Nida Təhlil
Makron İrəvanın arzusunu ÜRƏYİNDƏ QOYDU: Azərbaycan 500 milyonluq SİLAH ALIR
Fransa prezidenti Emmanuel Makronun Azərbaycana səfəri
gözlənilir. Bu ilin 19-20 iyul tarixində Azərbaycan Prezidenti
İlham Əliyev Fransada səfərdə olmuşdu. Bu səfərlər ikitərəfli
münasibətlərin inkişafından xəbər verir.
Azərbaycan və Fransa prezidentləri Bakıda əməkdaşlıq məsələlərini,
həmçinin, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasını müzakirə
edəcək. Bununla yanaşı, Cənub Qaz Dəhlizi layihəsi də müzakirə
mövzularından biri olacaq.
Makronun Bakı səfərindən ən böyük gözlənti isə 400-500 milyon
avroluq silah müqaviləsinin müzakirə ediləcəyidir.
Publika.az xəbər verir ki, Azərbaycan Fransada
“LAdrua” sinfinin üç patrul gəmisini almağa hazırlaşır.
Bu gəmilər 80 metr uzunluğundadır, saatda 46 kilometr sürətlə
hərəkət edə bilir, helikopter meydançasına və iki sürət qayğına
malikdir. Gəmidə 76 millimetr “Super Rapid” artilleriya qurğusu
mövcuddur.
Maraqlıdır ki, Prezident İlham Əliyevin Parisə səfərindən təxminən
10 gün əvvəl Makronun silah embarqosunu ləğv etməklə bağlı qərar
verdiyi haqqında məlumat yayılmışdı. Hansı ki, 90-cı illərdə
qoyulan bu embarqo Fransanın Azərbaycana silah satmasına mane
olurdu. Bu sensasiyalı xəbər Ermənistanda o qədər narazılığa səbəb
oldu ki, Fransanın İrəvandakı səfirliyi məlumatı tələsik təkzib
etdi. Lakin həqiqətdə embarqo aradan qaldırıldı.
Prezident İlham Əliyev iyulun 19-da Parisdə “LAdrua” gəmilərini
istehsal edən “Naval Group Erve Giyu” tərsanələrinin baş direktoru
ilə görüşdü.
Doğrudur, daha sonra Paris İrəvana təsəlli verdi ki, Azərbaycana
Qarabağda tətbiq edə biləcəyi silahlar satmırlar. Lakin bütün
hallarda bu, Bakının Fransada güclü erməni lobbisinin üzərində
qələbəsidir.
Hətta “Naval Group” Trend agentliyinin sorğusuna cavab olaraq
bildirmişdi ki, “Gəmilər şirkətin ekspertlərinin iştirakı ilə
Azərbaycan zavodlarında inşa ediləcək”.
Görünür, Makronun Bakı səfərində bu məsələ öz həllini tapacaq.
Asif
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı