Nida Təhlil
Qarabağ və 7 ətraf RAYON, Paşinyan bu HƏFTƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Almaniya hökuməti Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və qondarma “Dağlıq Qarabağ Respublikasını” tanımadığını açıqlayıb. Respublikaçılar Partiyası Nikol Paşinyanın istefasından sonra baş nazir vəzifəsinə öz namizədini irəli sürməyəcək. Ukrayna ordusu Donbasda təmas xəttində yerləşən “boz zona”da bir kilometrdən çox irəliləyib. Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya ilə ölkəsinin birləşmə ehtimalından danışıb. Səudiyyəli jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda yoxa çıxmasında iştirak edən 15 nəfərlik kəşfiyyat qrupu müəyyən edilib.
Frankofoniya təşkilatının Ermənistanda keçirilən XVII zirvə toplantısı çərçivəsində bu ilin 9 oktyabr tarixində İrəvanda açılan “Frankofoniya şəhərciyi”ndə ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin Ermənistan pavilyonu nəzdində təqdim edilməsi Ermənistanın işğalçı siyasətinin davam etdirilməsinə xidmət edən növbəti təxribatçı addımıdır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində deyilir.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Almaniya mediası xəbər verir ki, Bundestaqın sağçı radikal AfD fraksiyası AFR hökumətinə “Almaniya-Ermənistan münasibətləri” mövzusunda kiçik sorğu göndərib və sorğuda həmçinin Dağlıq Qarabağla bağlı bəzi suallar yer alıb. AFR hökumətinin sözügedən sorğuya cavabının girişində qeyd olunub ki, “AFR hökuməti xüsusi olaraq vurğulayır ki, “Almaniya-Ermənistan münasibətləri” anlayışı ilə AFR və Ermənistan Respublikası arasındakı münasibətlər başa düşülməlidir.
AFR hökuməti Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonu Azərbaycanın bir hissəsi hesab edir. AFR hökuməti qondarma “Dağlıq Qarabağ Respublikasını” tanımır.”
Hökumət sorğunun müvafiq bəndlərinə (Dağlıq Qarabağda insan hüquqlarının, mətbuat azadlığının, azlıqların vəziyyəti, orada yaşayan almanların sayı və s.) dair cavabında bu qeydinə istinad etməklə kifayətlənib.
Həmçinin sorğudakı “AFR hökuməti Dağlıq Qarabağın beynəlxalq hüquqi statusunu necə qiymətləndirir” sualına hökumət “Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir” cavabını verib.
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyiş əldə olunub". Bunu Bakıda mətbuat konfransı zamanı ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent deyib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Respublikaçılar Partiyası Nikol Paşinyanın istefasından sonra baş nazir vəzifəsinə öz namizədini irəli sürməyəcək. Bu barədə məlumat partiyadan yayılıb. Partiya bu addımı dekabrda keçiriləcək növbədənkənar parlament seçkisinə mane olmamaq üçün atdığını bildirib.
Qeyd edək ki, bundan öncə Nikol Paşinyan Çiçəklənən Ermənistan Partiyası ilə razılıq əldə edib. Razılığa əsasən, partiya növbədənkənar seçkinin dekabrda keçirilməsinə dəstək göstərəcək. Sonradan daşnaklar da dolayısı yolla Paşinyanı dəstəklədiyini bildirib.
Dünən həmçinin Respublikaçılar fraksiyasından olan bir sıra deputat da Paşinyanın yanında olduqlarını açıqladı.
Ermənistan Baş nazir Nikol Paşinyan Qagik Çarukyana parlamentə girməyə maneə yaratmayacağına söz verib. Bu barədə məlumatı “Qraparak” qəzeti yayıb.
“Tərəflər arasındakı razılaşmaya əsasən, Çarukyana qarşı heç bir siyasi təqib, təzyiq olmayacaq. Bu həm də Paşinyanın Çarukyan Blokunu ana müxalifət edəcəyi, digər siyasi qüvvələrin 3-cü və 4-cü yerləri tutacağı deməkdir”, – deyə qəzet bildirib.
Ermənistanın baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərini 9 dekabr tarixinə təyin edib. Bu barədə “Jamanak” qəzeti Paşinyana yaxın mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Paşinyan seçkilərin keçirilməsi üçün bütün lazımi proseduralarla bağlı parlamentdə digər fraksiyalarla razılığa gəlib.
“Əvvəlcə baş nazir istefa verəcək. Reqlamentə görə, baş nazirin istefasından 30 gün, parlamentin buraxılmasından 45 gün sonra yeni seçkilər keçiriləcək. Orta hesabla bu prosedur 2 ay çəkir. Bu o deməkdir ki, Paşinyan bu həftə istefa verəcək”, - deyə qəzet yazıb.
Səudiyyəli jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda yoxa çıxmasında iştirak edən 15 nəfərlik kəşfiyyat qrupu müəyyən edilib. Onların İstanbul Atatürk hava limanındakı görüntüləri əldə olunub.
Mətbuat Ər-Riyaddan iki ayrı təyyarə ilə İstanbula gələrək geri qayıdan şəxslərin fotolarını dərc edib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ər-Riyad müraciət edəcəyi halda, ABŞ Türkiyəyə Federal Təhqiqatlar Bürosunun (FTB) heyətini göndərməyə hazırdır. Bu haqda ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib.
“Səudiyyəlilərin kömək istəyəcəyi halda, ABŞ Türkiyəyə FTB qrupunu göndərməyə hazırdır”, - o deyib.
İsrail Suriyadakı S-300 hava hücumundan müdafiə sistemlərini vurmaq qabiliyyətinə sahib deyil. Bu sözləri İran parlamentinin sədri Əli Laricani deyib.
“İsraillilərin hər hansı bir ciddi addım ata biləcəyini düşünmürəm. Rusiya Suriyada S-300 komplekslərini yerləşdirmək və öz mənfəətlərini qorumaq haqqına sahibdir. Xüsusən İsrailin rus təyyarəsinə hücumundan sonra bu, Rusiyanın qanuni haqqıdır”, - Laricani bildirib.
Rusiya Federasiyasının hərbi komandanlığı Liviyaya Baş Kəşfiyyat İdarəsi (QRU) və xüsusi bölmənin onlarla zabit və əsgərini göndərib. Bu haqda Böyük Britaniyanın “The Sun” qəzeti mənbələrə istinadən bildirib.
Qəzetin məlumatına görə, Böyük Britaniya kəşfiyyatı Rusiyanın hərəkətlərinə Liviyanı “yeni Suriya”ya çevirmək cəhdi kimi baxır. Həmçinin, “The Sun” qeyd edir ki, bu, Rusiyanın Avropaya miqrasiya axını üzərində nəzarəti almaq arzusunu göstərir.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
“İyirmi birinci əsrdə Belarusun Rusiyanın tərkibinə girməsi haqqında danışmaq, sadəcə gülməlidir. Mən heç vaxt Rusiyanın indiki prezidentindən (Vladimir Putin –red.) və Rusiyanın birici prezidentindən (Boris Yelsin –red.) bu haqda eşitməmişəm”. Bu haqda Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın yeni səfiri Mixail Babiçlə görüşün gedişatında bildirib.
Dövlət başçısı vurğuladı ki, Belarus əhalisi Rusiyanı yaxın müttəfiqi olaraq görür.
Qeyd edək ki, 2 aprel 1997-ci ildə Moskvada Belarus və Rusiya prezidentləri Belarus və Rusiyanın İttifaqı barədə Müqavilə imzalayıblar. Həmin vaxtdan etibarən də aprelin 2-si Belarus və Rusiya xalqlarının həmrəyliyi günü kimi qeyd edilir. Ötən vaxt ərzində birgə parlament məclisi və bəzi dövlət idarəçiliyi orqanları yaradılıb. Bütün vahid valyuta yaratmaq cəhdləri isə iflasa uğrayıb. İki ölkə arasında yaranan iqtisadi problemlər tərəflər arasında tez-tez gərginlik yaradır.
ABŞ qoşunları çətin ki, Rusiyanın dəniz blokadasını təşkil edə biləcək, çünki o, Amerika donanmasını batırmağa qadirdir. Bu haqda “Voltairnet.org” saytı üçün məqaləsində rumın hərbi eksperti Valentina Vasilesku yazıb.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ukrayna ordusu Donbasda təmas xəttində yerləşən “boz zona”da bir kilometrdən çox irəliləyib. Bu haqda Ukraynanın Birləşmiş güclərin əməliyyat qərargahından bildiriblər.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Ömər Dağlı

-
MDB04:50
Yalnız 10 milyon ödəyənlərə vətəndaşlıq verilsin! - Rusiyada qalmaqallı təklif
-
MDB02:00
Moskvada avtomobili insan izdihamının üstünə sürdü - Saxlanıldı
-
Qoroskop01:40
Günün ulduz falı: Romantik münasibətlərdə qərar anıdır
-
Nida Xəbər 00:35
Azərbaycan son 40 gündə 6 qələbə qazandı
-
Sosial11 İyul 21:43
Kabinetində nalayiq hərəkətlərə yol verən şöbə müdiri işdən çıxarıldı
-
Yaxın Şərq11 İyul 21:31
HƏMAS-ın 6 komandiri öldürüldü
-
Sağlamlıq11 İyul 19:00
Xəbərdarlıq: Sabah günorta saatlarında evdən çıxmayın!
-
Kriminal11 İyul 18:30
Könülün ölümü ilə bağlı cinayət işi açıldı