Ssenarini başdan yazacaq GİZLİ GÖRÜŞ, yeni MÜHARİBƏ MEYDANI... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Ssenarini başdan yazacaq GİZLİ GÖRÜŞ, yeni MÜHARİBƏ MEYDANI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Rusiyanın Xarici İşlər Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Düşənbədə baş tutmuş söhbəti şərh edib. Ankara YPG-nin Münbiçdən çıxarılması və oranın yerli xalqlara təslim edilməsinin zamanının gəldiyini açıqlayıb. 2019-cu ilin mart ayında daha 2 "F-35 Lightining II" qırıcı təyyarəsinin Türkiyəyə verilməsi gözlənilir. ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqını yeni gömrük vergiləri ilə hədələyib. Rusiya qanadlı raket sisteminin inkişafını dayandırmayacağı halda, ABŞ onları məhv edəcək. Ukrayna Rusiyanı Krıma yarımadasında nüvə silahı yerləşdirməkdə ittiham edib.

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Düşənbədə baş tutmuş söhbət Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək. Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.

Qeyd olunub ki, Rusiya Dağlıq Qarabağ məsələsinin həllinə yönəlmiş bütün razılaşmaları alqışlayır: “Ümid edirik ki, Düşənbədə baş tutmuş söhbət bu məqsədə çatmağa kömək edəcək”.

RF XİN-dən bildiriblər ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Rusiya öz növbəsində Azərbaycan və Ermənistana zəruri vasitəçilik yardımı göstərməyə hazırdır.

Cari ilin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyanın görüşü planlaşdırılır. Bu haqda Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bu gün brifinqdə bildirib.

“Ehtimal ki, ilin sonuna kimi, Xarici İşlər Nazirliyinin başçılarının görüşü olacaq”, - o deyib.

Qeyd edək ki, sentyabrın 26-sı BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Nyu-Yorkda Elmar Məmmədyarov Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş olub. Görüşdən sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar oktyabrda davam etdiriləcək.

YPG-nin Münbiçdən çıxarılması və oranın yerli xalqlara təslim edilməsi zamanı gəlib. Bu haqda Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu bildirib.

Çavuşoğlunun bəyanatı ABŞ-ın müdafiə naziri Ceyms Mettisin şərhindən sonra verilib. Pentaqonun başçısı Münbiçdə birgə patrul üçün təlimlərin başlandığını açıqlayıb. Birgə patrulun bu ayın sonunda başlanması gözlənilir.

Xatırladaq ki, iyunun sonunda Çavuşoğlu və amerikalı həmkarı Mayk Pompeonun görüşündə Münbiç üzrə yol xəritəsi müəyyən edilib. Yol xəritəsi YPG terror təşkilatının Münbiçdən çıxarılmasını nəzərdə tutur.

2019-cu ilin mart ayında daha 2 "F-35 Lightining II" qırıcı təyyarəsinin Türkiyəyə verilməsi gözlənilir.

Bu barədə "F-35" proqramının direktoru kontr-admiral Mett Vinter bildirib.

Onun sözlərinə görə, Türkiyənin "F-35"in işlənməsi üzrə çoxmillətli proqramda iştirakına dair hər hansı bir dəyişiklik yoxdur: "Daha 2 təyyarənin 2019-cu ilin mart ayında verilməsin gözləyirik. 100 təyyarənin tədarükünə dair heç bir dəyişiklik əlaməti yoxdur".

Xatırladaq ki, "Lockheed Martin" korporasiyası iyun ayında Türkiyəyə ilk 2 "F-35" təyyarəsini verib.

Suriyanın sülh və təhlükəsizliyin təmin olunması üçün Ankara və Dəməşq arasında təmaslar başlayıb. Türkiyənin “Aydınlıq” nəşrinə istinadən xəbər verir ki, bu haqda İran İslab İnqilabı Keşikçilər Korpusuna yaxın mənbələr bildiriblər.

Mənbələrə görə, Suriya və Türkiyənin nümayəndə heyətləri İranın paytaxtı Tehranda bir araya gəlib. Məlumata görə, görüşdə İdlibdə həll prosesi və Fərat çayının şərqində əməliyyat mövzuları müzakirə olunub. İranın vasitəçiliyi ilə keçirilən görüşün dəqiq vaxtı barədə məlumat verilməyib.

Hərbi və kəşfiyyat səlahiyyətlilərinin iştirak etdiyi görüşdə nəticələrinin yaxın gələcəkdə özünü göstərəcəyi bildirilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

NATO İranın fəaliyyətindən narahatdır. Bunu jurnalistlərə açıqlamasında NATO Baş katibi Yens Stoltenberq deyib.

“İranın fəaliyyəti bizdə narahatlıq yaradır. Tehran region ölkələrindəki situasiyanı destabilizasiya edir”, – deyə o bildirib.

Britaniya kəşfiyyatı Mi-6-nın keçmiş rəhbəri Riçard Dirlav Rusiya Prezidenti Vladimir Putini hakimiyyətə gətirməyə yardım etdiyini etiraf edib. O, bu etirafını “Tayms”a açıqlamasında söyləyib. Dirlavın sözlərinə görə, o, Rusiya prezidentinə 2000-ci illərin əvvəllərində yardım edib. O, həmin dövrdə hələlik prezident olmayan Putinlə Baş nazir Toni Blerin görüşünü təşkil etdiyini açıqlayıb:

“Seçkidən öncə Dövlət Təhlükəsizlik Komitəsinin yüksəkvəzifəli zabiti mənə müraciət edərək, Toni Blerin Sergey Prokofyevin “Müharibə və Sülh” operasının premyerasına gəlməyini təklif etdi. Bu premyerada Vladimir Putin də iştirak etməli idi. Biz buna razılıq verdik”.

Dirlav müsahibəsi zamanı o zaman Putin barədə yaxşı reputasiya yaratdığına görə çox təəssüfləndiyini bildirib.

İkitərəfli müzakirələr uğurla başa çatmazsa, Avropa İttifaqından (AB) idxal edilən avtomobillərə gömrük vergisi tətbiq ediləcək. Bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

“Razılaşma əldə edə bilməsək, gömrük vergisi tətbiq ediləcək. Nəticədə ABŞ büdcəsinə milyardlarla vəsait daxil olacaq. Bu, pisdirmi?” - deyə Ağ Ev rəhbəri bildirib.

Rusiya qanadlı raket sisteminin inkişafını dayandırmayacağı halda, ABŞ onları məhv edəcək. Bu haqda ABŞ-ın NATO-dakı daimi təmsilçisi Key Beyli Hatçinson bildirib.

Onun sözlərinə görə, bu sistemin inkişaf etdirilməsi “soyuq müharibə” dövründə Moskva ilə Vaşinqton arasında əldə olunan razılaşmaya ziddir. Moskvanın dəfələrlə bu müqaviləni pozmadığını söyləməsinə baxmayaraq, Key Beyli Hatçinson hesab edir ki, sözügedən sistem Avropaya sürətli nüvə hücumunun təşkilinə kömək edə bilər.

Rusiya Balkanlarda sağ qüvvələr və militar təşkilatların köməyi ilə qeyri-sabitlik mərkəzini yaratmağa çalışacaq. Bu haqda “Apostrof” nəşrində öz məqaləsində Vətəndaş cəmiyyətinin problemlərinin tədqiqatı Mərkəzinin analitiki Mariya Kuçerenko söyləyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna hakimiyyətində əsaslandırılmış şübhələr var ki, zəbt edilmiş Krımda nüvə silahı və ya ən azından onun istifadəsi üçün infrastruktur ola bilər. Bu haqda “ATR” telekanalının efirində Ukraynanın Xarici İşlər Nazirliyinin başçısı Pavel Klimkin bildirib.

O bildirib ki, bununla əlaqədar olaraq, rəhbərlik etdiyi idarə Krımın Rusiyanın hərbi bazasına çevrilməsinə görə BMT Baş Assambleyasına qətnamə layihəsi təqdim etməyi planlaşdırır.

“Hazırda Krım Rusiyanın böyük hərbi bazasına çevrilib. Beləliklə, işğal edilmiş Krımın hərbiləşdirilməsi üzrə ayrı qətnamənin hazırlanması ideyası var”, - nazir söyləyib.

Klimkin qeyd edib ki, Rusiya yarımadanın ərazisindən Suriyaya hərbi texnikanın çatdırılmasını həyata keçirir.

Rusiya hakimiyyəti Krımda nüvə poliqonları döyüş hazırlığına gətirib çıxarıb. Bu haqda Krım Tatar Məclisinin başçısı, Ukrayna Ali Radasının üzvü Refat Çubarov bildirib.

Onun sözlərinə görə, Qızıltaş yaxınlığında yerləşən poliqonda daha əvvəllər hərbi dəniz donanması üçün nüvə döyüş başlıqları var idi.

“Bu haqda yerli mütəxəssislər danışırlar və bunun üçün müşahidənin obyektiv üsulları var. Oraya nüvə silahı çatdırılıb, ya yox, bunun birbaşa sübutlar lazımdır. Amma daha əvvəllər dəniz gəmiləri üçün nəzərdə tutulan nüvə silahının olduğu anbar döyüş hazırlığına gətirilib çıxarılıb”, - Çubarov deyib.

Koreya Xalq Demokratik Respublikası 20-dən 60-a qədər nüvə silahı yükünə malikdir. Bu haqda Cənubi Koreyanın birləşmə məsələləri üzrə naziri Ço Mön Gön bildirib.

Nazir dəqiqləşdirib ki, bu məlumatlar Cənubi Koreyanın xüsusi xidmət orqanları tərəfindən verilib.

Qeyd edək ki, iyunun 12-də Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In və ABŞ prezidenti Donald Tramp arasında Sinqapurda danışıqlar keçirilib. Danışıqlarda elan edilib ki, Koreya yarımadasının denuklearizasiyası haqqında razılaşma əldə olunub.

Bundan əvvəl - mayda isə Şimal Keoryası Punqeridə əsas nüvə poliqonunu söküb, iyunda isə Soxedəki raket poliqonunun sökülməsi başlanılıb. Ancaq işlər avqustda dayandırılıb. Amerika kəşfiyyatı məlumatlara görə, Koreya Xalq Demokratik Respublikası gizlicə qitələrarası raketlərin istehsalını davam etdirir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm