Addım-addım MÜHARİBƏYƏ DOĞRU, erməni GENERALI... - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Addım-addım MÜHARİBƏYƏ DOĞRU, erməni GENERALI... - GÜNÜN SİYASİ XÜLASƏSİ

Xarici İşlər Nazirliyi Ermənistan Baş nazirinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi son fikirləri şərh edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada Fəratın şərqində keçiriləcək əməliyyatların anonsunu verib. Amerikalı rahib Endryu Branson azaldlığa buraxılıb. Ukrayna prezidenti Donbasda cavab atəşi üçün onların sərəncamında olan bütün mövcud silahları tətbiq etməyi əmr edib. Hərbi kəşfiyyat sahəsində ixtisaslaşan İsrail resursu Rusiyanın Suriyaya çatdırdığı “S-300” zenit-raket kompleksləri ilə bağlı sensasiyalı iddia irəli sürüb.

"Ermənistan Baş nazirinin Frankafoniya təşkilatının açılışında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi yalan və həqiqətdən uzaq fikirlər Düşənbədə baş tutmuş söhbətin ruhuna tamamilə uyğun gəlmir". Bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti Ermənistan baş nazirinin Frankofoniya təşkilatının açılışında etdiyi çıxışına münasibət bildirərkən deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan prezidenti və Ermənistanın baş nazirinin Düşənbədə MDB dövlət başçılarının sammitində tərəflər arasında operativ əlaqənin qurulması ilə bağlı razılığa gəldi. Bu, o deməkdir ki, tərəflərin hərbi rəhbərliyi arasında əlaqə vasitələri qurulur və təmas xəttində gərginliyin yaranmasının qarşısı alınır.

Yeni olan bu razılaşmanın hansı mexanizmlərlə işlədiyi məlum deyil, hətta Paşinyanın ölkəsinə qayıdandan sonra Dağlıq Qarabağla bağlı verdiyi açıqlamalar fonunda işləyəcəyi də sual altındadır. Lakin belə bir əlaqə 90-cı illərdə Azərbaycan və Ermənistan arasında mövcud idi.

1993-cü ildə Ermənistanda müdafiə nazirinin vəzifəsini icra edən, general-leytenant Norat Ter-Qriqoryans həmin illərdə Azərbaycanın müdafiə naziri ilə operativ əlaqəyə malik olduğunu açıqlayıb.

“Mən həmişə Azərbaycanın müdafiə naziri ilə danışırdım. Bu, çox lazımlı idi. İndi də belə bir əlaqəyə böyük ehtiyac var. Biz düşmən idik, lakin əlaqə saxlayırdım, mən şəxsən müdafiə naziri ilə danışırdım. Bu əlaqə vasitəsilə çox problemlər həll edilirdi. Hətta prezident Levon Ter-Petrosyan bizim azərbaycanlılarla nə danışdığımızı bilmirdi, bir çox məsələ hərbçilər arasında həll olunurdu”, - deyə o bildirib.

Rusiya-Ermənistan vahid qoşun qruplaşmasının komandiri, general-mayor Tiqran Parvanyan erməni jurnalistlərin “Azərbaycan Qarabağda hərbi əməliyyata başlayarsa, o zaman vahid qruplaşma bizə kömək edəcəkmi” sualı qarşısında çaşıb. Erməni general “Biz rəqibimizin kim olduğunu bilirik, lakin hadisələrin necə inkişaf edəcəyini bilmirik. Mən yalnız deyə bilərəm ki, Allah eləməsin, lazım olacaqsa, vahid qoşun qruplaşması öz vəzifəsini yerinə yetirəcək” deyə bildirib.

Erməni şərhçi Tevos Arşakyan isə yazır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi vahid qoşun qruplaşmasının da vəzifəsi Qarabağda baş verə biləcək hər hansı müharibəyə qarışmamaqdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Casusluqda, FETÖ və PKK terror təşkilatları ilə əlaqələrdə ittiham edilərək 35 il həbsi istənilən amerikalı rahib Endryu Branson azaldlığa buraxılıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Suriyada Fəratın şərqində terror yuvalarını darmadağın edəcəyik. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İspartada keçirilən hərbi mərasimdə bildirib.

“Terror təşkilatına görünməmiş zərbələr vurulur. Sərhədlərimizdən kənarda terrorçular rahat yata bilmirlər, bilirlər ki, qəfil gələ bilərik. Fəratın şərqindəki terror yuvalarını da darmadağın edəcəyik”, - prezident deyib.

Ekspertlər isə xəbərdarlıq edirlər ki, Türkiyənin Suriyada əməliyyat sahəsini genişləndirməsi yekunda ABŞ-Türkiyə hərbi qarşıdurması ilə nəticələnə bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“İndi də Münbiçdə kanallar açırlar. Bu nə deməkdir? “Biz məzarı hazırladıq, gəlin dəfn mərasimini keçirin" deyirlər. Oraya da girəcəyik”. Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan İspartada bir açılış mərasimində deyib.

“Atdığımız qərarlı addımlar sayəsində Cerablusdan Əl-Baba, Afrindən İraqın şimalına, Cudidən Gabara, Tendürəkə qədər çox çətin coğrafiyalarda təhlükəsizlik güclərimiz terror təşkilatlarına qan qusdurur. Hara qaçırlarsa qaçsınlar, bu xalqa xəyanət edənləri oralarda da rahat qoymayacağıq”, - prezident deyib.

Rusiyanın Suriyaya çatdırdığı “S-300” zenit-raket komplekslərinin idarə edilməsi İran mütəxəssislərinə tapşırılacaq. Bu haqda “DEBKAfile” saytına Amerika və İsrail kəşfiyyat xidmətlərinə bağlı mənbə bildirib.

Hərbi kəşfiyyat sahəsində ixtisaslaşan İsrail resursu qeyd edir ki, Rusiya tərəfi hava hücumuna qarşı müdafiə sistemlərinin idarə edilməsini məhz İran mütəxəssislərinə etibar etməyi planlaşdıraraq, Suriyaya komplekslərin “S-300PMU-2” modifikasiyasını çatdırıb. Həmin modifikasiyadan olan komplekslər məhz 2016-cı ildə İrana çatdırılıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna prezidenti Pyotr Poroşenko Donbasda Birləşmiş güclərin əməliyyat rəhbərlərinə cavab atəşi üçün onların sərəncamında olan bütün mövcud silahları tətbiq etməyi əmr edib. Poroşenko bu bəyanatı Xmelnitsk vilayətinə səfəri zamanı Ukraynanın Silahlı Qüvvələrinin bölmələrinin komandirləri ilə görüşdə verib.

Onun sözlərinə görə, bu, “həyatların saxlanılması” üçün lazımdır. Həmçinin, Poroşenko Ukrayna ərazisinin bir qarışını verməməyə və hər bir Ukrayna hərbi qulluqçusunun həyatını qorumağa çağırıb.

“Biz bütün ssenarilərə hazır olmalıyıq, həm müdafiəyə, həm də effektiv əks-hücuma”, - Poroşenko bildirib.

Ukrayna lideri vurğulayıb ki, qoşunlar Donbas ərazisində təxribatlara təslim olmamalıdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm