiş olmayacaq. Lakin sonra şanslar yaranacaq. Əgər Paşinyan öz planlarını reallaşdırmağa və güclü lider olmağa nail olarsa, onda münaqişənin həllinin ehtiyacı haqda fikirləri cəmiyyətə çatdıra bilər. Çünki uzunmüddətli perspektivdə onsuz da Qarabağ problemini həll etmək lazımdır, bu, ilk növbədə Ermənistanın xeyrinədir. Vaxt Ermənistanın əleyhinə işləyir. Azərbaycan iqtisadi planda güclənir, beynəlxalq nəqliyyat və energetika layihələrində iştirak edir, öz ordusunu müasir silahlarla təchiz edir. Ermənistan isə həm iqtisadi, həm də hərbi sahədə geridə qalır”.

Yusin qeyd edir ki, vəziyyət belə davam edərsə, Azərbaycan Qarabağ məsələsini həll etmək üçün gec-tez öz ordusunun texnoloji üstünlüyündən istifadə edəcək.

“Ermənilərin mənəvi ruh, döyüş keyfiyyəti kimi müasir müharibə ilə heç bir əlaqəsi olmayan amilləri faydasız olacaq. Bu vəziyyətdə İrəvan üçün yeganə xilas yolu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müttəfiq olduğu Rusiyanın Bakının güc variantına qarşı çıxmasıdır. Lakin Moskva Bakının hərbi ssenaridən imtina etməyə inandırmağı bacaracaqsa belə, Ermənistan onsuz da iqtisadi və geosiyasi planda dalanda qalacaq. Və bundan çıxış yolları axtarmaq lazımdır. Yeri gəlmişkən, çıxış yolu aydındır. Səmərəli güzəşt: ermənilər Qarabağ ətrafındakı 7 rayonu Azərbaycana qaytarır, Bakı Qarabağın statusunu qəbul edir. Qarabağı Ermənistanda hansı dəhliz bağlayacaq, hansı beynəlxalq sülhməramlılar razılaşmanın icrasını təmin edəcək – bütün bunlar ayrı danışıqların predmetidir. Zamanla bu barədə danışıqlar aparmaq lazım olacaq, əgər Paşinyan olmasa belə, onun varislərindən kiminləsə”, - deyə “Kommersant”ın şərhçisi vurğulayıb.

Asif


Oxumağa davam et
Reklam
Reklam

Gündəm